Akademik təhsildə ixtisas dərsləri:
Ədəbiyyat İnstitutunun nümunəsi
Sivilizasiyanın təkamülü boyu
forma və məzmun dialektikası inkişafın
stixiyasını müəyyənləşdirən
əsas faktorlardan biri olub.
Formaya nisbətdə
daha mütəhərrik
olan məzmun çağın prinsiplərinə
daha tez uyğunlaşır, dəyişir. Dəyişmələr yeni formanın tətbiqini zərurətə
çevirir. Bu qanunauyğunluq müasir elmin və təhsilin
inkişafını müəyyənləşdirən
başlıca faktordur.
Dünyanın aparıcı dövlətlərində
elm və təhsilin səviyyəsi ilə ölkənin əsas inkişaf göstəricisi
hesablanır. Sürətlə inkişaf edən Azərbaycanın elmi və təhsili də dünyanın qabaqcıl ölkələrinin
bu sahədə inkişafı ilə adekvat təşkil etməyə çalışır.
Bu sırada əhəmiyyətli
nailiyyətlər vardır.
Azərbaycan elmi tədqiqatların əsas mərkəzi olan Milli Elmlər
Akademiyası klassik formatını qoruyub saxlayaraq islahatlar aparır və yeniləşir. Ölkə başçısı cənab Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində əminliklə
deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyası özünün
yeni inkişaf mərhələsini yaşayır.
Hər kəsə məlumdur ki, 70 il
işğalı altında
yaşadığımız Sovet imperiyası dünyadan təcrid olunmuş sistemə malik idi. İmperiyada elm və təhsilin idarəolunması mexanizmi
dünyadakı digər
dövlətlərin bu
sahədəki sistemi ilə eyni deyildi.
SSRİ-nin dağılması,
Azərbaycanın müstəqillik
əldə etməsindən
sonra qarşıya müəyyən suallar çıxdı. Əvvəl mövcud
olan sistemi davam etdirməli, yoxsa dünyanın qabaqcıl ölklərinin
mexanizmini tətbiq etməliyik? Təbii, ikinci
variant daha düzgün
idi. Amma keçid prosesi o qədər də asan deyildi və
zamana ehtiyac var idi. Son dövrün müşahidələri
göstərir ki, Azərbaycanda milli identiklik qorunmaq şərtilə dünyanın
inkişaf etmiş dövlətlərinin elm və
təhsil modellərinə
keçid prosesi uğurla aparılmaqdadır.
Bu gün dünyada
elm və təhsilin qarşılıqlı inteqrasiyası
prosesi sürətlənməkdədir. Azərbaycan Milli
Elmlər Akademiyasında
təhsilin payı əhəmiyyətli dərəcə
artıb. Akademiya İnstitutlarında
ayrıca Təhsil şöbələrinin yaradılması
təhsilin akademiya həyatında rolunun artırılmasına xidmət
edən amil idi. Bu sahədə
ən əhəmiyyətli
hadisə isə sözsüz ki, AMEA-da magistratura pilləsində təhsilə
start verilməsidir. Ölkə rəhbərliyinin
dəstəyi və etimadı sayəsində açılan magistratura təhsili AMEA-da gedən islahatların mühüm nəticəsidir.
AMEA-da doktorantura
və dissertantura mərhələsində təhsilin
təkmilləşdirilməsi istiqamətində addımlar
atılıb. Doktoranturaya qəbul imtahanı zamanı test sistemi tətbiq olunub. Xarici dildən (ingilis dili) qəbul və minimum imtahanları zamanı TOEFL və
İELTS sertifikatının tələb olunması bu istiqamətdə işin beynəlxalq standartlara uyğun təşkili baxımından
əhəmiyyət kəsb
edir.
AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu
bu gün özünün yeni inkişaf mərhələsini
yaşamaqdadır. AMEA-nın
vitse-prezidenti, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
direktoru akademik İsa Həbibbəylinin rəhbərliyi altında
İnstitutda bütün
istiqamətlər üzrə
yeni epoxa başlamışdır. Akademik İsa
Həbibbəyli İnstitutda
gənc kadrların hazırlanmasına xüsusi
diqqətdə saxlayır.
"Ədəbiyyat məcmuəsi"nin
Xüsusi gənclər
sayının hazırlanması,
hər il fərqlənən
gənclərə "İlin
gənc alimi" mükafatının verilməsi,
hər il keçirilən "Ədəbi
proses" yaradıcılıq
müşavirəsində gənclərin
məruzəçi qismində
aparıcılıq təşkil
etməsi, artıq
"İlin gənc alimi" mükafatçılarından
elmlər doktorluğu
işinin müdafiə
edənlərin olması
İnstitutda gənclərlə
bağlı görülən
işlərə misal
ola bilər. Bu gün müasirləşən
və inkişaf edən Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
təhsilin payı əhəmiyyətli dərəcədə
artmışdır. İnstitutda xarici
dil dərsləri - ingilis və çin dilləri üzrə təşkil olunub. Hər iki dil üzrə iki səviyyədə bu sahədə ixtisaslaşmış
müəllimlər tərəfindən
dərslər aparılır.
İnstitutun gəncləri
bu prosesdə faəl iştirak edir.
