Avstriyada "Uçan xalça"
sərgisi açıldı
Vyanada fəaliyyət
göstərən Azərbaycan
Mədəniyyət Mərkəzində
Azərbaycan və Avstriyanın gənc rəssam-tələbələrini birləşdirən "Uçan
xalça" sərgisinin
açılışı olub.
Azərbaycan Xalça Muzeyinin
mətbuat xidmətinin
məlumatına görə,
sərginin təşkilatçıları
ölkəmizin Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Avstriyadakı Azərbaycan
Mədəniyyət Mərkəzi
və Vyana Tətbiqi Sənət Universitetidir.
Tədbiri giriş sözü
ilə açan Avstriyadakı Azərbaycan
Mədəniyyət Mərkəzinin
direktoru Leyla Qasımova iki ölkənin ali
təhsil müəssisələri
arasındakı məhsuldar
əməkdaşlığı, tələbə mübadiləsini,
birgə layihə və sərgilərin təşkilini yüksək
qiymətləndirib. L.Qasımova qeyd
edib ki, rəhbərlik etdiyi mərkəz gələcəkdə
də Azərbaycan və Avstriya arasında mədəni körpünü möhkəmləndirməyə
xidmət edən bu kimi layihələrdə
yaxından iştirak edəcək.
Layihə
haqqında danışan
Azərbaycan Xalça
Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Şirin Məlikova bildirib ki, muzey
tərəfindən keçən ilin oktyabr ayında Bakıda "Ənənələr
və innovasiyalar"
mövzusunda Azərbaycan
xalçası üzrə
V Beynəlxalq Simpozium
təşkil olunub. "Bu tədbir ölkəmizin
mədəni həyatında
böyük və əlamətdar hadisə olaraq tarixə yazıldı. Simpozium
Prezident İlham Əliyevin müvafiq
sərəncamına əsasən
keçirilib. Mötəbər tədbirə qatılmaq üçün dünyanın
qabaqcıl xalça və tekstil üzrə ekspertləri, rəssamlar, kolleksiyaçılar,
jurnalistlər və
b. Azərbaycana təşrif
buyurublar. Simpozium Azərbaycan
xalça sənətinin
ölkəmizin Birinci
vitse-prezidenti Mehriban Əliyevanın böyük
səyi nəticəsində
UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına
daxil olunmasından sonra keçirilən ən mühüm hadisələrdən biri oldu. Beynəlxalq tədbirin keçirilməsi
ilə əlaqədar
Xalça Muzeyi "Ənənələr və
innovasiyalar" mövzusunda
bir sıra layihələr hazırlamışdır.
Onların sırasında "Uçan xalça" sərgisi xüsusi olaraq təqdirəlayiqdir".
Muzeyin direktoru
layihənin əhəmiyyətli
dərəcədə böyük
marağa səbəb
olduğunu da deyib. "Kəsişmə
nöqtəsi" adlandırdığımız
bu layihədə ən əhəmiyyətli
cəhət tələbələrin
birgə işdən,
ənənələrlə tanışlıqdan əldə
etdikləri təcrübədir.
Onlar ornament sənətinin
tarixi ilə yaxından tanış
olaraq, ekspozisiyada xalçalara baxır, kitablar oxuyur, birgə müzakirələr
aparır, kəsişmə
nöqtələri axtarır
və tamamilə gözlənilməz qərarlara
gəlirdilər. Eksperiment inkişafın
əsasıdır və
məsuliyyət hissi ilə demək olar ki, biz məqsədimizə
nail olduq. Bu eksperiment nəticəsi olan "Uçan xalça" sərgisi
2018-ci ilin yanvar ayınadək Azərbaycan
Xalça Muzeyində
böyük uğurla
nümayiş edildi.
Üç ay ərzində sərgi
ilə ümumilikdə
20 mindən çox qonaq tanış olub", - deyə Şirin Məlikova bildirib.
Qeyd edək
ki, sərgi mayın 10-dək Vyanada fəaliyyət göstərən
Azərbaycan Mədəniyyət
Mərkəzində davam
edəcək.
S.QARAYEVA
525-ci qəzet.- 2018.- 17 aprel.- S.3.