Bəhram Fərmanzadənin
şeirləri
Özümlə söhbət
("İşıqlı
düşüncələr" silsiləsindən)
Qarşında ağ kağız,
Əlində qələm.
Oturduğun boş otaq
Sehirli aləm.
Dərin
fikirlərə
Dalıb səhərdən.
Oturub gah durub,
Var-gəl edirsən.
Ayrılma işıqlı
Düşüncələrdən...
Bəzən də xəyala
Fikrə gedirsən.
Yazanlar çox olub,
Qəmdən-qəhərdən.
Gah şirin gülüşdən,
Qəhqəhələrdən.
Şair
öz-özünə
Sual ver hərdən
Ayrılma işıqlı
Düşüncələrdən.
lll
Söz-möcüzəli
Simurğ tüküdür.
Bu yükü yüngül
Heç də bilmə sən.
Həyatda ən ağır,
Sözün yüküdür.
Asandır dəryada,
Dənizdə üzmək.
Füzuli
mülkündən
İncilər dərib,
Çətindir a şair,
Misraya düzmək.
Nizami babam da
Qələm göndərib.
Hər sözü inciyə,
Lələ döndərib.
Hadinin şeirində,
Gərək azasan,
Ələsgər sazında
Gərək köklənib,
Xətai
dilində
Şeir yazasan.
lll
Bəzən də adamı
Şöhrət aldadır.
Aldanma həyatda,
Uyma hər vədə.
Ayaqda gəzənin
Yeri daldadır.
Ucalar olurlar.
Hər vaxt zirvədə.
Yaxın
ol xeyirə,
Uzaq ol şərdən...
Ayrılma işıqlı
Düşüncələrdən.
lll
Ürək yanmalıdır,
Bir də
can-ciyər.
Sözündə, dilində
Olmasa kəsər,
Nəsimi
inciyər,
Vaqif də küsər.
Şair!
Öz-özünə
Sual ver hərdən.
Ayrılma işıqlı
Düşüncələrdən.
Sən şeir yazmağa
Görmü hazırsan.
Nədən başlayırsan
Nədən yazırsan...
lll
Şair!
Sinəni hicranın
Oxu deşməmiş.
İlham
köhlənindən
Hələ düşməmiş.
Zaman yetişməmiş
Vaxt ötüşməmiş.
Saçına düşəcək
Dən hərdən-hərdən.
Ayrılma işıqlı
Düşüncələrdən.
Şair!
İçində sükutun,
Buxovun qır-at
Əzəldir bu dünya
Şirindir həyat.
İlham
al həyatdan,
Yaşa, yaz, yarat.
İlham
köhlənini
Min hərdən hərdən,
Ayrılma işıqlı
Düşüncələrdən.
Şair!
Göylərdən ulduzu,
Dərib g ül kimi.
Gecənin pərdəsin.
Yığıb tül kimi.
Sinəndə xırdala
Sözü ləl kimi.
Günəşin özünü
Bir məşəl
kimi.
Göylərdən endirib,
Sən
al səhərdən
Ayrılma işıqlı
Düşüncələrdən.
Ayrılma işıqlı
Düşüncələrdən.
Fikir məni aparanda
Qandal yoxdu qollarımda,
Buxov yoxdu ayağımda,
Daha yoxdu bir arxamda,
Söykənməyə dayağım da.
Soyumuşam çöl-bayırdan,
Elə bil ki, soyuqluqda.
Mən şimalın
buz dağıyam.
Qobustanda,
Bayılda yox,
Öz evimin dustağıyam.
Fikir məni aparanda,
Gah dağdayam, gah aranda,
Külək əsib bir budaqdan,
Bir yarpağı
aparanda.
Buludların arasında,
Gah uçuram, gah itirəm,
Bir dağdağan ağacı
tək
Şiş qayanın başında
mən,
Tək qalıram,
tək bitirəm.
Fikir məni aparanda,
Sığınıram mən evimin,
Bir küncünə,
bucağına.
Ayla, illə
üz tutmuram.
İsti ata ocağına.
Fikir məni aparanda,
Əsən külək meh yerinə.
İsti
məni qamçılayır,
Çəmən üstə şeh
yerinə
Mənim qanım damcılayır.
Fikir məni aparanda,
Mən kiminsə
yoxluğuyam.
Mən kiminsə göz dağıyam,
Öz evimdə mən özümün
Gecə-gündüz dustağıyam.
Fikir məni aparanda,
Öz evimdə öz-özümə
Xoflanıram, haylanıram.
Pəncərədən baş çıxarıb.
Barmaqlıqlar arasından
Bu dünyaya boylanıram.
Fikir məni aparanda,
Belə
keçir günüm-ayım,
Budur mənim alın yazım,
Budur mənim
qismət payım.
Fikir məni aparanda,
Hissi boğdum,
səbri boğdum
yaşatmadım.
Ömrüm boyu bir quşa da
Bostana da daş atmadım.
Çox
görürəm:
Zəmanədən çox haqsızlıq.
Günahım nə?
Günahsızlıq!
Günahım nə
Haqqın
qulu
Üzüsulu
Olmağımdı
Günahım nə,
Dörd
divarın arasında,
Tək özümlə
qalmağımdı.
Torpaq
Tanrı
bizi xəlq edib,
Oddan, sudan, havadan.
Pərvazlandıq dünyaya,
Torpaq adlı
yuvadan.
Bu torpaqdan çıxıbdı,
Çörəyimiz, suyumuz.
Torpaq üstə olubdu,
Nişanımız, toyumuz.
