Səmaya qovuşan... Səma
YAZIÇI-PUBLİSİST
ZİYƏDDİN SULTANOVUN "GÖYLƏRDƏN
GƏLƏN GƏLİN" SƏNƏDLİ POVESTİ
HAQQINDA QEYDLƏR
... Kitabxanada bir kitab axtarırdım. Bu məqsədlə rəfləri nəzərdən keçirirdim. Birdən üz qabığında gözəl və məğrur qız şəkli olan bir kitabça diqqətimi cəlb etdi.
Şəklin altında iri hərflərlə yazılmışdı: "Göylərdən gələn gəlin". Bu, kitabın adı idi. Müəllifinə baxdım: Ziyəddin Sultanov. Dərhal bildim ki, şəkildəki qız Qarabağ müharibəsinin qəhrəmanlarından biridir. Çünki uzun müddətdir ki, "Xalq qəzeti"ndə çalışan Ziyyəddin Sultanov respublikamızda, əsasən, Qarabağ müharibəsi mövzusunda əsərlər yazan hərbi jurnalist kimi tanınır. O, müharibə dövründə cəsarətlə ən qaynar nöqtələrdə olmuş, çoxlu reportajlar hazırlamış, əsərlər yazıb nəşr etdirmiş və beləliklə, Qarabağ müharibəsinin salnaməsini yaratmışdır.
Kitabı götürüb evə gəldim və oxumağa başladım. Əsər ilk cümlələrdən məni tutdu. Çünki sənədli povest janrının tələbinə uyğun olaraq, əsasən, bədii-publisistik üslubda yazılmış bu əsərin elə ilk cümlələrində nağıl poetikasının əlamətləri də var idi. Odur ki, onu dayanmadan oxumaqda davam etdim və... bir də gördüm ki, sona çatmışam. Son səhifələri də oxuyub çox kövrəldim... bir azərbaycanlı qızının faciəli taleyi ürəyimi həm kədərlə, həm də qürurla doldurdu. Xeyli vaxt əsərin təsirində qaldım, məğrur Azərbaycan qızının şəklinə yana-yana baxdım, baxdım...
"Göylərdən gələn gəlin" əsəri Laçın rayonunda, Şamkənddə doğulub boya-başa çatmış və erməni girovluğunda özünə qəsd etmiş Səma adlı bir qızın qeyri-adi həyatından bəhs edir. Əsərdən öyrənirik ki, Səma Kərimova 1969-cu ildə həmin kənddə ziyalı ailəsində dünyaya göz açıb. Səmanın atası Aydın müəllim uzun illər kənddəki orta məktəbə rəhbərlik edib, anası Sevda xanım isə orada müəllim işləyiblər. Səmanın Əli adlı qardaşı, Səbinə adlı bacısı da olub. Yəqin ki, səmanın, yəni göylərin ucalığını, təmizliyini və gözəlliyini nəzərə alaraq yeni doğulmuş körpəyə Səma adı veriblər.
Səma tez böyüyür və öz gözəlliyi ilə hamını heyran edir. Həmyaşıdları, xüsusən onun uzun, qara, qalın saçlarına həsəd aparırlar. Beləliklə, Səma xoşbəxt uşaqlıq və ilk gənclik dövrünü yaşayır, ailənin əziz-xələf övladına çevrilir. Ailə üzvlərindən başqa, qohum-əqrəba da, kənd sakinləri də ona xüsusi hörmət və məhəbbət bəsləyirlər. Çünki Səma həm zahirən, həm də daxilən çox gözəl qız olur. Hamıya kömək etməkdən, yanımcıllıq göstərməkdən həzz alır. Evlərindəki nimdaş pal-paltarı, əti, soğanı, kartofu, alma-armudu, limonu "oğurlayıb" kəndin tənha qocalarına, imkansız gənc ailələrinə paylayırmış. Anası da bu iş üstündə onu danlayanda, gülərmiş, "bundan zövq alıram" - deyərmiş.
