Xalq rəssamı Ömər Eldarovun
yaradıcılığına aid kitab çap olundu
Yazıçı Günel İmranın
"Qanun nəşriyyatı"nda
"Ömər" adlı
yeni romanı çapdan çıxıb.
Kitab Xalq rəssamı, məşhur
heykəltəraş Ömər
Eldarovun həyat və yaradıcılığına
həsr olunub.
Romanda sənətkarın
ömür yolunun müxtəlif dövrlərinə
aid maraqlı faktlar, həyat və sənətlə bağlı
düşüncələri bədii şəkildə
əks olunub.
Qeyd edək ki, Günel
İmranın bundan öncə üç nəsr kitabı "Məni kim
öldürdü" (2014), "Qapqara günəş"
(2015), "Maya və ifritənin
büllur ürəyi"
(2016) işıq üzü
görüb.
ŞAHANƏ
525-ci qəzet.- 2018.- 12 aprel.- S.8.