“Millət” məfhumu və istiqlal
AZƏRBAYCAN
RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ -
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN
ETMİŞDİR
Şirməmməd HÜSEYNOV
Müsəlman Şərqində ilk
demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı
tarixi şəraitdə və hansı sistem üzərində
qurulmuş, yaradılmışdı? Dövrün
mətbuatında mötəbər şərhləri nəzərdən
keçirək.
(Əvvəli ötən şənbə
saylarımızda)
“MİLLƏT” MƏFHUMU VƏ
İSTİQLAL
Türk milliyyətpərvərliginin mürşidi mərhum
Ziya Bəy, məsələ haqqındakı müxtəlif nəzəriyyələri
müxtəsərən təhlil və tənqid etdikdən
sonra “millət nə irqi, nə qövmü, nə siyasi, nə
coğrafi, nə də iradi bir zümrə degildir” deyir. Ziya Bəycə “millət
lisanca, dincə, əxlaqca və bədiiyyatca müştərək
olan, yəni eyni tərbiyəyi almış, fərdlərdən
mürəkkəb bulunan bir zümrədir”. Ziya Bəyin bu tərifini
italyan Mazzininin tərifi ilə müqayisə edəlim: Mazzini
millət “ərazinin, mənşəin, əxlaq və adətin
və lisanın birligindən dolayı həyatında və
ictimai vicdanında müvafiqət və iştirak hüsula gəlmiş
bir cəmiyyəti-bəşəriyyədir” deyir. Görülüyor ki, Mazzinicə millətin təşəkkülü
üçün “həyat və ictimai vicdanında müvafiqət
və iştirak hüsula gəlmiş bir cəmiyyət
vücuduna lüzum vardır. Böylə
bir cəmiyyət isə “ərazinin, mənşəin, əxlaq
və adətin və lisanın birligindən” doğar.
Mənşədən məqsəd sözün məruf
tərifi ilə irqdir. Digər bir çox müdəqqiqlər
kibi Ziya Bəycə də irq bir milliyyət təşkil edəməz,
çünki, bir insan maddi məziyyətlərini irqdən
alsa da, mənəvi xislətlərini mənsub olduğu cəmiyyətdən
alır. İnsan doğulduğu zaman
ictimai vicdanlardan heç birinə malik degildir. Növzad nə siyasi, nə ictimai, nə iqtisadi, nə
dini - heç bir şüura malik degildir. O, bütün
bunları sonradan, içində böyüdügü cəmiyyətdən
və bu cəmiyyətin kəndisinə verdigi tərbiyədən
alır. “İnsan ən səmimi, ən dəruni
duyğularını ilk tərbiyə zamanında alır.
Daha beşikdə ikən eşitdigi nənnilərlə
ana dilinin təsiri altında qalır. Ruhumuza
vücud verən bütün dini, əxlaqi, bədii
duyğularımızı bu lisan vasitəsiylə
almışız. Zövqümüz,
vicdanımız, iştiyaqlarımız (arzularımız) həp
içində yaşadığımız, tərbiyəsini
aldığımız cəmiyyətindir. Bunların əksi-sədasını ancaq o cəmiyyət
içində eşidə biliriz. Bu cəmiyyətə ən
- əsil bizim irqimizdən olmayan və bizim qövmimizdən
bulunmayan birisi də daxil ola bilir. Cəmiyyətimizə
daxil olan mənşəi yabançı bir adam,
bizim müştərək tərbiyəmizi almış,
türk harsı ilə mütəhəllik olmuşsa bizdəndir.
Çünki tərbiyəsi eyni cəmiyyətin
müştərək tərbiyəsidir. Binaənileyh
hissi bizim hissimizdən, duyğusu bizim duyğumuzdandır.
Zatən təmiz bir irq, qanı
qarışmamış bir “millət” şimdiki zamanda nərədə
vardır?” Əvət irqin millət təşkilindəki
qiyməti bugünki ictimaiyyət elmi nəzərində
düşmüşdür. Fəqət bu
sükut irq və mənşə məbdəinə mütləq
surətdə verilən qiymətə aiddir. Yoxsa milliyyəti,
yəni duyğusu və tərbiyəsi müştərək
bir cəmiyyəti təsis etmək qəziyəsində ərazi,
əxlaq, adət, din və lisan vəhdəti kibi, irq və mənşə
qərabətinin də hissəsi vardır.
Kimyəvi təhəmmüz nəticəsində müəyyən bir şəkil alan mürəkkəb bir maddə nasıl kəndisini təşkil edən cüzlərin fövqündə yeni bir maddə halına inqilab ediyorsa milliyyət də Mazzininin tədad etdigi cüzlərdən mürəkkəb ictimai təhəmmüz nəticəsində hüsul bulan ictimai bir hadisədir.
