Nazim Əhmədlinin məktəblilərlə
görüşü oldu
Aprelin 16-da Bakı
şəhəri Yasamal
rayonundakı 13 nömrəli
tam orta məktəbdə
tanınmış şair
Nazim Əhmədlinin şagirdlərlə görüşü
keçirilib.
Görüşdə məktəb rəhbərliyi,
müəllim və şagird kollektivi, ziyalılar və media nümayəndələri iştirak
ediblər.
Məktəbin direktoru, Əməkdar müəllim Yaqut Sadıqova, Azərbaycan dili və ədəbiyyatı
müəllimi Lalə
Bayramova Nazim Əhmədlinin yaradıcılığından
söz açıblar.
Musiqi müəllimi
Gülər Babayeva şairin qəzəlini muğam üstündə
səsləndirib.
Çıxışlardan sonra N.Əhmədli haqqında 2014-cü ildə
lentə alınan
"Göy üzünün
adamı" adlı telesüjet nümayiş olunub.
Məktəbin "Gənc istedadlar" ansamblı tədbirdə musiqi nömrələri ilə çıxış
edib. Şagirdlər şairin şeirləri
əsasında hazırladıqları
kompozisiyanı nümayiş
etdiriblər.
Sonda məktəbin
rəhbərliyi başda
olmaqla görüşün
keçirilməsində əməyi
olan hər kəsə təşəkkürünü
bildirən N.Əhmədli
özünün yeni şeirlərini oxuyub və şagirdləri maraqlandıran suallara cavab verib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2018.-18 aprel.-S.7.