Habil Əliyev adına müsabiqənin ilk
turu yekunlaşdı
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində
olan Bərdə şəhər 1 nömrəli
uşaq incəsənət
məktəbində "Habil
Əliyev adına
gənc kamança ifaçılarının II respublika
müsabiqəsi"nin I mərhələsi
keçirilib.
Azərbaycan xalq çalğı alətlərinin kamanlı-simlilər
qrupunun ən parlaq nümunəsi kamançadır. Kamança, muğamlarımızın ifasında əsas olan trioya (tar, kamança, qaval) daxildir. Kamançanın müxtəlif növləri
başqa adlarla Şərq və Orta Asiya xalqları
arasında yayılmışdır.
Kamança ifaçılığının Azərbaycanda yüksək
inkişafı XIX əsrin
ikinci yarısından
başlayaraq xanəndəlik
sənətinin inkişaf
etməsi ilə bağlıdır. İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədilərmiş. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir.
2017-ci ildə
YUNESKO-nun Qeyri-maddi Mədəni
İrs üzrə Reprezentativ siyahısına
daxil edilmiş kamança ifaçılığının
təbliği, respublikada
kamança ixtisası
üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların
dəstəklənməsi, habelə milli musiqi mədəniyyətinimizin
görkəmli nümayəndəsi,
məşhur kamança
ifaçısı Habil
Əliyevin xatirəsinin
əbədiləşdirilməsi üçün gənc kamança ifaçılarının
müabiqəsi keçirilib.
Müsabiqəyə regional idarənin Mingəçevir,
Yevlax şəhər
və Bərdə, Tərtər rayon nümayəndəliklərindən
qatılmışdılar. Müsabiqə
3 fərqli yaş kataqoriyası üzrə aparılıb ki, hər yaş həddinə uyğun olaraq iştirakçılar
10-13,14-17 və 18-21 yaşlarında
çıxış ediblər.
Müsabiqə iştirakçılarından
10-13 yaş kateqoriyası
üzrə çıxış
edənlərdən Yevlax
şəhər Aran musiqi məktəbinin 2-ci sinif şagirdi Baxşəliyev Yusif Ramil oğlu və Bərdə rayon 1 saylı uşaq incəsənət məktəbinin
3-cü sinif şagirdləri
Bənizadə Mamani, Niyaməddin Həbib oğlu və İsgəndərli Yusif Nəvai oğlu, 14-17 yaş kateqoriyası üzrə müsabiqə
iştirakçılarından Mingəçevir şəhər
Üzeyir Hacıbəyli
adına 11 illik musiqi məktəbinin 2-ci sinif şagirdi və Bərdə rayon 1 saylı uşaq incəsənət məktəbinin
3-cü sinif şagirdi
Həmidov Hümbət
Azər oğlu çıxışları münsiflər
heyəti tərəfindən
yüksək qiymətləndirilərək
müsabiqənin 2-ci mərhələsində
çıxış etmək
hüququ əldə ediblər. Müsabiqənin ikinci turu isə Bakı şəhərində keçiriləcək.
Bu turda regionlardan
seçilmiş iştirakçılar
müsabiqənin münsiflər
heyəti tərəfindən
dinlənilərək qiymətləndiriləcək.
Sonda münsiflər
müsabiqə qalibləri
ilə görüşüb
onların digər turlarda uğur qazanmaları üçün
öz tövsiyələrini
veriblər.
525-ci qəzet.- 2018.- 12 aprel.- S.7.