Akademik İsa Həbibbəyli hələ
2017-ci ilə qədər
İnstitutun Elmi şurasının iclaslarında,
keçirilən müxtəlif
konfrans və tədbirlərdə doktorant
və dissertantların
ədəbiyyatşünaslıq sahəsindəki bilik və bacarıqlarının
artırılması zərurəti
barədə bəhs edirdi. Məhz bu zərurətin
nəticəsi olaraq
2017-ci ilin yanvar ayından akademik İsa Həbibbəylinin təşəbbüsü və
rəhbərliyi ilə
ölkədə ilk dəfə
olaraq doktorant və dissertantlar üçün ixtisas dərsləri təşkil
olunmağa başlandı.
Bu addım elm və təhsilin qarşılıqlı inteqrasiyası,
kadr hazırlığının
təkmilləşdirilməsi baxımından atılan əhəmiyyətli addımdır.
Ölkə tarixində ilk dəfə
olan bu təşəbbüs
və eksperimentin nəticələri olduqca
maraqlı idi. Qısa zamanda akademik İsa Həbibbəylinin rəhbərliyi ilə İnstitutun Təhsil şöbəsi tərəfindən
bir illik dərs proqramı hazırlandı.
Hazırlanan dərs proqramında doktorantura pilləsində
kadr hazırlığı
üçün zəruri
olan ədəbiyyatşünaslığın
bütün sahələri
üzrə mühazirələr
nəzərdə tutulmuşdur. İl ərzində ədəbiyyatşünaslığın
bütün istiqamətləri:
ədəbiyyat tariximizin
ən qədim dövrdən başlamış
müasir dövrə
qədərki mərhələləri,
problemləri, şəxsiyyətləri,
ədəbiyyat nəzəriyyəsi,
ədəbi tənqid,
mühacirətdə yaranan
ədəbiyyatımız, dünya ədəbiyyatının
görkəmli şəxsiyyətləri,
cərəyanlar, türk
xalqları ədəbiyyatı,
mətbuat və publisistikamızın inkişafı,
eləcə də doktorant və dissertantlar üçün
zəruri olan dissertasiyanın tərtibi
qaydaları və digər mövzularda həftədə bir dəfə olmaqla dərslər keçirildi.
Akademik İsa Həbibbəyli Azərbaycan
ədəbiyyatının dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri
haqqında ilk mühazirəsi
doktorant və dissertantlar tərəfindən
böyük maraqla qarşılanmışdır. Akademikin
məruzəsindən başlanan
dərslər il boyu ardıcıl
olaraq davam etmişdir. Prosesə İnstitutun direktor
müavinləri, bütün
şöbə müdirləri
və digər elmi heyəti cəlb olunmuşdur.
Nəticədə dərslərdə aparılan müzakirələr
doktorant və dissertantların gələcək
ədəbiyyatşünas kimi formalaşmağına
öz töhfəsini
verməyə başlamışdır.
Təsadüfi deyil ki, dərslərə doktorant
və dissertantlar ilk dərsdən başlayaraq
böyük maraqla yanaşmağa başlamışlar.
İxtisas dərslərinin təşkil
olunması bir sıra obyektiv səbəblərlə bağlı
idi. Akademik İsa Həbibbəyli
Elmi şurada çıxışı zamanı
bu zərurətin səbəbləri barədə
geniş şərh vermişdir. Doktorant və
dissertantların kadr kimi hazırlığında
yalnız elmi rəhbəri ilə dissertasiya işini hazırlaması onların
gələcəkdə mükəmməl
ədəbiyyatşünas kimi formalaşması üçün tam da yetərli deyildir. Müəyyən nümunələri çıxmaq şərtilə
böyük əksəriyyətdə
bu sahədə boşluqlar özünü
göstərməkdədir. Doktorantlar və dissertantlar üçün ixtisas dərslərinin təşkili
müasir elmin nailiyyətlərinin yeni elmi nəslə çatdırılması zərurətindən
doğan mühüm addımdır. Artıq bir
ildə əldə olunan nəticələr onu göstərir ki, ardıcıl və nizamlı şəkildə təşkil
olunan dərslər çox böyük təsirə, effektə malikdir. Bir il ərzində
ədəbiyyatşünaslığın
bütün istiqamətləri
və əsas problemləri üzrə dərslər alan doktorant və dissertantlar elmi cəhətdən daha da zənginləşir, maraqlı müzakirələr,
diskussiyalar aparırlar.
Bu uğurlu təşəbbüs
ardıcıl şəkildə,
2018-ci il boyu da davam
etdirilir. Akademik İsa Həbibbəylinin əlavələri ilə
bu il
üçün dərs
proqramı daha da təkmilləşdirilib,
zənginləşdirilib, proqrama
bir sıra əlavələr olunub. Belə ki, 2017-ci ildə göstəricilərinə
görə "İlin
alimi" adını
alan alimlər
doktorant və dissertantlara ustad dərsləri deyəcəklər.
Nəticədə dərslərdə iştirak edənlər elmi cəhətdən daha da təkmilləşəcək
və inkişaf edəcəklər. Akademik
İsa Həbibbəylinin
ideya müəllfiliyi
və rəhbərliyi
ilə Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
təşkil olunan doktorant və dissertantlar üçün
ixtisas dərsləri uğurlu bir nümunədir. Gələcəkdə bu nümunənin
daha geniş miqyasda tətbiqi ümumilikdə elmimiz üçün, yeni elmi nəslin hazırlanması baxımından
mühüm əhəmiyyət
kəsb edən məsələdir.
Mehman HƏSƏN
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2018.- 17 aprel.- S.7.