“Səməd Vurğunun ev-muzeyi” adlı albom işıq üzü gördü

 

Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun ev-muzeyi 1975-ci ildə açıldığı gündən Vurğunsevərlərin, ədəbiyyatsevərlərin poeziya ocağına çevrilib.

 

2015-ci ildən muzeyin S.Vurğunun istedadlı övladlarını - Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz rol oynamış Xalq yazıçısı Yusif Səmədoğlunun Xalq şairi Vaqif Səmədoğlunun da irsini əhatə etməsi bu məkana yeni aura gətirib. Beləcə, muzey öz fəaliyyət dairəsini daha da genişləndirib. Qapıları şeirə, sözə, musiqiyə hər zaman açıq olan bu muzeydə ədəbi gecələr, kitab təqdimatları, xatirə günləri, sərgilər, elmi konfranslar keçirilir.

 

2016-ci ildəŞərq-Qərbnəşriyyatında Aygün Vəkilovanın layihəsi əsasında hazırlanmışSəməd Vurğunun ev-muzeyifoto albomu muzeyin yarandığı gündən ədəbi-ictimai fəaliyyətini, orada, o cümlədən, hər üç ədibin müxtəlif yüksək mədəniyyət mərkəzlərində keçirilən yubiley tədbirlərini öz səhifələrində əks etdirir. Nəşrin redaktoru Fəlsəfə doktoru Nüşabə Babayeva-Vəkilova, tərtibatçıları Əsli Quliyeva Səidə Abdullayevadır.

 

320 səhifəlik nəfis tərtibatlı nəşrdə ayrı-ayrı elm mədəniyyət xadimlərinin Səməd Vurğun, Yusif Vaqif Səmədoğlular haqqındakı fikirləri verilib, nadir fotolar bu albomu daha da zənginləşdirilib.

 

Nəşrin sonunda böyük Vəkilovlar nəslinin şəcərəsi ev-muzeyi binasının görüntüsü əks olunub.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.-7 aprel.-S.10.