Qətər Milli
Kitabxanasının açlışında
Azərbaycan da təmsil olunub
Aprelin 16-da Qətərin
paytaxtı Doha şəhərində Qətər Milli
Kitabxanasının yeni binasının təntənəli
açılış mərasimi olub.
Mərasimdə bir sıra qonşu
ölkələrin dövlət
və hökümət
başçıları, mədəniyyət
və turizm nazirləri, 30-dan artıq
ölkənin milli kitabxanasının direktorları
iştirak ediblər.
Azərbaycanı açılş mərasimində
Azərbaycan mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov və Azərbaycanın Qətərdəki səfiri
Rəşad İsmayılov
təmsil ediblər.
Qətər Milli Kitabxanası məhşur Qətər Fondunun nəzdində fəaliyyət göstərir
və bu modern və möhtəşəm
arxitekturaya malik bina həmin fondun dəstəyi ilə dünyanın ən məşhur arxitektorları və mütəxəssisləri cəlb
olunmaqla inşa olunub.
Kitabxananın 1 milyonluq kitab fondu tam şəkildə açıq fond kimi oxucuların istifadəsinə
verilib və tam sərbəst istifadə olunur.
Çox böyük oxu zalları və evə verilən kitabların qaytarılması
üçün avtomatlar
quraşdırılıb. Binada ən
son texnoloji avadanlıqlardan
və avtomatlaşdırma
vasitələrindən istifadə
olunub.
Açılış mərasimində
Qətər əmiri Şeyx Təmin bin Həməd Əl Sani, Qətər Fondunun prezidenti Şeyxa Moza bint Nasir Əl-Misnəd,
Qətər Milli Kitabxanasının icraçı
direktoru Sohair Wastawy, bir sıra
dünya milli kitabxanalarının direktorları,
binanın arxitektoru Rem Kulhas və
texniki mühəndisi
çıxış ediblər.
Sonra Qətər əmiri Şeyx Təmin bin Həməd
Əl Sani qonaqların şərəfinə
ziyafət verib. Ziyafətin sonunda Qətər əmiri Şeyx
Təmin bin Həməd Əl Sani ilə görüşən mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan prezidentinin
salamlarını əmirə çatdırıb və bu möhtəşəm layihə münasibətilə
onu və Qətər xalqını təbrik
edib.
525-ci qəzet.-2018.-18 aprel.-S.7.