Beynəlxalq uşaq
kitabı günü qeyd
olundu
2 aprel Beynəlxalq Uşaq Kitabı Günü F.Köçərli
adına Respublika Uşaq Kitabxanasında da qeyd olunub. Kitabxanada beynəlxalq
uşaq kitabı gününə həsr olunmuş kitab sərgisi açılıb.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi
Şəhla Qəmbərova
bu günün əhəmiyyətindən danışıb.
Bildirib ki, 1805-ci il
aprelin 2-də uşaq
ədəbiyyatının inkişafında
əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian
Andersen anadan olub. 1967-ci ildən etibarən
yazıçının doğum
günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın
təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. Məqsəd isə uşaqların intellektual inkişafında
kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
Bununla yanaşı, oxucuların informasiya tələbatının ödənilməsi
üçün onları
son nəşrlərlə tanış etmək və məlumatlandırmaqdır.
Beynəlxalq Uşaq Kitabı
Gününün ölkəmizdə
də özünəməxsus
şəkildə qeyd
olunduğunu söyləyən
natiq deyib ki, hər il bununla bağlı müxtəlif
rəsm və kitab sərgiləri keçirilir.
Tədbirdə Misir Ərəb Respublikasının ölkəmizdəki
səfirliyinin Mədəniyyət
və Təhsil Əlaqələri Mərkəzinin
müdiri, mədəniyyət
attaşesi Əhməd
Sami Elaydinin "Misir və Azərbaycan mədəni əlaqələri"
mövzusunda məruzəsi
dinlənilib.
Son illər Azərbaycan
və dünya uşaq ədəbiyyatının
təbliği istiqamətində
çap olunan kitablardan söz açan məruzəçi
deyib ki, bu sərgidə misir mədəniyyətinə,
folkloruna həsr edilən kitablar da sərgilənir.
Sərgi zamanı məktəblilərin
təqdimatında nağıl
qəhrəmanlarının obrazlarından ibarət kompozisiya təqdim olunub.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2018.- 4 aprel.- S.8.