Azərbaycan rəssamlarının əsərləri
Daşkənddə sərgilənir
Özbəkistan Rəssamlar İttifaqının (ÖRİ) Mərkəzi Sərgi salonunda Beynəlmiləl Mədəniyyət Mərkəzinin (BMM) 25 illiyinə həsr edilmiş “Özbəkistan bizim ümumi evimizdir” adlı sərgi açılıb.
Sərginin açılışında Daşkənddə fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərinin rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri iştirak ediblər.
Özbəkistan Baş nazirinin müavini Tanzila Norbaeva BMM-in 25 illiyi münasibətilə mədəniyyət mərkəzinin rəhbərliyini və üzvlərini təbrik edərək onların ölkə mədəniyyətinin tanınması və təbliğindəki rolunu vurğulayıb.
BMM-in sədri Nəsrəddin Məhəmmədiyev, ÖRİ-nin sədri Akmal Nuriddinov və başqaları belə sərgilərin keçirilməsinin ölkədə millətlərarası sabitliyin möhkəmlənməsi, xalqlar arasında dostluq və qardaşlığın daha da güclənməsi, dinlərarası tolerantlığın inkişafına zəmin yaratdığını bildiriblər.
Özbəkistandakı
səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin təşəbbüsü
ilə tanınmış fırça ustalarımız - Toğrul Nərimanbəyov, Salam
Salamzadə, Maral Rəhmanzadə, Elbəy
Rzaquliyev, Həsən Haqverdiyev,
Hüseyn Məmmədov və digərlərinin
əl işlərindən ibarət 16 rəsm əsəri
sərginin ekspozisiyasında yer alıb. Sərgidə
Qarabağın milli qadın və kişi geyimləri, milli musiqi alətlərimiz və suvenirlər də
maraq doğurub.
525-ci qəzet.-
2017.- 28 yanvar.- S. 12.