Gənc aşıqlara
fəxri diplomlar təqdim olundu
Yanvarın 26-da Rəşid
Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi və “Folklor ənənələrinin inkişafına
dəstək” İctimai
Birliyinin təşkilatçılığı
ilə “Gəncləşən
sazım” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər
verir ki, ictimai birliyin sədri Aşıq Fəzail Misginli aşıq sənətinin
əhəmiyyətindən söz açıb. Bildirib ki,
tədbirin məqsədi
xalqımızın əsrlər
boyu qoruyub saxladığı və inkişaf etdirdiyi aşıq sənətini
təbliğ etməkdir.
Layihə aşıq sənətinin
bölgələrdə geniş
yayılmasını təşkil
etməklə sənətə
yeni simaların gəlməsinə, gənclərdə
bu sənətə marağın artırılmasına
və istedadların üzə çıxarılmasına
dəstək verilməsinə
yönəlib.
Tədbirdə 15-30 yaş
həddində aşıqların
ifasında “Yanıq Kərəmi”, “Baş sarıtel”, “Misri”, “Şəşəngi”, “Dilqəmi”,
“Qəhrəmani”, “Şirvan
müxəmməsi”, “Naxçıvan
gözəlləməsi”, “Cəlili”, “Orta sarıtel”, “Kərəm gözəlləməsi”, “Hüseyni”,
“Baş müxəmməs”
havaları səsləndirilib.
Sonda gənc aşıqlara Mədəniyyət və
Turizm Nazirliyinin fəxri diplomları təqdim olunub.
525-ci qəzet.-
2017.- 28 yanvar.- S. 12.