Orta məktəbi bitirdikdən sonra Səma Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olunur. Elə bu vaxtlarda onu dayısı oğlu Arif Hümbətova nişanlayırlar. Arif də Bakıda Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil alırdı. Onların toyu kənddə çox təntənə ilə keçir. Gəlin üçün Moskvadan hədiyyələr alınır. Yeni xoşbəxtlik dalğası Səmanı öz ağuşuna alır. Lakin... "Sən saydığını say, gör fələk nə sayır" - deyiblər. Toydan sonra Laçında vəziyyət xeyli dəyişir. Laçının Ermənistanla sərhəd kəndlərinə basqınlar edilir, Dağlıq Qarabağın erməni yaşayış məntəqələrindən də təhlükələr, təzyiqlər artır. Belə bir şəraitdə Laçın öz qayğıları, problemləri ilə üzbəüz qalır. Yerli polis dəstələri, könüllülər, Laçına köməyə gəlmiş ayrı-ayrı dəstələr əlaqəsiz, pərakəndə döyüşür. Təpədən dırnağadək silahlanmış düşmənlər belə imkanlardan istifadə edərək irəliləyir. Bakıda isə hakimiyyət uğrunda mübarizə gedir... Beləliklə, 227 şəhid verdikdən sonra Laçın 18 may 1992-ci ildə ermənilər tərəfindən işğal olunur.
Laçının işğalından sonra Səmagilin ailəsi - Kərimovlar ailəsi Bərdəyə üz tutur. Qaradəmirçi kəndində məskunlaşırlar. Çünki Səmanın həyat yoldaşı Arifin doğma əmisi məhz bu kənddə yaşayırdı. Sevda müəllimə qızını - Səmanı arabir Hacıkəndə aparır, çünki Hacıkəndin təbiəti Laçının təbiətinə, mənzərəsinə çox oxşayır. Elə bu vaxt xəbər yayılır ki, Laçın əhaləsinin böyük əksəriyyəti yenidən öz yurduna qayıdır. Sakitçilikdir. Arif də Səmanı Laçına aparmaq istədiyini bildirir. Sevda ana buna qətiyyətlə etiraz edir. Lakin Səma həyat yoldaşının və qayınatasının sözündən çıxa bilmir, həm də Şamkənddə qalan beş-on nəfər şagirdinə dərs demək həvəsi ona üstün gəlir. Şamkəndə qayıdır. Bir azdan ürəyi buna dözmür və Sevda xanım qızının ardınca Şamkəndə gəlir. Burada vəziyyətin çox təhlükəli olduğunu öz gözləri ilə gördükdən sonra qızını yenidən Bərdəyə aparmağa çalışır. Lakin Səma getmir ki getmir. Laçının müdafiəsində iştirak edən həyat yoldaşını tək qoymaq istəmir. Qucağında yaşyarımlıq bir körpə, bətnində bir körpə hər cür əziyyətə dözmək, təhlükəyə hazır olmaq qərarına gəlir.
31 mart 1993-cü ildə Şamkəndə həyəcanlı xəbər çatır ki, ermənilər Kəlbəcəri alıblar, əsgər və polislərimiz öz mövqelərini tərk etməkdədirlər. Təcili kənddən çıxmaq lazımdır. Dərhal yola hazırlaşırlar. Köş - adamlar dolu traktorlar, "UAZ"-lar, "Qaz-51" yük maşını tunele yaxınlaşır. Burada bir nəfər xəbər verir ki, tunel ermənilər tərəfindən tutulub. Köçün xeyli hissəsi yolunu dəyişir. Lakin Səmanın qayınatası Yusif Əliyev həmin xəbərə əhəmiyyət vermir. Tuneli keçirlər. Elə bu vaxt ermənilər maşını atəşə tuturlar. Ölən ölür, yaralıları girov götürürlər. Onların içərisində ayağından yaralanmış Səma da olur. Onun yaşyarımlıq qızı Nurlanəni avtomatın qundağı ilə başından vurub kor edirlər.
