“Mən hər yerdə UNEC tələbəsi olduğumu qürurla deyirəm”
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Faiq Xasıyev “Erasmus+” mübadilə proqramı çərçivəsində Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM-da (İnterational School of Business and Management) bir semestrlik təhsilini başa vurub.
CEFAM-da mübadilə proqramında iştirak edən tələbə öz təəssüratlarını bölüşüb, hər iki universitetin təhsil prosesindəki oxşar və fərqli cəhətlərindən danışıb.
- Faiq,
Fransadan yeni qayıtmısınız. Bu haqda
məlumat verməyinizi
istəyərdik...
- “Erasmus+” mübadilə
proqramı ilə bir semestr Fransanın
Leon şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan
CEFAM-da təhsil almaq üçün müsabiqədən keçəndə
çox sevinirdim.
Səfərdən əvvəl çox
böyük gözləntilərim
var idi. Öncədən məqsədlərim
və edəcəklərimin
siyahısını müəyyən
etdim... Fransa düşündüyümdən
də valehedici oldu. Hələ təhsil məsələsini
bir kənara qoyaq, bu haqda
sonra danışarıq,
möhtəşəm memarlıq
abidələri, incəsənət
əsərləri və
füsunkar təbiətə
malik olan bu ölkənin zəngin mətbəxilə
vəhdətdə ən
skeptik insanları belə valeh edəcək mənzərə
yaradır. İnsanlar da
kifayət qədər
istiqanlı və qonaqpərvər idi, bunun dəfələrlə
şahidi oldum, bir neçə gün tələbə yoldaşımın evində
qonaq qaldım. Ailənin bütün diqqəti mənim üzərimdə
idi. Açığı, bu dərəcədə
isti qarşılanacağımı
gözləmirdim. Ümumiyyətlə, hər addımbaşı
tarix dərsliklərindən
oxuduqlarını canlı
görmək insanda fərqli hisslər yaradır.
- Təhsil
barəsində nə
deyə bilərsiniz? UNEC-də və
CEFAM-da keçdiyiniz dərslərin arasında
hansı ciddi fərqlər var idi? Ümumiyyətlə, təhsil sistemində
kəskin fərqlər
varmı?
- UNEC-də təhsil aldığım
Beynəlxalq İqtisadiyyat
Məktəbi təhsil
standartlarını Qərb
dünyasına maksimal
dərəcədə yaxınlaşdırdığına
görə mən çox da böyük
fərq hiss etmədim.
Amma bəzi mühüm məqamları qeyd etmək istəyərdim.
Ən çox bəyəndiyim, fənlərin tədris prosesi müəllimlərə
həvalə olunur və vahid sistem
olmadığından, hər
bir müəllim, qiymətləndirmə sistemini
və dərs materiallarını sərbəst
seçir. Misal olaraq,
marketinq fənnində
sessiya imtahanı əvəzində tələbələrə
qrup şəklində
biznes ideya fikirləşmək və
detallı marketinq planı hazırlamaq tələb olunurdu. Dərslərdətələbələrin İT-yə çıxışı
maksimal təmin olunur, Maliyyə dərsi kompyuterlərlə
təchiz olunmuş otaqlarda keçirilirdi.
Dərslərdə tələbələrin iştirakı ciddi tənzimlənir, qaib limiti kifayət qədər kiçikdir.
Eyni zamanda tələbələr
dərslərə daha
məsuliyyətli və
kreativ yanaşır, dərslərin daha səmərəli olması
üçün səylərini
əsirgəmirlər. Bir də onu vurğulamaq
istəyirəm ki, təhsil proqramları tələbələrdən 3 və
6 aylıq təcrübə
proqramları keçməyi
tələb edir.
Tələbələr daha çox
bunun üzərində
fokuslanırlar.
- Bəs Fransada tələbə həyatı
necə keçir?
- Bir kəlmə ilə desəm, Fransada tələbə həyatı
əla keçir! Düzü onlarda tələbə təşkilatlarına demək
olar ki, önəm verilmir. Yalnız kiçik tələbə
yığıncaqları olur
ki, onlar şənliklərin təşkilində
iştirak edirlər.
Yaşadığım Leon şəhərində, həm dadmağa gözəl mətbəx,
həm möhtəşəm
parklar, muzeylər və tarixi abidələrlə yanaşı,
gecə həyatını
bəyənən insanlar
üçün də
geniş seçim var idi. Belə deyək, tələbənin
qarşısında zövqünə
uyğun nəhəng
seçimləri var və heç bir maneəsi yoxdur. Avropa daxilində səyahət
imkanları genişdir.
Çox
ucuz bilet qiymətləri və onlayn alış-verişin
inkişaf etdiyinə görə tətili də, hətta həftə sonlarını
da Avropanın istənilən diyarında
keçirmək olar.
- Fransız
tələbələrlə münasibətiniz necə
idi? Azərbaycan haqqında nə
qədər məlumatlı
idilər?
- Fransada olduğum müddətdə
mehriban mühitdə olmağımdan dolayı çox məmnunam. Qısa zamanda özümə gözəl dostlar qazandım, vaxtımı onlarla birgə keçirib, həm əyləndim, həm də çoxlu yeni şeylər öyrəndim. Azərbaycanın harada yerləşdiyini və onun varlığından
agah olanlar çox idi. Hətta bayrağımızı tanıyanlar
da var idi.
Amma detallı məlumat az
idi, məhz bu səbəbdən söhbət əsnasında
onlara ölkəmiz haqda danışırdım.
Hətta bir dəfə, Yeni il süfrəsi
hazırlayanda fransız
dostlarım üçün
mətbəxə girib,
aş-qara hazırladım.
Dedim ki, bizim bayramlar plovsuz olmur. Çox bəyəndilər.
- Xüsusi
yadınızda qalan hadisəni danışın,
zəhmət olmasa...
- Ruandan Parisə yollanan zaman avtobusa 7 dəqiqə gecikən xanımın qardaşı
maşınla avtobusun
yolunu kəsdi və yalvarmağa başladı. Sürücü, təbii olaraq,
bu xahişi rədd etdi. Avtomobilin sürücüsü
az qala,
diz çökərək,
avtobus sürücüsünə
yalvaracaqdı, lakin sonda ürəyi yumşaldı, razılaşdı.
Bu hadisəyə görə Ruandan 10 dəqiqə gec çıxsaq də, Parisə nəzərdə
tutulan vaxtdan 10 dəqiqə tez çatmış olduq.
Bir avtobus insanın düz 10 dəqiqə qızı gözləməsinə görə
o yolboyu özünü
günahkar hiss etdi. Amma sərnişinlərdən
heç kim
onu məzəmmət
etmədi... Bu sadəcə bir hadisə idi, Fransadan özümlə böyük təəssüratlar
gətirdim. Məzun olandan
sonra CV-də UNEC-lə yanaşı, Avropa universitetinin də adının yazılması şansını
qazandım. Həm də
həvəskar fotoqraf
kimi Fransanı öz obyektivimdən görmək imkanım oldu. Bu fotolar
da təəssüratlarım
kimi, gözəl və daimidir. Həyatımda böyük rol
oynayan bu mübadilə proqramında
UNEC tələbəsi kimi
iştirak etdim. Bu, UNEC-in öz tələbəsi
üçün yaratdığı
möhtəşəm fürsətlərdən
biri idi. Bunun üçün doğma universitetimə minnətdaram.
Mən hər yerdə UNEC tələbəsi
olduğumu qürurla deyirəm!
S.QARAYEVA
525-ci qəzet.-
2017.- 28 yanvar.- S.10.