Millət nədir? Sualına cavab verirkən Durkheym “Etnik saiqlər (sövqedicilər) və yaxud sadə tarixi səbəblərlə eyni qanunlar altında yaşamaq və vahid bir dövlət təşkil etmək istəyən insanlar qrupuna millət deyilir” diyor. Durkheymin bu tərifindəki xüsusiyyətə nəzəri-diqqətinizi cəlb edirəm. Burada millət ünsürü və tarixi bir vaqe olaraq tərif edilmiyor. Birinci tərifdə, Mazzinicə, millət, müəyyən şərait məhsulu tarixi bir vaqeədir. “Həyat və məşəri vicdanında müvəfəkat hüsula gəlmiş bir cəmiyyət”dir. Halbuki Durkheymə görə, “bir millət” olmaq üçün bu qədəri kafi degildir. Lazımdır ki, bu cəmiyyət “eyni qanunlar altında yaşamaq və vahid bir dövlət təşkil etmək arzusuna da malik olsun”. Durkheymcə “israrla təyid olunursa, bu məşəri iradənin, tətmin olunmaq haqqına malik və bunun dövlət qurmağa yeganə bir zəmin təşkil etdigi, şimdiki millətlər əndində artıq bir ümdə (prinsip) halına gəlmişdir. Birinci tərifə millətin nə surətlə və hankı ünsürlərdən təşəkkül edə biləcəgi söyləniyor, ikinci tərifdə isə millət bir “ümdə” şəklində ifadə edilmişdir. Əhəmiyyət verdigimiz bu fərqlər üzərində bir az duralım:
Lisanımızda milliyyət və millət deyə iki kəlmə vardır. Bu kəlmələri biz əksəriyyətlə qarışdırıyoruz. Milliyyət - “nasyonalnost”, millət də “nasyon” müqabilidir. Lisanı, adəti, tarixi, dini, ərazisi müştərək bulunan insanlar bir milliyyət təşkil edər-lər. Yəni tərbiyə və duyğuları müştərək bir cəmiyyət halına gələ bilirlər. Fəqət bir milliyyətin tam bir millət ola bilməsi üçün kəndisində ümumi şüur və kollektiv bir iradə təəssüs etməlidir. Müştərək bir qanun və vahid bir dövlət halında yaşamaq əzmini göstərdikcə bir cəmiyyət “milliyyət” tərifini haiz şəraiti cami olsa da “millət” namını almağa layiq degildir. Fəqət şu qədər var ki, tarixi bir qəzaya uğramazsa təəssüs etmiş hər “milliyyət”, millət olmağa namizəd ictimai ictimai bir üzviyyətdir. Məqalələrimin birində “Milliyyət rüşeymdir, millət çocuqdur. Biri ağacdır, digəri meyvədir” demişdim. Sonra bu fikrin fransız müəlliflərindən Johannet tərəfindən də ifadə edilmiş olduğunu gördüm. O “Millət inkişaf eyləmiş bir milliyyətdir. Milliyyət isə toxum halında bir millətdir” demişdir.
Milliyyəti təşkil edən müxtəlif ünsürlərin, yəni irqin, coğrafi vəziyyətin, adət və əxlaqın, hətta lisanın belə yalnız başına və hətta bir qaçının bir arada milliyyət deyinən etnik (qövmi) bir tip ehdasında (əmələ gəlməsində) mühüm bir amil olduğunu qəbul etsək dəxi bu amillərin kəndi başına bir milləti mütləq surətdə təmsil edəmiyəcəgi elmin müasir hökmlərilə sabitdir. Millət olmaq üçün tədad etdigimiz (saydığımız) maddi və mənəvi amillər təsiri ilə tarixən vücud bulan milliyyətdə müştərək və şüurlu bir məfkurənin doğması və bu məfkurənin təhqiqi üçün cəmiyyətin heyəti-ümumiyyəsi ilə mücadilə və israr etməsi lazımdır. Pol Berjeyə görə “bir millətin varlığı sadə nəfəs almaq, yemək və içməkdən ibarət degildir. Bir millət ancaq kəndinə tabe olduğu, kəndi üçün düşündügü, yolunu kəndinə aid bildigi, kəndinə xas fikirləri təsəvvür eylədigi və kəlmənin tam, bəsit və pək qüvvətli mənası ilə müstəqil olduğu anda mövcuddur. Görülüyor ki, bir millətin mövcud olması üçün müstəqil olması lazım ədd olunuyor.
Əvət, millət demək, bir millətin dövlət təşkili ilə müstəqil olması və yaxud kəndisini əsarət altına alan dövlətə qarşı istiqlalını istihsal üçün inad və israrla mücadilə etməsi və istiqlal məfkurəsinə malik olması deməkdir.
28 Mayıs Azərbaycanın milliyyət tarixindəki rüşdünü (həddi-buluğa yetişməsini) təsbit edən böyük bir gündür.
Bu gündən etibarən azərbaycanlılar hürr və müstəqil yaşamaq əzmiylə beynəlmilləl həyata atılmış, haqlarını bütün sərahət və qətiyyətlə davaya başlamışlardır. Bu dava üzərində göstərdikləri inad və israrları ilə onlar, sözün əsri mənası ilə bir millət olduqlarını isbat etmişlərdir.
