18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

 

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr Tarixi Yerlər Günü kimi qeyd olunur.

 

Bu əlamətdar gün Tarixi Yerlər Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin tarixi yerlərin qorunmasına yönəltməkdir.

 

Abidələr tarixi yerlər öz görkəmləri ilə xalqlara hər an kimliyini, nəyə qadir olduğunu xatırladır, vətən sevgisi ona sadiqlik hisslərini aşılayır.

 

Ölkəmizdə yaşı əsrləri minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

 

Tarixin müxtəlif dövrlərində ölkəmizin ərazisində dövlətlərin yaranması ilə qədim şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa olunub. Orta əsrlərə aid abidələr Qız Qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Allah-Allah türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri s. nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir.

 

Tarixi abidələrimizin qorunması gələcək nəsillərə çatdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkə daxilində xaricində böyük işlər həyata keçirirlər.

 

Son illər ölkəmizdə tarixi abidələrin bərpası qorunması istiqamətində bir sıra layihələr icra olunub. Təkcə onu qeyd etmək yerinə düşər ki, bu ilin martın 25-də Prezident İlham Əliyev əsaslı şəkildə bərpa olunan "Allah-Allah" türbəsində Torpaqqala kompleksində yaradılan şəraitlə tanış olub. Martın 26-da isə mədəniyyət turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Quba şəhərində yerləşən "Hündür günbəzli hamam"ın təmir-bərpadan sonra açılışı reallaşıb.

 

Ölkə başçısının böyük diqqət qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

 

Son illərdə xalqımızın yaratdığı mədəni irs nümunələrinin dünyada tanıdılması istiqamətində uğurlara imza atılıb. İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Hazırda digər tarixi yerlər abidələrimizin bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.

 

Milli mədəni irsin qorunmasını təmin etmək, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Daşınmaz tarix mədəniyyət abidələrinin bərpası, qorunması, tarix mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" isə bundan sonra görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli bir sənəddir. Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib.

 

Prezident İlham Əliyevin 18 dekabr 2014-cü il tarixli, 409 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin nəzdində olan Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidməti yaradılıb.

 

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2014-cü il tarixli, 409 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidməti haqqında əsasnamə təsdiq edilib.

 

Mədəni İrsin Qorunması, İnkişafı Bərpası üzrə Dövlət Xidməti mədəni irsin qorunması, "İçərişəhər" Dövlət Tarix-Memarlıq "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla, dövlət mühafizəsində olan daşınmaz tarix mədəniyyət abidələrinin istifadəsi, bərpası, rekonstruksiyası, konservasiyası yenidən qurulması sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Ötən müddət ərzində Dövlət Xidməti ölkəmizdə bir sıra tarixi abidələrin bərpa konservasiyasını həyata keçirib, hazırda bu istiqamətdə görülən işlər davam etdirilir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix mədəniyyət abidələrinin siyahısında 6308 tarixi abidə qeydə alınıb. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.

 

Abidələrin tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Hazırda dünyada baş verən siyasi proseslər nəticəsində minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. Abidələr tarixi yerlərin məhv olmaq təhlükəsi ölkəmizdən yan ötməyib. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental xatirə abidələri, sənət nümunələri qalıb. Həmçinin, bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri düşmən tapdağı altındadır.

 

Qeyd edək ki, UNESCO-nun Dünya İrsi Mərkəzinin məşvərətçi orqanı olan və 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 12 min nəfərə yaxın fərdi üzvü özündə birləşdirən İCOMOS memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatıdır.

 

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.

 

525-ci qəzet.-2018.-18  aprel.-S.7.