Səma özünü ləyaqətli aparır, mətinlik göstərir. Günlərlə ac qalır, verilən sudan, çörəkdən imtina edir. Çox zəiflədiyindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin həkimləri ona qan köçürmək istəyirlər. "Mənə erməni qanı vurmayın" - deyə üsyan edir. Səma ilə bir yerdə girov qalmış, Nəsibə adlı bir qadın sonralar deyir ki, "Səma bizi qorxaqlıq üstə tənbeh edirdi. Bundan da pis günümüz olacaq? Niyə qorxursunuz? Siz özünüzü yazıq, kölə kimi aparanda o murdarlar qürrələnirlər. Onlar bir millət kimi buna layiq deyillər".
Səma dəfələrlə erməni nəzarətçilərinin üzünə tüpürür, onları dünyanın ən zəlil milləti adlandırır. Səmanın cəsarət və mərdliyini görən digər girov Azərbaycan qadınları da ürəklənir, şərəf hissini qorumağa çalışırlar. Səma onlara deyirmiş ki, mən adlı-sanlı bir nəslin nümayəndəsiyəm. Xosrov bəyin, Sultan bəyin, Paşa bəyin törəməsiyəm. Atam Aydın müəllim, dayım-qaynatam Yusif Əliyev Laçının ən hörmətli, tanınmış şəxslərindəndir. Sizdən xahiş edirəm ki, girovluqda məni necə görmüsünüzsə, o cür də danışın. Deyin ki, heç kəsə təslim olmadı, mərdi-mərdanə şəhid oldu".
Kamera yoldaşları xatırlayırlar ki, Səmanın məğrurluğu, qəhrəmanlığı ermənilərin özlərini də çaşdırmış, təəccübə salmışdı.
Səmanın ailəsi qızının girovluqdan azad edilməsi üçün cəhdlər göstərir. Qardaşı Əli bacısının xilasını öz üzərinə götürür. Min bir əziyyət çəkir. Qohum-əqrəbalarından bu məqsədlə külli miqdarda pul toplayır. Lakin... iş məqamı yetişəndə... məlum olur ki, Səma artıq özünü öldürüb...
Povestdə Səmanın özünə qəsd etməsi də çox təsirli verilib: "Ətrafdakılar da tez-gec Səmanın özünü məhv edəcəyini duymuşdular. Ona görə də kamerada qazanı, çayniki, çəngəl və bıçağı gizlətmişdilər...
Səma yata bilmirdi. Hamı yatmışdı.
Gecikmək olmazdı. Həlledici
an gəlib çatmışdı. Tərəddüd etmədən sol qolunu burdu. Dişlərini venasına keçirib
var gücü ilə sıxdı. Ancaq qan çıxmadı.
Bir də... bir də... Əlacı-səbri tükəndi...
Əlini
saçına apardı
iki sancaq çıxardı. Bu, onun son ümidi idi. Ağrı hiss etmirdi. Bütün fikri sol biləyində,
venanın üstündəydi.
Qan çıxan kimi sevindi. Biləndə
ki, 24 il
yaşadığı bu
həyatla vidalaşmağa
çox az qalıb, xəfifcə gülümsədi. Rahatlandı. Başı yastıq əvəzinə
qoyulmuş pal-paltarın
üstünə düşdü.
Bir anlığa gözləri
önündən doğma
Laçın dağları,
doğulub böyüdüyü
Şamkənd, girov düşdükləri sonuncu
an, güllə yağışı
və bir də qonşu kamerada saxlanılan yaşyarımlıq körpəsi
Nurlanə keçdi"
(səh.65).
Səmanın özünü öldürməsi
- bu dəhşətli
xəbər hamını
sarsıdır.
Səmanın qardaşı Əli bacısının ölüm
xəbərindən - bu
dəhşətli hadisədən
sarsılsa da, özünü itirmir. Bacısının
meytini əldə etmək üçün çalışır və
buna nail
olur. O, çox əzab-əziyyətdən, gərgin
fəaliyyətdən sonra
Səmanın meyitini ermənilərdən alır.
Onu Bərdəyə gətirib
Əyricə kənd qəbiristanlığında torpağa
tapşırırlar. Bir qədər sonra Nurlanəni də girovluqdan azad edirlər...
