Azərbaycan Xalq
Cümhuriyyəti dövründə dövlət-din
münasibətləri
2018-ci il mayın
28-də ölkəmizin tarixində
ən əlamətdar
hadisələrdən sayılan
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının
100 illiyi tamam olur.
Həmin tarixdə Rusiya İmperiyasının dağılması,
Azərbaycanda milli azadlıq hərəkatının
güclənməsi nəticəsində
Şərqdə ilk demokratik,
parlamentli dövlət
olan Azərbaycan Xalq Cümhuriyyəti təşkil olunub. Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının
misilsiz xidmətləri
sayəsində ölkədə
son dərəcə mühüm
əhəmiyyətə malik
tədbirlər həyata
keçirilib. Cəmi 23 ay yaşamasına
baxmayaraq, Azərbaycan
Xalq Cumhuriyyəti xalqımızın milli dövlətçilik salnaməsini
müstəsna surətdə
zənginləşdirib, çox
vacib tarixi addımlar atıb. Ölkə prezidenti cənab İlham Əliyevin "Azərbaycanda
Xalq Cümhuriyyətinin
100 illik yubileyi" haqqında sərəncamda
deyildiyi kimi, qədim və zəngin dövlətçilik
ənənələrinə malik Azərbaycan xalqı tarixin hökmü ilə keçmişin müəyyən
dövrlərində böyük
imperiyaların tərkibinə
qatılmaq məcburiyyəti
ilə üzləşib.
Azərbaycan Xalq Cümhuriyyəti
məhz dünyanın
siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində ölkənin
yaşadığı yüksək
mədəni inkişaf
mərhələsinin məntiqi
yekunu kimi meydana çıxıb.
"İstiqlal Bəyannaməsi"ni qəbul edən Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə düşən vəzifəni
şərəflə yerinə
yetirib, dövlət quruculuğu sahəsində
mühüm işlər
görüb. Ölkənin bayrağı, gerbi və himni yaradılıb,
ana dili dövlət dili elan edilib. Cümhuriyyətin ərazi bütövlüyü,
milli təhlükəsizliyi
təmin olunub, qısa müddətdə
yüksək döyüş
qabiliyyətinə malik
hərbi hissələr
təşkil edilib.
Demokratik
prinsiplərə uyğun
parlament, dövlət
orqanlarının yaradılması
da böyük əhəmiyyət kəsb
edir. Həmin dövrdə ölkədə
təhsilin, mədəniyyətin
inkişafına xüsusi
diqqət yetirilib.
Təhsilin milliləşdirilməsi, ilk universitetin təşkili ilə Azərbaycan xalqının sonrakı illərdə mədəni
yüksəlişi üçün
möhkəm zəmin
hazırlanıb.
Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən
xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə
əsaslanmağa böyük
üstünlük verib. Ölkənin bütün vətəndaşlarının
hüquqları təmin
olunub, milli, irqi və sinfi
bərabərsizlik aradan
qaldırılıb.
Məlumdur ki, Çar Rusiyasının ayrı-seçkilik
siyasəti nəticəsində
digər xalqlara nisbətən azərbaycanlılar
milli mətbuat, məktəb sarıdan çox geridə qalırdılar. Qonşularda kilsəyə etimad
və qayğı göstərildiyi halda, Azərbaycanda məscidlər
daim təqiblərə
məruz qalıb.
Lakin
1917-ci ildə Rusiyada baş verən fevral burjua inqilabı
çarizmin hökmranlığına
son qoyulması ilə
nəticələnib. Rusiya xalqlarının milli azadlıq və müstəqillik arzularının
gerçəkləşməsi üçün real zəmin
yarandı. Həmin ilin
oktyabrında bolşeviklərin
hakimiyyətə gəlməsi
ilə bu imkanlar daha da
genişlənib. "Rusiya xalqlarının hüquq bəyannaməsi"
qəbul edildikdən sonra imperiyanın tərkibində olan xalqların hüquq bərabərliyi elan edilib, milli və
dini imtiyazlar ləğv olunub.
Belə bir mürəkkəb şəraitdə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində
elm və mədəniyyət
nümayəndələri ilə
yanaşı din xadimləri
də yaxından iştirak ediblər. Təsadüfü deyil ki, həmin
dövrdə Bakının
siyasi mərkəzə
çevrilməsi üçün
demokratik qüvvələrin
bir araya gəlməsində Təzəpir
məscidi xüsusi rol oynayıb. İlk növbədə, ölkədə
Çar hökümətinin
qızışdırdığı şiə, sünni ixtilafı aradan qaldırılıb. Azərbaycan Xalq
Cümhuriyyətinin qəbul
etdiyi "İstiqlal Bəyannaməsin"də dini
məsələlərə aid müddəalar da əksini tapıb. Bununla da, bütün ölkə vətəndaşlarının
etiqad azadlıqları,
dini hüquqları təmin olunub. 1918-ci
il iyunun
17-də Azərbaycan Xalq
Cümhuriyyətində hökumət
təşkil edilib. Nəsib bəy Yusifbəyovun rəhbərlik
etdiyi Xalq Maarifi və Dini Etiqad nazirliyi
ölkə əhalisinin
milli ənənələrə
qayıdışı dini
ehtiyaclarının ödənilməsi
məqsədi ilə
din xadimləri, dini qurumlarla sıx əməkdaşlığa başlayıb.
Cümhuriyyətdə şiə
və sünni ruhani idarələrinin əməkdaşlığına nail olmaq üçün Qafqaz Müsəlmanlarının
vahid ruhani idarəsi yaradılıb.
