“Ustad”ın oxucularla növbəti görüşü

 

 Ustadjurnalının 2017-ci ildə ilk sayı işıq üzü görüb.

Jurnalın bu sayı Şəmil Sadiqin “Ədəbiyyat dərslərinin tədrisində yenilik vacibdiryazısı ilə açılır. Yazını professor Asif RüstəmlininƏdəbiyyat İnstitutunun beş aylıq sələfiməqaləsi izləyir.

Niyazi MehdiHessenin bir deyiminin ucundan tutub gedəndə... Semantikasız dünyayazısında magiya ovsundan bəhs edir.

Maral Baharın Füzulinin şeirlərinə xüsusi yozum verənKüləklər şəhəri Bakıdan eşq iztirab şairinə səyahətyazısı da jurnalın bu sayında yer alıb.

Məti Osmanoğlu “37-ci il xatirəsi”ndə bir sözü ilə əvvəl Kommunist Partiyasından, sonra işdən çıxarılan Abbas Zamanovdan danışır.

Nazim Muradov “Bu il qaranquşlar Yəmənə uçmazyazısında şair Ramiz Qusarçaylının yaradıcılığından söz açıb.

Təranə VahidinÇərçivə”, Vaqif İsaqoğlununArmud ağacıhekayələri, Müşfiq XanınYoxolmapovestindən bir hissə bu sayda yer alıb.

Jurnalda Vəfa Mürsəlqızı Faiq Balabəylinin şeirləri dərc olunub.

 “110 illik iki ömrün nağılı - Səməd Vurğun Süleyman Rüstəmhaqqında Almaz Ülvi yazıb.

Nərgiz Cabbarlı Marsel PrustunSvana doğruromanından bir hissəni çevirib.

Qorxulara qarşı insan cəsarəti ideyasını özündə daşıyanYıxılmaqdan qorxan adamqısametrajlı filmindən Səma Fuadqızı bəhs edib.

Soltan Soltanlınınİki sevda çəkənlərin cəzası varyazısında musiqişünas Zemfira Qafarovanın keşməkeşli həyat yolu əks olunub.

Ülviyyə KərəmqızıMifologiyada şifahi xalq ədəbiyyatında qızıl almanınsirri”ni açıqlayıb.

Qəddar millətçi”ninifşası” - Tağı Şahbazinin güllələnməsiyazısında Cəlil Cavanşir unudulmaz yazıçının repressiya illərində yaşadıqlarından yazıb.

İran yazıçısı Cəlal XosrovşahininFüruğun hekayəti”ni türkcədən Rövşən Danyeri tərcümə edib.

Pərvanə MəmmədliÇəkdiyi tablolarla vətənə baxan rəssamƏşrəf Heybətovdan söz açır.

Ustad”ın bu sayında Məti OsmanoğlununSözün səmimiyyətiədəbi polemikası, Dilqəm Əhmədin “1933-cü il”,  Hüseyn ŞahbəndəyevinBir daha Aşıq Ələsgərin savadsız olduğu iddiası haqqındaaraşdırma yazıları da var.

 

MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 28 yanvar.- S. 12.