"Göylərdən gələn gəlin" povestində gənc Səma Kərimovanın parlaq obrazı mükəmməl və dolğun yaradılmışdır. Lakin povestin
məzmunu daha geniş və zəngindir. Bu əsərdə həmin dövrün mənzərəsi,
Laçının süqutunun
səbəbləri də
konkret göstərilmişdir.
Povestin - bu qəmli dastanın məzmun zənginliyini təmin edən əsas amillərdən biri də müəllifin
erməni hərbçilərinin
vəhşiliyini təfsilatı
ilə əks etdirməsidir. Bəzi epizodları nəzərdən
keçirək: "Bir
azdan erməni yaraqlıları güllələdikləri
"UAZ"a yaxınlaşdılar.
Onlar al qana batmış mülki adamlara, can verən qadın və uşaqlara tamaşa edirdilər.
Özlərini bu dünyanın
sahibi, qalibi kimi aparırdılar"
(səh.66). Ermənilər onların damarlarına
iynə ilə benzin yeridir, bədənlərinə qızdırılmış
alətlərlə dağ
basırdılar. Dəhşətli günlər idi. Bir dəfə iki əsirin ayağından asıb altından tonqal qaladılar və onlar diri-diri yandılar... Əsirləri erməni evlərində
boğazlarına ip bağlayıb it yerinə
saxlayırdılar" (səh.70).
Povest məzmunca
zəngin və təsirli olduğu kimi, formaca da
mükəmməldir. Müəllif kompozisiya ünsürlərindən,
bədii təsvir və ifadə vasitələrindən məharətlə
istifadə etmişdir.
Yuxarıda qeyd olunduğu
kimi, povest bədii-publisistik üslubda,
nağıl poetikası
ilə, səmimi, təsirli bir dillə qələmə alınmışdır. Müəyyən hadisələrlə əlaqədar
gözəl təbiət
təsvirləri də
verilmişdir. "Dünyaya insan gəlir" adlı ilk fəsil məhz Laçının füsünkar
mənzərəsinin təsviri
ilə başlayır.
Əsərdə Səmanın ailə üzvləri də, onun yaxın qohumları da müəllif tərəfindən
fərdi xarakterə malik obrazlar kimi təqdim edilmişdir. Təcrübəli,
istedadlı qələm
sahibi olan müəllif Səmanın
atası Aydın müəllimin, anası Sevda müəllimənin,
qardaşı Əlinin,
həyat yoldaşı
Arifin və başqa insanların da dolğun surətini yarada bilmişdir. Əlinin Səmanı girovluqdan
azad etmək üçün Tuğ kəndinə tək getməsi və qəbirlər içərisində
bacısının qəbrini
hissləri ilə düz tapması, onu həyəcan və gərginliklə qazıb meyiti Bərdəyə gətirməsi
oxucuya güclü təsir göstərir.
Povest proloqla başlayıb epiloqla sona çatır. Epiloq hissəsi çox mənalı bir təsvirlə yekunlaşır:
"Müəllif Səmanın
anası Sevda müəllimə ilə söhbət edir: "Birdən elə bil Sevda xanımın
kədərlə kölgələnən
gözlərinə işıq
gəldi, çöhrəsi
açıldı:
- Hərdən öz özümə düşünürəm
ki, nə yaxşı ki anadan olanda balama
Səma adını qoymuşuq. Axı Səma həmişə
bizimlədir, başımızın
üstündədir".
Elədir, Sevda ana. Sizin qızınız
öz səmasına qovuşub və deməli, əslində, Səmanın - Göyün
özü kimi əbədi, gözəl,
uca bir həyata
qovuşub. Lakin o, həm
də Yer qızıdır və Yerdə də əbədi həyat qazanıb. Şübhə yoxdur ki, o, həm Səmanın - Göyün qəlbində,
həm də Yerin - insanların qəlbində əbədi
yaşayacaq.
Sərvər
ŞİRİN
525-ci qəzet 2018.- 13 aprel.- S.7.