“Ulduz”un yeni sayında...
“Ulduz” jurnalının yanvar sayı bugünlərdə çapdan çıxıb.
Nəşrin bu sayı filologiya elmləri doktoru Abid Tahirlinin “Yeni səsli, yeni imzalı ədəbi qüvvələrin sorağında...” sərlövhəli ekspert yazısı ilə açılır.
Müəllif 50 yaşını qeyd edən “Ulduz”un profilinə nəzər salır, onun yarım əsr ərzində ədəbiyyat üçün gördüyü işlərə münasibət bildirir.
Dərgidə növbəti yazı İkinci Mahmudun “Özümlə söhbətin mümkünsüzlüyü” essesi və “Bəkir kompleksi” hekayəsidir.
“Şeir
vaxtı” rubrikasında
Taleh Mansurun iki şeiri yer alıb.
Aybəniz Əliyarın, Günay Həsənlinin, Roma Xosrovun,
Sevincin, Nəzakətin,
Sərəstan Gurun şeirləri də bu sayda verilib.
“Tənqid” bölməsində ədəbiyyatşünas
Vaqif Yusiflinin “Gənc şairlər, sözüm sizədir..” adlı silsilə
məqaləsinin üçüncüsünü
oxuyuruq. O, yazısında
gənc qələm sahiblərinə öz tənqid və iradlarını bildirir, Vəfa Mürsəlqızı,
Xatirə Nurgül, Ruzbeh Məmmədin şeirlərini təhlil edir.
“Nəsr”də
Şəhla Aslanın
“Quran”, Vüsal Oğuzun
“Nisyə” hekayələri,
Əli Şirin Şükürlünün “Dördlük”
povesti var.
Ayişə Nəbi “Əriyən durna bəyazlığında”
yazısı ilə böyük türk ədibi Ahmet Hamdi Tanpınarın yaradıcılığına işıq
tutur.
“Tərcümə
saatı”nda Məhəmməd
Nurinin tərcüməsində
Füruğ Fərruxzadın
şeirləri yer alıb.
“Hücrə”də
Qəşəm Nəcəfzadə
“Bir dəqiqəm bir saatdır Saatlıda” sərlövhəli
yazısında gənc
şair Allahşükür
Ağanın yaradıcılığına
nəzər salıb.
“Debüt”də
Cəmilə Məmmədlinin
“Dəli” hekayəsi, Leyla Namazovanın, Aysel Kərimin şeirləri verilib.
Elkin Kərimlinin
“Adsız”ı, Əli
Hacılının “Salfetə
yazılmış hekayə”si
də bu saydadır.
“Məqam”da
Dilarə Əliyeva Elçin Hüseynbəylinin
yaradıcılığından bəhs edir.
“Esse”də Firuz Abdullanın “Baş əydiyim tər qoxusu”, “Nostalji”də İntiqam Qasımzadənin “Bir fotoşəklə önsöz”
yazıları dərc
olunub. “Dərgidə
kitab” isə bu dəfə Vaqif Bayatlı Odər üçün ayrılıb.
Cavid QƏDİR
525-ci qəzet.-
2017.- 28 yanvar.- S.13.