"Sən yadıma düşəndə"
DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ İLƏ BEYNƏLXALQ UĞAM MƏRKƏZİ GÖRKƏMLİ BƏSTƏKAR ELZA İBRAHİMOVANIN ARADICILIĞINA HƏSR OLUNMUŞ KONSERT TƏŞKİL EDİB
Aprel 4-də Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti (ADMİU) ilə
Beynəlxalq Muğam Mərkəzinin "Yeni nəsil dəvət edir" birgə layihəsi çərçivəsində
keçirilən növbəti
konsert görkəmli bəstəkar Elza İbrahimovanın yaradıcılığına
həsr olunub.
"Sən yadıma
düşəndə" adlanan
konsert proqramında bəstəkarın ən
sevilən mahnıları
tələbələrin ifasında
tamaşaçılara təqdim
edilib.
Gecə "Bakının işıqları"
mahnısı ilə başlayıb. Daha sonra "Sənsizliyin içində", "O gözlər",
"Sevgilim tut əlimdən",
"Bilməzdim", "Mən
sənin yanına qışda gələrdim",
"Sən yadıma düşəndə", "Qurban verərdim",
"Səslə məni",
"Daha məndə dözüm yox", "Yalan ha deyil", "Unuda bilməzsən",
"Gecələr bulaq
başı", "Gəl
barışaq", Sən
bir nəğmə, mən bir nəğmə",
"Bağçadan keçmisən",
"Mehribanım" kimi
biri-birindən gözəl
mahnılar musiqisevərlərə
həzz dolu gecə bəxş edib.
Elza İbrahimovaya həsr olunan konsert proqramı dillər əzbəri olan, Vətən haqqında mahnı deyəndə ilk yada düşən "Ey, Vətən" mahnısı ilə sona çatıb.
Konsert boyu ifaçıları bədii
rəhbəri Xalq artisti, professor Zamiq Əliyev olan ADMİU-nun Xalq çalğı alətləri ansamblı müşayiət edib. Konsertin bədii
rəhbəri isə
Estrada sənəti kafedrasının
müdiri Məryəm
Babayeva olub.
Xatırladaq ki, "Yeni nəsil dəvət edir"
layihəsi fevral ayının 8-də Beynəlxalq
Muğam Mərkəzində start götürüb və iyul
ayına kimi davam edəcək.
525-ci qəzet 2018.- 6 aprel.- S.7.