Bu səbəbdən əvvəllər Tiflisdə
fəaliyyət göstərən
ruhani idarəsi Gəncə şəhərinə
köçürülüb. Bolşeviklərdən sonra ruhani idarəsi fəaliyyətini
Bakıda davam etdirib. Həmin dövrdə ölkədə
dini liderlərin rolu artıb, hərbi hissələrdə
"hərbi molla"
vəzifəsi təsis
olunub. Hərbi
din xadimlərinin fəaliyyətinə
nəzarət Müdafiə
nazirliyi və dini idarə tərəfindən həyata
keçirilib. O illərdə
ölkədə dini məkanlar, məscidlər
xalqın məşvərət
yeri hesab edilib. Bu sahədə
Təzəpir məscidi
və "İsmaliyyə"
binası mühüm
rol oynayıb.
Ən başlıcası
odur ki, ölkənin parlamentində
Azərbaycanın milli,
dini tərkibi nəzərə alınıb. Bu zaman müsəlmanlara 80, xristianlara isə 35 yer ayrılıb. Xristianlar arasında ən çox yer - hazırda bizimlə düşmən mövqeyində
olan ermənilərə
verilib. Onlar parlamentdə 21 deputatla
təmsil olunublar.
Halbuki xalqın
birliyini istəməyən
ermənilər bolşeviklərin
təhriki və köməkliyi ilə
1918-ci ilin martın
31-də müsəlman əhalisinə
qarşı dəhşətli
soyqrımı törətmişdilər. Daşnak-bolşevik
birləşmələri tərəfindən
Azərbaycanın ictimai-siyasi
həyatında, elmi-dini
maarifçiliyinin təbliğində
mühüm rol oynamış "İsmaliyyə"
binası, "Kaspi qəzeti" redaksiyası
və mətbəəsi,
orada yenicə çap edilmiş "Qurani-Kərimin" 5 min nüsxəsi
yandırılmış, kül
edilmişdi. Mart qırğınları günlərində,
ondan sonrakı dövrlərdə soyqırımına
məruz qalmış
müsəlmanların dəfnində,
eləcə də qabaqlayıcı tədbirlərin
görülməsində Təzəpir
məcidi müstəsna
xidmətlər göstərmişdi.
Milli hökumət
1919-1920-ci illərin soyqrımı
faciəsini Milli Qırğın günü
kimi qeyd edib. Şeyxül-İslamın göstərişi ilə həmin vaxtlarda ölkənin bütün məscidlərində
təziyələr təşkil
olunub, ehsanlar verilib. Azərbaycan XI qızıl ordu
tərəfindən işğal
edilənədək ölkə
vətəndaşlarının digər hüquqları kimi vicdan azadlığı
məsələsi də
dövlət siyasətində
daim başlıca yer tutub. Əhalinin dini təlabatlarının
ödənilməsi müntəzəm
olaraq diqqət mərkəzində saxlanılıb.
Bununla əlaqədar olaraq cümə günləri istirahət günü elan edilib, dini
bayramlarda bütün
dinlərin nümayəndələri
işdən azad olunublar. Hökumətin qərarı ilə
ruhanilər və dini idarələr büdcədən maliyyələşdirilib.
Eyni zamanda, bütün dini vergilər dövlət xəzinəsinə
daxil edilib. Təəssüf ki, bolşevik
Rusiyasının və
daxili irticanın təzyiqləri üzündən
Azərbaycan Xalq Cümhuriyyəti süquta
uğrayıb.
1991-ci il oktyabrın
17-də müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikaası dövlətçilik
ənənələrinə sadiqliyini Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu nümayiş etdirərək,
onun üçrəngli
bayrağını, gerbini,
himnini qəbul edərək göstərib.
Xalqımız hər
il 28 May - Respublika gününü kimi təntənə ilə qeyd edir.
Azərbaycanın qazandığı müstəqillik
Ümummilli lider Heydər Əliyevin böyük xidmətləri
sayəsində tarixin
ağır sınaqlarından
çıxıb qorunub,
saxlanılıb, daha da möhkəmləndirilib. Onun rəhbərliyi
altında müstəqil
respublikamız geniş
sosial-iqtisadi inkişaf
yoluna qədəm qoyub. Ulu öndərin səyi
ilə ölkədə
dövlət-din münasibətlərinin
hüquqi müstəvidə
tənzimlənməsi istiqamətində
də geniş işlər aparılıb.
Azərbaycan Konstitusiyasında "Dini etiqad azadlığı
haqqında" qanunda
bütün dini etiqadların bərabərliyi,
vətəndaşların dini
azadlığı təsbit
olunub. 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması
dövlət-din münasibətlərinin
tənzimlənməsinə yeni bir mərhələ
kimi xüsusi önəm daşıyıb.
Ümummilli lider Heydər Əliyevin gördüyü işlər bu gün onun layiqli siyasi varisi, ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevrilib. Respublikamızın beynəlxalq aləmdə nüfuzu xeyli artıb. Hazırda bütün sahələrdə olduğu kimi, ölkədə dini məsələlərə, etiqad azadlığına ciddi dövlət qayğısı göstərilir. Görülmüş tədbirlərin nəticəsidir ki, respublikamızda möhkəm sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq şəraiti hökm sürür. Azərbaycan dünyada nümunəvi tolerant və multikultural dəyərlərə malik ölkə kimi tanınır, sayılıb seçilir.
Süleyman Ağayev
Ağcabədi rayon
Muğanlı kəndi "Seyid
İsmayıl Ağa" məscidi dini icmasının sədri
525-ci qəzet.- 2018.- 17 aprel.- S.2.