Vaqif Yusiflinin 70 yaşına
Hörmətli Vaqif müəllim!
Aprel ayının
ilk günlərindən qəzetlərdə
haqqınızda dərc
edilən məqalələrdən
xəbər tutdum ki, yaxında yuvarlaq yubileyiniz - 70 yaşınız tamam olur. Açığı, "Azərbaycan", "Ulduz"
dərgilərində, "525-ci qəzet", "Ədalət",
"Ədəbiyyat" qəzetlərində
və digər mətbuat orqanlarının
az qala hər
sayında imzanızla
çap olunan bir-birindən oxunaqlı, maraqlı yazılarınız
70 illiyinizin tamamına
xoş bir "şübhə" oyadır.
Axı, belə ədəbi məhsuldarlıq yalnız
cavan, enerjili qələm adamlarına xas olar.
Ancaq fakt faktlığında qalır. 70 yaşınız
mübarək!
Belə bir deyim var
ki, cib xəsisi
olmaq bir elə qəbahət deyil. Yaxşı, xeyirxah söz
deməkdə gərək
xəsis olmayasan.
Yaxşı, xeyirxah sözü
isə özü qəlbən saf, varlı olan adamlar deməyi bacarar. Sizi, tanınmış ədəbiyyatşünas alimimizi,
görkəmli tənqidçimizi
də məhz belə tanıyırıq.
Yan-yörədə, böyürdə-başda
olana, gündə-günaşırı
üz-üzə gələnə
nə var, elə görünməkləri
ilə də özlərini gündəmdə
saxlayırlar. O ki qaldı paytaxtdan uzaqlarda, bölgələrdə
yaşayanlara, əlbəttə,
onları gündəmə
gətirmək, diqqətə
çəkmək həm
də bir vətənpərvərlik nümunəsidir.
Elə bir istedadlı qələm sahibi yoxdur ki, siz
də onun haqqında səxavətlə
söz açmayasınız.
Bizim Şabranda yaşayıb-yaradan
neçə-neçə yazıçı
və şair haqqında ölkənin mətbuat orqanlarında çap etdirdiyiniz yazılarınız, çalışdığınız
AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun
elmi əsərlərində
Şabran ədəbi
mühiti haqqında dəyərli fikirlərinizə
görə Şabran ziyalıları Sizə minnətdardır.
Məmləkətimizin hər yerində olduğu kimi, Şabranda da Sizin özünüzə
və sözünüzə
böyük hörmət
və ehtiram var. Bizim üçün həmişə gəlişi
arzulanan, yolu gözlənilən əzizlərimizdənsiniz.
Sizə
uzun ömür, möhkəm can sağlığı,
yeni-yeni yaradıcılıq
uğurları arzulayıram.
Novruz NOVRUZOV
Şabran rayon İcra Hakimiyyətinin başçısı
525-ci qəzet.- 2018.- 17 aprel.- S.7.