Rəsulzadə Məhəmməd Emin
“Yeni Qafqasya”, 27 Mayıs 1927, ¹17
AZƏRBAYCANDA MİLLİYYƏT MƏSƏLƏSİ
(Komunist təşkilatının qərarları münasibətilə)
Nisanın sonları və mayıs ibtidalarında iniqad edən Bakı Komunist Konqresi ilə Azərbaycan Komunist firqəsi konqresi bilxassə milliyyət məsələsi ilə məşğul olmuşdur. Bakı qəzetələrinin mütaliəsindən hasil olan intibaya görə bu məsələ komunist təşkilatının epey məşğul eyləmiş və iki qismə bölünən natiqlərə az külfət (zəhmət) verməmişdir. Hələ Bakı konfransının bu xüsusdakı münaqişələri bilxassə hərarətli və gurultulu olmuşdur. Bolşevik diktaturası, firqə və hökumət qəzetələrdən başqa müstəqil və bitərəf mətbuat intişarına dəxi müsaid olsaydı şübhəsiz ki, biz milliyyət məsələsi ətrafında birikən müxalifətin nərələrə qədər irəliləmiş olduğu haqqında daha sərih vəsiqələrə və daha qabarıq tablolara malik olurduq. Məəmafih Azərbaycandakı milliyyətpərvərligin mahiyyətini və bu məsələ haqqında ittixaz olunan qərarların mənasını həqqiylə dərk edə bilmək üçün bolşevik təhriratını oxuya bilən bir adam “Bakinski raboçi” ilə “Komunist” qəzetələrinə tərəş-şöh (sızan) edən məlumatla da iktifa edə bilir.
Məsələn, Bakı konfransı ilə Azərbaycan konqresində mövzu bəhs olmadan daha əvvəl kəndisinin həddi bir şəkil almış olduğunu sezdirməkdə idi. Türk komunistlərindən bir qismi münasibət gəldikcə dəfələrlə təhti-qərara alınan “idarələri milliləşdirmə” siyasətinin ehmal edildigindən, mərkəzi müəssisələrin kamilən rus və qeyri-türk olan məmurların əlində bulunduğundan şikayət ediyor. Əksəriyyəti Azəri Türkündən ibarət olan bir məmləkətdə yerli məmurların əqəliyyətdə bulunduqlarını pək mütərəddid bir lisan ilə olsa da protesto etməkdə idilər. Məsələn, sabiq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi rəisi Muxtar Hacıyev Azərbaycan qəzalarını dolaşaraq əhalinin fəna bir vəziyyətdə olduğunu, ümumi səhiyyənin pozulduğunu, əlbisələrin fənalığını, ərazinin suvarılmadığını görmüş, hər nasıl olsa da, canı acımış və böylə bir acının sızısı ilə məmurların türk olmadıqlarını kinayə eyləmişdir ki, “Bu işləri yapmaq üçün dil bilən və ürəyi yanan lazımdır”.
“Müstəqil” bir cümhuriyyətdəki türk əhaliyi “dil bilən və ürəyi yanan” məmurlar vasisətilə idarə etməyə əcəba maneələrmi vardır və bu maneələr kimdir? Məsələyi olduğu kibi bəsit görənlər üçün bu suala veriləcək cavab dəxi bəsitdir. Məmləkət işğal və istila təhdindədir, rus idarəsindədir. Məncə də budur. Fəqət “beynəlmiləlçi əfəndilər üçün məsələ bu qədər bəsit degildir, pək mühümdür. Bütün qüsur “şovenlərdə”dir. Bu şoven (şovinist) də kim olsa bəyənərsiniz, Baksoyuz katibi Romrantsev. Qafqasiya həyatına və bolşevik istilalarına aşina olmayan qarelərimizə izah etməliyiz ki, Baksoyuz, Azərbaycanın ən mühüm müəssisələrindən biridir. Bakı kooperativlərinin heyəti mərkəziyyəsidir. Öylə bir mərkəz ki, bu gün bütün məmləkətin həyatı iqtisadiyyəsinə təsir və icrayi-nüfuz edərək mübadiləyi o tənzim edər. İdarələrin türkləşməsinə nəzarət edən komisyon rəisi sifətilə “Komunist” qəzetəsində məqalə yazan məhud Qarayev “Şoven ünsürlərin cilovunu çəkmək lazımdır” ünvanlı məqaləsində, bütün ruspərəstliginə rəğmən Baksoyuz katibinin bir mərifətinə dayanamayaraq Romrantsevin evlərinə yazdığı bir məktubda “Türkləşdirmə siyasətinə” eşəkləşdirmə namını vermək qüstaxlığında bulunduğunu “ifşa” eyləmişdir.
İşdə bir tərəfdə “dil bilən və ürəgi yanan” məmurlar istəyən bir cərəyan, digər tərəfdə də bu cərəyanı qeyri-qəbuli-təhəmmül nəzəri-istixkarla görən bir qüvvət?...
