V Respublika
elmi-ifaçılıq müsabiqəsinə yekun
vuruldu
Görkəmli
bəstəkar, Xalq artisti Qara Qarayevin 100 illiyinə həsr
olunmuş Pianoçuların V Respublika
elmi-ifaçılıq müsabiqəsinə yekun vurulub.
AZƏRTAC
xəbər verir ki, müsabiqədə respublikanın 29
şəhər və rayonundan 144 iştirakçı
üç yaş qrupu üzrə iştirak edib.
Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Xalq
artisti Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi
münsiflər heyəti tərəfindən seçilən
11 iştirakçı müsabiqənin laureatı, 32 nəfər
isə diplomatı adını qazanıb.
Müəllifi
və bədii rəhbəri professor Tərlan Seyidov olan layihənin
şərtlərinə görə, iştirakçılar
birinci turda ifa etdikləri əsərlər üzrə elmi məruzə
ilə çıxış edib, ikinci turda isə bu əsərləri
fortepianoda səsləndiriblər.
Məktəb-studiyanın
4-cü sinif şagirdi Daniil Tyurin müsabiqənin birinci dərəcəli
laureatı adını qazanıb.
Şirin
Əmiraslanova, Amin Zülfüqarlı, Səmra Həsənli,
Əsmər Alxazova, Fidan Əmişova, Sudana Cavadzadə, Fidan
Bayramova, Şöləxanım İbrahimli, Fidan Əkbərli
və Sevda Feyzullayeva da müsabiqənin laureatı
adını qazananlar sırasındadır.
525-ci qəzet $2018.- 13 aprel.- S.7.