Çox
döyüşlər gedibdi,
Ar, namus, papaq üstə.
Öləndə biz ölürük,
Bir qarış
torpaq üstə.
Mən demirəm dünyadan,
Mən demirəm
doyuruq.
Ötəndə yaş yetmişi,
Ömrü dincə qoyuruq.
Ağlayanda tökülür,
Torpağa göz yaşımız.
Bu torpaqdan ucalır,
Göylərə baş daşımız.
Ömrü də zərrə-zərrə,
Torpaq üstə
bölürük.
Torpaq üstə doğulub,
Torpaq üstə ölürük...
Laçının yollarında
Duman zirvəni alıb,
Dağlar xəyala dalıb.
Əlik
balasız qalıb,
Laçının yollarında.
Qartal da qalıb qərib,
Lalə yanıb közərib.
Həsrətdən xalı sərib,
Laçının yollarında.
Qərib
qalıb tut, vələs,
Necə alım mən nəfəs.
Dünya
mənə dar qəfəs,
Laçının yollarında.
Öpərsən
Dostum Ənvər Əhmədə
Həyat
mənə işgəncədi,
zülümdü,
Bir kimsəm
yox gözləyənim
ölümdü.
Sənə qalan bircə ovuc külümdü,
Azad olan torpağıma
səpərsən.
Xətainin qılıncını al görüm,
Gir döyüşə
sağa-sola çal görüm.
Düşmənimi pərən-pərən sal görüm,
Qolda qüvvət,
ürəyimdə təpərsən.
Pərvazlanıb qartal göydə
süzəndə,
Güzgülənib sona göldə üzəndə,
Şamxoruzu fərəsini gəzəndə
Göndər mənə qaranquşdan xəbər sən.
Bu dünyanın üzü sevinc, kədərdi,
Demə qardaş nə əkmişdim, nə dərdi.
Bu dünyada nə var gəldi, gedərdi,
Başım üstə qılınc, qalxan, sipərsən.
Bir palıdam şimşək
vurdu laxladım,
Öz kökümü, budağımı
saxladım,
Ənvər Əhməd yaxşı,
pisi yoxladım,
Qarabağın torpağından öpərsən.
Qaçqın
Sıldırımdan daş axdı,
Dərələrə helləndi.
Gözlərindən yaş axdı,
Yanağında selləndi.
Gözlərinin yağından,
Yağ tökdü
qəndillərə.
Çarpaz sinə dağından,
Qalxıb baxdı çöllərə.
Baxdı
fikir içində,
Baxdı ocaq yerinə.
Düşündü ki, nə vaxtsa,
Qayıdacaq yerinə.
Baxdı,
yurduna, baxdı,
İçində dərd oyandı.
Gözlərindən yaş axdı
Yaşında mərd oyandı.
Gördü Koroğlu olub,
Gördü çətin anında.
Neçə igid dayanıb
Xan Eyvaz da yanında.
Gördü Koroğlu olub,
Gördü Qırat belində.
Qalxdı
yağı üstünə
Misri qılınc
əlində.
At üstəydi Nəbi də,
At üstəydi Həcər
də.
Gördü döyüşlər gedir,
Laçında, Kəlbəcərdə.
O, döyüş meydanına,
İgid kimi atıldı.
Döyüşdə Xan Eyvaza,
Soltan bəyə
qatıldı.
O gördü bu savaşda,
Necə çalınır "Cəngi".
Qaldırılır Şuşada
Hünər, zəfər çələngi.
O gördü bu savaşda,
Millət necə oyanıb.
Döyüş gedəndə başda
Sərkərdəsi dayanıb!
Bu həyat şirindi, Dünya gözəldi
Köklü bir çinarın
budağı kimi,
Bəzəkli bir gəlin otağı kimi,
İsmətli bir qızın
dodağı kimi,
Sevgidə qönçədə uyuyan güldü,
Bu həyat şirindi,
Dünya gözəldi.
Qaranlıq əriyib, işıqda
batır,
Günəşə, işığa
hər şey can atır.
Bir ovuc torpaqda xəzinə
yatır,
Vətən torpağının daşı
da ləldi,
Bu həyat şirindi,
Dünya gözəldi.
Gecələr sayrışan ulduza
bir bax,
Günəşin başına, fırlanır
Yer bax.
Bundadır möcüzə, bundadır
sirr - bax.
Kainat əbədi, Dünya əzəldi -
Bu həyat şirindi, Dünya gözəldi!..
Bir daha sən məni görməyəcəksən
Yuxuna girirəm,
yuxun da çindi.
Bu, həmin döngədi,
bu, həmin tindi.
Yüz dəfə yanından,
ötsəm də indi
Bir daha sən,
məni görməyəcəksən.
Bu, həmin döngədi,
həmin dalandı.
Desəm
görüşərik,
desəm, yalandı.
Təkcə xatirələr,
yadda qalandı.
Bir daha sən,
məni görməyəcəksən.
Mən sizin küçədən,
keçib gedəcəm.
Köçəri quşlar tək
köçüb gedəcəm.
Özümə bir yuva
seçib gedəcəm,
Bir daha sən,
Məni görməyəcəksən.
Gözlərin gəzəcək,
qərib şəhəri.
Yanından yüz dəfə
ötəcəyəm mən.
Dönüb bənövşəyə
bir yaz səhəri,
pəncərən önündə
bitəcəyəm mən.
Bir daha sən
məni görməyəcəksən.
Bir daha sən,
məni görməyəcəksən...
Bəhram
FƏRMANZADƏ
525-ci qəzet 2018.- 6 aprel.- S.6.