Bu iki qüvvət arasındakı təzad və bu təzaddan doğan mücadilənin əsbabi-ictimaiyyəsi “marksist” mühərrirlərin mütaliəsincə şöylə izah olunuyor:
Azərbaycan, kütleyi-siyasiyyəsi etibarı ilə türkdür. Fəqət bu türk kütlə tarixin müdhiş bir qədərinə uğramışdır. Sənaye müəssisələrində və fabrikalarında çalışan proletariat qismi türk degildir, əksəriyyətlə rusdur. Bu xüsusda əksəriyyəti-əziməsi köylüdən ibarət olan Azərbaycanın mərkəz vilayəti olan Bakı ilə münasibəti qeyri-təbiidir. Bakı ayrı, Azərbaycanda ayrı bir aləmdirlər. Bakı xaricindəki Azərbaycan bu yekparə türk köylü dünyası, şimdiki halda əvvəlkindən daha ciddi bir surətdə milli bir vəhdət və həyəcan dövrü keçiriyor. Feodalizm baqiyatının əsərini bir zərbə ortadan qaldıran ixtilal, Azərbaycan qəzaları arasında əski bir əlaqə və mübadiləyi icab etdirmiş və Yeni İqtisadi Siyasətin ilticaatı ilə zühur edən ufaq köy burjuaziyi bu köylü dünyasının mühərrik və müəssiri mövqeinə keçmişdir. Halbuki Bakı “Amerkanizə” edilmiş pək mühüm bir sənaye şəhəridir. Buradakı əmələ əksəriyyətlə qeyri-türk ənasirindən (daha doğrusu ruslardan) ibarət olub. Türk olan qismindən bir çoxunun belə Azərbaycan köylüsü ilə münasibət və rabitəsi yoxdur. İranilər, Şimal türkləri və sairə kibi köydə zühur edən yeni burjua sinfinin düşməni bulunan şəhər əmələsinə təhrikatda bulunması təbiidir. Böylə hərəkət köylüsü ilə şəhərlisi ayrı millətdən olan daxili Rusiyada “mücadileyi-sinfiyyə” dairəsindən ötəyə keçmədigi halda Azərbaycanda zikr olunan səbəblərdən dolayı milli bir rəng oluyor. Türk Azərbaycan “beynəlmiləl” Bakıya qarşı mühəssim bir vəziyyət almış oluyor.
Türk münəvvərləri bittəbii bu mücadilədə Azərbaycan köylüsünün tərəfini iltizam ediyorlar. Onların bu pək təbii bulunan təmayüllərinə komunist mühərrirləri “şovenlik” sifəti taxıyorlar. Məsələn, Həbib Cəbiyev milliyyət məsələsinə həsr etdigi bir məqalədə “Türk münəvvərləri bir gün və yaxud bir ay əsnasında bütün müəssisələrin milliləşməsini tələb ediyorlar ki, bu tələblərilə onlar yalnız heyvani bir məqsəd təqib ediyorlar” diyor. Həm də milliyyət məsələsini “heyvani surətdə həll etmək” istəyənlər yalnız müsavatçılardan ibarət olmayıb, “Komunist” firqəsində də vardır”.
Milliyyət məsələsi yalnız “milliyyətini” idrak edən münəvvərlərin mənafeini anlayan türk köylüsünün “üzə durması” ilə degil “türk əmələsinin gündən-günə artan ehtiyacati-mədəniyyə və hürriyyəsi” ilə də qüvvətli bulmaqda imiş. Bakı müəssisatında türk əmələsinin mövqei heçdir. Azərbaycan xəzinəsindən əmələnin mədəni və harsi ehtiyacatına sərf olunan məbləğ, türk olmayan müəssisələrə sərf olunan məbləğdən pək azdır. Bakı Sovetində maliyyə müdiri bulunan Andreyev yoldaşın maarif büdcəsində yapdığı təsərrüf, türk komunistlərinin belə protestosuna mucib olmuşdur.
Bu mühüm və “müşkül” məsələnin həllini “şoven” türk mühərrirləri ilə bərabər “azğın” türk komunistləri dəxi ciddiyyətlə tələb ediyorlar. Fəqət müstövli rus bolşeviklərilə “sadiq” türk komunistləri dəxi “bu məsələnin əleyhində degildirlər”. Onlar da “əmələ və beynəlmiləl Bakı ilə “köylü və milli” Azərbaycan arasını “təlif” etmək üçün nə lazımsa yapmaq” əzmindədirlər. Milliyyətçilər də beynəlmiləliyyətçilər də mütaviqdirlər ki,
1- Türk əmələsinə Bakı müəssisələrində mühüm bir mövqe verilsin.
2 - İdarələr türkləşdirilsin və
3 - Köylərdə kooperativlər təsis edilsin.
