Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabı müəllifinə təqdim olundu
Tanınmış Azərbaycanşairi Zakir
Fəxrinin “Şeirlər”
(“Poems”) kitabıişıq üzü görüb.
Şairin
70 illik yubileyi və Azərbaycan Tərcümə Mərkəzinin,
milli ədəbiyyatın
dünyada tanıdılması
layihəsi çərçivəsində
nəşr edilmiş
kitaba, müəllifiningilis
və Azərbaycan dilində “Qarabağsız”,
“Bir ömrün tarixi”, “Qalmaz belə, qalmaz dünya”,“Yaza və yoza bilmədiyim yuxu”, “Rekviyem”, “Qaranlıqdan aydınlığa”, “Qara Məlik, Qara Qəzənfər və mən” kimi məşhur şeirləri
daxil edilib.
Kitab – Xalq şairi Bəxtiyar Vahabzadənin Zakir Fəxri yaradıcılığı haqqında
yazdığı “Poetik
düşüncənin təzəliyi”
və Afaq Məsudun “Cənab Söz” essesi ilə başlayır.
Cənab
Söz
“Söz ta əzəldən vardı. Sözü
Allah, Allahı Söz
yaratdı...”
İncil
Bu gün ədəbi məkanımızı bürüyənsəliqəli,
naxışlı, lakin
bədii cəhətdən
qidasız, cansız və ruhsuz mətnlər bolluğunda
itirilməkdə olan Həqiqi Ədəbiyyat tapmağın, üzə
çıxarmağın, həqiqi
olanıoxşarından seçib
ayırmağın bir
yolu da – yaranan və yaranmaqda olan bu nadir ədəbi incilərin yeni formatlarda və müstəvilərdə təqdim
olunmasıdır. Şeirə gəlincə,
düşünürəm, hər biri ayrı-ayrılıqda
müstəsna ədəbi
tutum daşıyıcısı
olan bu kiçik
poetik nümunələr,
bütöv qəzet səhifələrinə yerləşdirilən
ənənəvi şeir
silsilələri, yaxud
“kitab bolluğu” sindromunda azdırılmış
cildlərlə yox, bir-bir, tək-tək təqdim edilməlidir.
Burada əsas məqsəd – bədii fikrin, Sözün, yazıldığın anın
dərəcəsində mənimsənilməsinə
imkan yaradılması,
“Yazılan”ın,sirli Yazı
Məqamının mənzərəsində
–həmin İlahi Tənhalığında təqdim
edilməsidir.
Yazıb-yaratdıqlarını nəşr etməklə arası olmayan, Allaha olan sevgi,ağrılar və duyğular dolu şeirlərini, təbi gəldikcə, xeyir-şərdə dost-tanışına
sədəqə kimi paylayan və bundan qəribə bir rahatlıq tapan Zakir Fəxrinin
poeziyası da, həmin o itirilib-axtarılan
Həqiqi Ədəbiyyatlardandır.
A.Məsud
Zakir Fəxri
Çiynimdə tabut, gəzirəm
Alışdım tək daşımağa,
Çiynimdə yük daşımağa,
Yer yox bir tük
daşımağa,
Çiynimdə tabut, gəzirəm.
Dolaşıram dağı-daşı,
Nə zər,
nə yaqut gəzirəm.
Düyün-düyün yollarımı
Aça-aça oxuyan bir
Kökdən düşmüş ud gəzirəm.
Çiynimdə tabut, gəzirəm.
Gəzirəm dörd bir tərəfi,
Bilmirəm yolum haradı.
Çəkir məni sirr tərəfi...
Ölümü gördüm, deyəsən,
Görəsən, olum haradı?
Suyuna dodaq dəyməmiş,
Köksünə ayaq dəyməmiş,
Sinəsinə ox dəyməmiş
Gözdən uzaq yurd gəzirəm,
Çiynimdə tabut, gəzirəm.
Dörd
yana meydan
sulayan,
Səsi
ruhunu dalayan,
Axirət
deyib ulayan
Yalqız
qalmış Qurd gəzirəm,
Çiynimdə tabut, gəzirəm.
Balalar çiçək doğulur,
Gül doğulur
balalar.
Balalar göyçək doğulur,
... Qul doğulur balalar.
Torpaqdan
altun doğulur,
Daşlardan yaqut doğulur,
Nədənsə şair doğulan
Çiynində tabut doğulur.
Çox
göynətdi ürək
məni,
Dərdsiz ürəyə qurd
düşər...
Silkələmə, fələk, məni,
Çiynimdəki tabut
düşər!..
525-ci qəzet 2018.- 4 aprel.- S.8.