İsmayıl Dağıstanlının 110 illiyi qeyd edildi
Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Milli Dram Teatrının direktoru,
Xalq artisti Azərpaşa Nemət mükəmməl obrazlar qalereyası yaradan qüdrətli aktyorun səhnə fəaliyyəti haqqında ətraflı
məlumat verib. Bildirib ki, İsmayıl Dağıstanlı Azərbaycan
milli mədəniyyət
tarixində parlaq iz qoymuş sənətkarlardandır. Onun teatrda
və kinoda yaratdığı rəngarəng
obrazlar tamaşaçılar
tərəfindən hər
zaman rəğbətlə
qarşılanıb, milli
mədəniyyətimiz qarşısındakı
xidmətləri dövlət
tərəfindən də
yüksək qiymətləndirilib.
Tədbirdə aktyorun səhnə fəaliyyətini əks etdirən film nümayiş
olunub.
Nümayişdən sonra səhnəyə çıxan
Xalq artistləri Hacı İsmayılov, Ağakişi Kazımov, Rafiq Əzimov, Əməkdar incəsənət
xadimi, kinoşünas
Aydın Kazımzadə
və digərləri
İsmayıl Dağıstanlının
1930-cu ildən başlayaraq
Akademik Dram Teatrında,
İrəvan Dram Teatrında,
Dağıstanda təşkil
etdiyi Azərbaycan teatrında rejissor və aktyor kimi xidmətlərindn söhbət açıblar.
Natiqlər 1938-ci ildən
Azərbaycan Milli Dram Teatrının səhnəsində
klassik obrazlar silsiləsi yaradan İ.Dağıstanlının “Şərqin səhəri”,
“Mahnı dağlarda qaldı” və digər tamaşalarda, “Səbuhi”, “Sualtı qayıq”, “Abbas Mirzə Şərifzadə”,
“Axşam konserti”, “Böyük dayaq”, “Koroğlu”, “Qara daşlar”, “Qatır Məmməd”, “Kölgələr
sürünür” kimi
filmlərdə yaratdığı
obrazlarının bu gün də qızıl fondda mühafizə edilərək
bir örnək kimi qorunub saxlandığını
bildiriblər.
İ.Dağıstanlının Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində
uzun illər kafedra müdiri kimi çalışdığını,
teatr sənəti və səhnə xadimləri haqqında monoqrafiyalar, kitablar nəşr etdirdiyini, gənc nəslin yetişməsində böyük
xidmətləri olduğunu
bildiriblər. Unudulmaz sənətkarın kino və teatr
fəaliyyətindən söhbət
açan xələfləri
onun Azərbaycan mədəniyyətinin inkişafındakı
xidmətlərini yüksək
dəyərləndiriblər.
Tədbirdə böyük sənətkara
həsr edilmiş səhnəciklər nümayiş
olunub.
525-ci qəzet.-
2017.- 28 yanvar.- S.13.