Sözdə heç bir fərq yoxdur, fəqət tətbiqata gəlincə iş başqalaşıyor. “Xalis” komunistlər” böyük müəllimlərin” təlim eylədigi düsturlara sadiqdirlər. Bu düsturca “milliyyət məsələsi mühümdür. Fəqət əmələ diktaturasına təbii bir məsələdir. “Mil-liyyətçi” komunistlər isə “Azərbaycan türk məmləkətidir. Türk əmələsi kəndisinə məxsus imtiyazlara malik olmalıdır” diyorlar. Nəzəri şəkildə ifadə olunan bu formulların tətbiqatı sahəsindəki fərqi isə bundan ibarətdir: “Milliyyətçilər” diyorlar: Neft idarəsində, sənayei-səfayinin (gəmiçilk) idarəsinin, kooperativlərdə, əmələ sandıqlarında türk əmələsi yoxdur. Bu müəssisələrə bir an əvvəl türk əmələsi qəbul edilməlidir.
Bu məqsədin ifası üçün azərbaycanlı və türk olmayan əmələyi çıxarıb yerinə türkləri qəbul etdirməkdə israr etməlidir. Neft idarəsinin rəisi Serebrovskinin türk əmələsini çıxarıb yerlərinə rus əmələ təyin etməsi bunları iğzab ediyor (qəzəbləndirir). Azərbaycanda Sovet hökuməti təşəkkül etdigindən bəri idarələrinin milliləşməsi və təhriratının türkləşdirilməsi haqqında alınan bin türlü qərarlara rəğmən bu proqramın hala qövldən-felə gətirilmədigini, onlar ədəmi-imkanından ziyadə hüsni-niyyətin mövcud olmadığına çıxıyor. Kolonizatorların müdriklikləri ilə izah ediyorlar. 12-ci firqə konqresində milliyyət məsələsinə bilxassə əhəmiyyət vermək lüzumu təhdi qərara alınmış ikən Azərbaycan Komunist firqəsi katiblərindən Xanbudaqovun 93 nömrəli “Komunist”də mündəriç məqaləsindən anlıyoruz ki, bu işin bill-feil icrasına təşəbbüs olunmamış və 12-ci firqə qurultayının bu xüsusdakı qərarları həyata tətbiq olunmayıb nəzəri-əhəmiyyətə belə alınmamışdır. Mühərrir “Bu hal olduğu kibi davam edərsə Velikorus nasyonalizminin başqa millətlər üzərində hakim olacağını görmüş olacağız” diyor.
Buna qarşı mücadilə vəziyyətini alan ruscu komunistlər hər şeydə tədric bəkləmək üsulunu iləri sürərək milliyyət məsələsində də ifrata gedilməməsini tələb ediyorlar. Məsələn, yuxarıda göstərildigi kibi türk münəvvərlərinin idarələrin bir an əvvəl türkləşməsini tələb eyləmələri “şovenlik” imiş. Müəssisatdakı qeyri-türk əmələnin dərhal türk əmələyə təbdili də “hamankıdır”, əmələ arasına iftira salmaqdır”. İdarələrə türk məmur və türk əmələ qəbul edilməli fəqət mövcud kadroyu pozmamaq şərtilə. İdarələrin milliləşməsi, inkişaf və tərəqqi edəcək Sovet sənaye və ticarəti hesabına olub yalnız istiqbala aid ola bilir. Yoxsa yerini yumşaq bulan rusiyalı yoldaşı rahatsız etmək beynəlmilliyyətçiligə və leninizmə uyumaz bir təəssüb olur. Komunist türkcəsi ilə “azğın” namını alan bu kibi mütəəssiblər isə Bakı konfransında çox qıbanclanmış və kəndilərilə mücadilə etmək üçün şiddətli bir qərar dəxi ittixaz olunmuşdur. “Milli məsələ əksi bolşeviklik azğınlığı haqqında qərar” ünvanı qribi altında 6 Mayıs tarixli “Komunist” qəzetəsində oxuduğumuz sətirlərdə görüyoruz ki:
“Müttəfiq Şuralar Komunist Firqəsi 12-ci qurultayının milli məsələ haqqındakı” naməsinin guya yüzdə bir hissəsinin də həyata keçirilmədigi haqqında yoldaş Xanbudaqovun mətbuat vasitəsilə çıxışını konfrans, əsassız və açıq bir təfriqəbazlıq ədd edər. Bu çıxış başda Xanbudaqov kəndisi bulunduğu halda, kiçik bir qrup təşkil edən yoldaşlar tərəfindən firqə konfransından daha çox əvvəl idamə etdirilmiş bir fraksiyonçuluq və fitnəkarlıq əsəridir. Bu qrupa daxil olan arqadaşlar daima milli məsələyi kəndi fraksiyon mənafeləri və mücadilələri üçün mücadilə və mübarizə aləti ittixaz etməgə çalışmışlardır. Bu kibi yoldaşlar mücadilələrində o qədər korluq və qəflət əsəri göstərmişlərdir ki, firqəmiz daxilindəki beynəlmilliyyətçilik əsasını pozduqlarının fərqinə belə varmamışlardır”.
