Dördqanadlı yonca
- dördqanadlı qız əfsanəsi
Qəribə, möcüzələrlə, təzadlarla
dolu bir dünyada yaşayırıq. Kor bildiyimiz
kor deyilmiş, hamıdan yaxşı görürmüş. Lal
bildiyimiz lal deyilmiş, hamıdan yaxşı danışırmış...
...Mənim Tərtərdən
olan bir dostum vardı. Mən onun necə mərd olduğunu, əsl kişi
olduğunu bilirdim. Amma daha bir
kişi hərəkətindən yasına
gedəndə xəbər
tutdum. Heç kimin etmədiyi bir kişilik edibmiş-lal bir qızla evlənibmiş, oğul-qız sahibi olubmuş!
...Bir dəfə yuxumda bir ziyarətgaha
getmişdim. Mənə dedilər ki,
ziyarət olunan kəs laldır, kordur. Odur ki, yanına
heç kimi buraxmırlar. Bir qayda olaraq ziyarətçilər o oturduğu
səmtdən ona doğru boylanaraq, onu bu şəkildə
ziyarət edib, ötüb keçirlər.
Mən də ötüb keçmək istəyirdim
ki, həmin səmtdən bir səs gəldi:
-Bu bizim Barat deyilmi?!
Yerimdə dondum: "Bəs
deyirdilər laldı,
kordu bu?"
...Qazaxda Daşsalahlı kəndində bir qız yaşayırdı.7-ci sinifdən etibarən ayaqları tutulmuşdu. Şeirlər yazırdı. Bayatılarından biri beləydi:
Əzizim,
ovulmuşam,
Bulağam, sovulmuşam.
Yar ürəyi cənnətdi,
Mən ordan qovulmuşam!
Bu mükəmməl bayatı
müəllifinin bir dəfə şair dostlarımla ziyarətinə
getmişdik. Birisinin dediyi sözlərdən onun halına acıdığını hiss edəndə
acığı tutdu,
dedi:
-Şükürlər olsun
Allaha! Mənə nə olub ki!
O, bir yandan alanda, o biri yandan daha yaxşısını
verir. Qardaşım, səndən inciyərəm,
bir də mənə belə sözlər demə!..
Həmin qızın-bu qürurlu söz sahibinin şeirlərini çap etdirdik, Mirvarid Dilbazi kimi böyük
xalq şairimiz şeirlərini bəyəndi,
kitabları çıxdı.
...Şəmkirdə yaşayıb-yaradan
Mətanət Qüdsinin
də əl arabasında ağayana oturduğunu görəndə,
qürurlu baxışlarını
hiss edəndə, dediyi
şeirləri eşidəndə
onun halından çox öz halımıza acıdım.
Aramızda "Quran"da deyildiyi
kimi, nə qədər özünü
sap-sağlam hesab edənlər var, amma gözü var, kordur, qulağı
var-kardır,dili var-laldır!
Allahın işlərinə qarışmaq
olmaz. O, nəyi məsləhət bilibsə
o olur və olacaq! Bizə qalan "şükür
kərəminə, məsləhətinə!"
deməkdir.
Mətanət kimi mətin
insanlar bizi hər dəfə şükür oxumaqda qabaqlayan insanlardır. Onlar heç kimə "gör məni", "duy məni" , "sev məni" demirlər.
Hamıya
görməyi, duymağı,
sevməyi öyrədirlər!
Mən bu qızı hələ ki, üzbəsurət iki dəfə görmüşəm. İlk dəfə onunla Qazaxda keçən il "Ədəbiyyat muzeyi"ndə növbəti,
ənənəvi "Vaqif
poeziya günləri"ndə
rastlaşmışam. İkinci
görüşümüz bu il yanvarın sonunda Şəmkirdə "Heydər
Əliyev Mərkəzi"ndə
oldu. Sən demə, Mətanət
yalnız şeirlər
yazan adi bir qız deyilmiş.
"Kəpənəyin saldığı yol" adlı ilk şeirlər kitabının da müəllifiymiş.
Və ona ilk dəfə yazdığı
şeirləri bir kəpənək pıçıldayıbmış.
O, həm də çox gözəl təşkilatçıymış. Poeziya məclisi təşkil etmişdi. Həmin məclisə Mingəçevirdən,
Kəlbəcərdən (Şəmkirdə
yuvalanmış soydaşlarımızdan),
Gəncədən, Tovuzdan,
Ağstafadan, Qazaxdan və Şəmkirin özündən şairlər,
aşıqlar dəvət
etmişdi.
Aparıcısı da özüydü bu məclisin. Şəmkirli
gənc, istedadlı şair Məhəmməd
Turanla birgə! Bu vaxt oxucularına ünvanladığı bir
şeirində yazmışdı:"Mən gizli bir sirrəm, məni çözə bilsən".
İndi məclis əhli həm həmin gizli sirri çözürdü,
həm də məclisə dəvətlilərin
dediyi sözünü,
çaldığı sazı
dinləyirdi.
Mətanət "o qədər kiçiyəm,
məni görən yox" desə də bu məclisdə
hamıdan (hamımızdan!)
böyük görünürdü.
Balaca, (amma mənən böyük!)
dördqanadlı yoncaya
oxşayırdı. Biz də bir şeirində
arzuladığı kimi,
gör harda dayanmışdıq? Solunda-sol
tərəfində! Ürəyi tək
vururduq, çırpınırdıq,
çarpırdıq?
Dördqanadlı yonca dedim...Yadıma bir el sınağı düşdü.
Yoncaların əksəriyyəti üç
qanadlı olur.
Deyirlər ki, kim
dördqanadlı yonca
tapsa istədiyi arzuya çatır. Mənə elə gəlir ki, ağına-bozuna baxmadan ağlına deyil, ağzına gələni yazanların hamısı üçqanadlı
yoncadır.
Dördqanadlı yonca nadir olur.
Şair də dörqanadlı yoncadı. Az
tapılır. Bunu bilmək gərək! Gərəkdir ki, sadəcə şeir yazanlardan-"üçqanadlı
yoncalar" dan uzaqlaşaq, axtaraq, dördqanadlı yonca tapaq!
Özü də mütləq!
Onda istədiyimiz
arzulara çatacağıq?! Dördqanadlı yoncanı tapanda yaxşı-yaxşı fikir
verin. Az
qala yerə yapışıqlı haldadır.
Qalxmaq, dikəlmək istəyir.
Demək istəyir:
"Mənimi gəzirsiniz,
mən burdayam!"
...Bu qız da neçə
vaxtdı ki, ayaq üstə dura bilmir.
Sözləri ayaq üstədi
bu qızın!
Sizə
söyləyirəm, xəstə
deyiləm,
Yatağa sığınmış yasdayam
ancaq.
Deməyin, dəliyəm, ruhu-xəstəyəm,
Sonunda siz bilən yaşdayam ancaq!
İnsanam, sinəmdə çırpınır
ürək,
İnsanam, könlümdə arzularım
var.
Əlim
dost əlini tutmaq istəyir,
İnsanam, sevgim var, əbədi, yaşar!
...Hərfdən düzəlib
söz olaram mən,
Cümlədən yığılıb olaram
dastan.
Elə istərəm ki, şeirlərimdə,
Qafiyə
olsunlar Günəş
və Çəmən!
İnanıram ki, Mətanət Qüdsilin bu arzuları (və nə arzusu varsa!) çin olacaq.
...Əlində (Əlimizdə!)
dördqanadlı yonca
var!
Barat VÜSAL
525-ci qəzet.- 2017.- 31 yanvar.- S.7.