Xanbudaqov qrupunun milliyyət məsələsindəki qərarların kağız üzərində qalıb həyata tətbiq olunmadığı haqqındakı israrını, firqənin vəhdət və təsanüdünü pozmaq məqsədilə yapılan bir manevra kibi tələqqi edən bu qərar, bu qrupa mənsub olan əzayi “Komunist firqəsi içərisində mövcud təcrübəsiz yoldaşlar üzərinə milliyyət ruhu ilə ufaq burjua sinfinin icra eylədigi mənfi təsirlərə qapılmış insanlar” deyə mühaezə ilə komunizmi çürüdəcək bir zehniyyətə qarşı bütün firqəyi mücadiləyə dəvət ediyor.
“Fitnəkar Xanbudaqovçular”la “Vəhdətçi” Mirzəyonların Bakı konfransındakı “duellosu” Bakı mühitində pək böyük inikasat və intibat doğurmuş olacaq ki, məzkur konfransın diktatoru Mirzoyan “müxalifətləri” isqat eylədikdən sonra əfkari-ümumiyyəyi dəxi “təskin” etməgə lüzum görmüş, “Bakı” dükançıları tərəfindən izam olunan ixtilafın şayani əhəmiyyət olmayıb, “Komunist düşmənlərinə əlverişli olan hər türlü azğınlığın tam bir qətiyyətlə dəf ediləcəginə” hər kəsi iqna eyləmişdir.
Milliyyətçi qrupun şu surətlə “tədibi” ilə bərabər Azərbaycan Komunist Firqəsi heyəti-mərkəziyyəsi hasil olan təsirin izaləsi üçün milliyyət məsələsinə aid 32 maddəlik əməli bir proğram layihəsi dəxi tərtib eyləmişdir. Bu layihəyə görə 1) Azərbaycan köy ziraəti ehya (qüvvətləndirmə) və daxili ticarət, kooperativlər vasisətilə tənzim olunacaq; 2) Sənaye müəssisələri ehya olunub yeni istehsal mərkəzləri vücuda gətiriləcək; 3) Türk əmələsinə mövcud müəssisələrdə yer veriləcək və Türk əmələ sinfi ehdadasına səy olunacaq; 4) Türk əmələsindən müdirlər yetişdiriləcək; 5) Cümhuriyyət idarələri ələlümum türkləşdiriləcək; 6) Firqə siniflərilə idarələri türk ünsürlərlə təyid olacaq; 7) Bisavadlıq ilğa və türk harsı təqviyə olunacaq; 8) Hər növi itizal və şovenlikdən ari milliyyət politikası tətbiq olunacaq.
32 maddəlik müfəssəl bir qaç sütunu işğal edən bu layihənin milliyyətin təmini üçün təklif eylədigi qərarlar ilk dəfə söylənmiş və yazılmış maddələr degildir. Bununla altıncı dəfədir ki, komunistlər Azərbaycanı milliləşdiriyor və bir dürlü müvəffəq olamıyorlar. O dərəcədə ki, ədəmi-müvəffəqiyyətləri kəndi içlərindən zühur edən müxalifətlərin üsyanına belə mucib oluyor, “azğınlıq” göstəriyorlar. “Himari-natiq (himar-eşşək)” olmaq istəmiyorlar. Fəqət hər dəfə olduğu kibi bu dəfə də milliyyət məsələsinə aid qərarlardan yalnız “ufaq burjua təəssüatına qapılan azğınlar” haqqındakı qərar, kəmali şiddət və əsabiyyətlə tətbiq olunub ötəkilər isə, sadə, bolşevik məhzən övraqının yeni bir cildini təşkil etmək şərəfinə nail oluyorlar.
Bütün bu münaqişə və qərarları xülasə edən 6-cı Azərbaycan Bolşevik Konqresi milliyyət məsələsi haqqındakı təqrirində təkrar ediyor ki:
“Azərbaycan Komunist Firqəsi 6-cı qurultayı, milli məsələ haqqında Mərkəz Komitəsinin əməli təkliflərini və 13-cü Bakı firqə konfransının aləti bolşevik təmayülü xüsusundakı təqririni təsdiq etməklə təsbit ediyor ki, firqəyi dağıdıcı qruplaşmaya doğru atılan bir qrup yoldaşların hərəkəti ümumiyyətlə firqəyi Bakı ilə Azərbaycan köyü arasında qəti əlaqəyə doğru götürəcək və Azərbaycan əməkçi köylülərinin komunist rəhbərini Bakı təşkilatı qarşısına çıxarmaqla bütün Azərbaycanda və Bakı Proletariyası içərisində milli münasibətlərin gərginləşməsini mucib olacaq bir mahiyyətə haiz idi. VI qurultay bu kibi təşəbbüsləri qəti surətdə rədd edərək bu işi firqə əleyhinə hesab edər”.
Bütün bu münaqişələrdən və “marksizm” ləffazlığı ilə süslənmiş mühakimələrdən anlaşılan yeganə bir həqiqət varsa o da budur ki, Azərbaycan xalqı, Türk köylüsü, Türk münəvvəri komunizmin bütün təşviqat və tərtibatına rəğmən, milli bir ruha məclubdur. Bakının daha çarizm zamanında “dönasyonalize” edilən mühiti ictimaiyyəsinə bilxassə komunizm üsulunda əhəmiyyət peyda edən rus əmələsinə istinad edən III İnternasyonal müstəmləkəçiləri bu ruha qarşı müqavimət edə bilmək üçün hər növi tədbirə təvəssül ediyor, dikdaturanın təmin eylədigi hər növ şiddətlə milliyyət cərəyanının amillərini imha etməklə məşğuldur.
Fəqət nə heyrət ki, milliyyətpərvər zümrələrdə öldürəmədikləri bu ruh, kəndi səflərini də istila ediyor. Dün Nərimançılar vardı, bu gün Xanbudaqovçular zühur ediyor. Titrək bir səslə olsa da aldandıqlarını mutərif bir acı ilə Velikorus istilasına qarşı protesto ediyorlar.
Bu protestolar bu gün firqəyə müsəllət olan müstəmləkəçi komunistlər tərəfindən müənnidanə bir surətdə yatışdırılmış, milliyyətini müdafiə etmək cəsarətində bulunanların alnına “fitnəkar” damğası yapışdırılmışdır. Fəqət bununla zənn edilməsin ki, məsələ həll edilmişdir.
Kəndi mənafeini duyan, milliyyətini dərk edən və məqsədinə hüsul üçün hər türlü fədakarlığa hazırlanan Azərbaycanı, yalançı bir taqım projelərlə ovutmaq artıq qabil degildir. Bu projelər komunist məfkurəsinin muğfil şüarlarına qapılmış Xanbudaqovları belə iğfal etmiyorsa bu yalan girdabından pək uzaqda bulunan həqiqi milliyyətpərvərləri qətiyyən iğfal edəmməmiş və edəməz də!
Onlar pəkəla bilirlər ki, Azərbaycanın halası Bakını istila edən bir taqım yabançı ünsürlərlə Azərbaycan köylüsünün barışması ilə hasil olamaz. Çünki bu barışıq bir kərə vüqu bulamaz! Azərbaycan xalqı kəndisini məqsədə erişdirəcək yolun iadeyi-istiqlal ilə rus təhdi vəsayetindən qurtarmaqdan başqa bir yol olmadığını pəkəla bilir, başqalarının III İnternasyonal məfkurəçilərinin xilaskarlığı haqqında iştibahları var idisə, şimdi həqiqəti görsünlər, aldıqları “fitnəkarlıq” rütbəsilə müftəxir olub bəsirət gözü ilə baxsınlar, vaqeədən ibrət alsınlar.
Azəri
“Yeni Qafqasya”, iyul 1924, ¹19
RUS İMPERİALİZMİ HƏQQİNDƏ
İmperializm demək dünyagirlik, cahangirlik deməkdir. Bu imdiki
dünya millətlərini biri-birinə salıb, yer
üzünü qan dəryasına döndərən bir siyasətdir.
Bir siyasət ki, köhnə Rusiya idarəsi onun
ən qatı nümayəndələrindən idi. Rusiyadakı millətləri ruslaşdırmaq, Rusiya
xaricindəki millətləri əzmək, daima qomşular həqqində
təcavüzkar bir fikir bəsləmək imperializmin xasiyyətlərindən
idi. Bu imperializm idi ki, İranı bölmək
istiyordu. Bu cahangirlik idi ki, İstanbul ilə
boğazları almaq arzusunda idi. Bu
dünyagirlik idi ki, Avstriyaya hücum edib o “qurama” dövləti
parçalamaq fikrində idi.
Böyük Rusiya inqilabı
çıxar-çıxmaz özünün bu fikirdə
olmadığını, cahangirligə düşmən kəsildigini
elan elədi.
Həm başqa dürlü də ola bilməzdi,
demokratiyanın mənfəətlərinə nigəhban olan
inqilab qüvvəti əlbəttə ki, təamləri doymaq
bilməyən cahangirlik xatirinə milyonlarla canları qurban
verəmməz idi.
İmperializmdən
imtina eləmək, davanı “dava xərci almamaq və özgənin
yerini tutmamaq” surətilə bitirib bir an əvvəl
barışmaq Rusiya cəmaətinin virdi-zəbanı oldu. Ancaq adı hürriyyətpərvər “kadet” firqəsi
idi ki, bu siyasətdən əl çəkə bilmiyor və
bu firqə baş-çılarından olan Milyukov xariciyyə
vəzarəti qismində oturaraq hər bir vasitə ilə
inqilabçı Rusiyanı dəxi İstanbulu almaya aparmaq
istiyordu. Milyukov öz inadına fəda
edildi. Demokratiya hökumət
başında bir imperialisti çəkəməyib müvəqqəti
hökumət heyətini dəgişdi. Hər
tərəfdən imperializm siyasəti məzəmmətlənməgə
başlandı. Kadetlərdən bir
çoxu dəxi ümumi cərəyan təsirinə tutularaq
bu siyasətdən əl çəkmək zamanı gəldiginə
qane olur kibi göründülər.
Tam bu sürədə ikən Bakı kadetlərinin
nümayəndəsi Vermişev paytəxt imperialistlərindən
daha hərarətli çıxaraq erməni olduğundan rus səltənəti
naminə ürəgi ağrıdığını kadetlərin
sonki syezdlərində söylədi. Ağzı
köpüklənərək dedigi bu nitqində Bakı
nümayəndəsi isbat etmək istiyordu ki, rus imperializmi
Almaniya imperializmindən başqadır. Rus
imperializminin mənfi cəhətləri yox degilsə də,
müsbət və faidəli cəhətləri də
vardır. Əgər ermənilər
Qafqasiyada rahət yaşaya bilirlərsə rus imperializminə
borcludurlar. Ermənistanın dərin
bucaqlarına atılmış zavallı ermənilər rus
dövlətindən istərlər ki, onları atmasınlar.
Ermənistanın azadlığı isə rus
imperializminin məqsədlərindəndir.
Rus
cahangirliginə oxuduğu bu qəsidəsindən dolayı
Bakı müsəlman cəmaət təşkilatının
rusca nəşr olunan “Əxbarı” bir məqalə yazaraq
Kadet firqəsini və əzcümlə də Vermişevi tənqid
eləmişdi. Bu tənqidə qarşı
Vermişev “Baku” qəzetəsinin dünki sayısında cavab
veriyor. Bakı kadeti bu cavabında rus imperializmini degil,
rus səltənətini müdafiə elədigini “cayigiriz”
buraxmaq üçün qeyd etdikdən sonra diyor: kim inkar edə bilər ki, rus səltənətinin
bütün qüsurları ilə bərabər bəşəriyyətə
xidməti olmamışdır. Əgər
velikoruslarda imperializm meyli olmaz da, öz topraqlarından kənara
çıxmazlardısa, o zaman, Qafqasiya tərəqqi və
ümran üzü görməyib Türkiyə ilə
İran halında olmayacaqmı idi? Ələlümum
Vermişev fikrincə bu bir mətləbdir ki, üstündə
çox danışıla bilər.
Fəqət əsl mətləb burasında degil, Vermişev
Türkiyə ermənilərini düşünüyor. Rusiya
hürriyyəti rus millətlərini azad elədi. Halbuki Türkiyə hürriyyəti bu
azadlığı vermədi, diyor. Rus imperializmi olmazsa
zavallı Türkiyə ermənilərini kim
xilas edəcək. Əgər Türkiyə ermənilərinin
xilası üçün başqa yol göstərilərsə,
o zaman, öylə görünüyor ki, Vermişev rus
imperializmini müdafiə etməyəcəkmiş.
Hər
şeydən əvvəl burasını söyləmək
lazımdır ki, rus imperializmi olmasa idi, vəqtilə Midhət
Paşa hürriyyəti də qana boyanmaz, rus imperializmi
olmasaydı İran Məclisi-Millisi də topa tutulmaz, ehtimal
Şərq millətlərinin tərəqqisi başqa bir yolda
dəvam edərdi. Tarixə müraciət edib də
“bu olmasa idi o da olmazdı” bəhsinə gələrsək o
zaman əlbəttə, çox şeylər söyləmək
olar. Fəqət məsələ
bugünki imperializmdədir. Bu gün
heç bir dövlət başqa dövlətə təcavüz
etməyib bütün millətlərə hürriyyət
verilməli, kimsənin toprağına təcavüz etməməlidir,
deniliyor. Əlbəttə, bütün
millətlərə həqq istənildigi zaman bu həqq
Türkiyə erməniləri üçün də istənilər.
Sair Türkiyə millətləri ilə bərabər
Türkiyə erməniləri də azad olmalıdırlar.
Fəqət bu azadlıq anlayamıyoruz ki, nədən
gərək hökmən rus nizəsi ilə həll edilsin.
Rus imperializmi ta əski zamanlardan bəri Ermənistanı
əlində bir bəhanə eləmiş, fəqət bu
günə qədər o zavallı ölkəyə nahaq
qandan başqa bir şey verə bil-məmişdir. Bunu Böyük Petro verə bilmədigi kibi
Voronsov-Daşkov da verə bilməmiş, şübhəsiz
ki, Vermişev ilə Milyukov da verə bilməyəcək.
Əgər bu əfəndilər olmayıb
Türkiyə erməniləri öz hallarına buraxılsa
idi, o zaman ehtimal ki, Ermənistan məsələsi Türkiyə
millətləri ilə birlikdə daha təbii bir yolda həll
olunardı. Şübhəsiz ən nəhayət,
öylə də həll olunacaqdır.
“Açıq söz”, 31 may 1917, ¹485
Cayigiriz - yer tutan, yerləşən
(Ardı var)
525-ci qəzet 2018.- 14 aprel.- S.20-21.