Mir Cəlal Paşayevlə bağlı kitabların təqdimatı
oldu
Bakı Dövlət Universitetinin
(BDU) Filologiya fakültəsində
görkəmli ədəbiyyatşünas
alim və yazıçı Mir Cəlal
Paşayevin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar üç
kitabın təqdimatı
keçirilib.
BDU-nun Azərbaycan ədəbiyyatı
tarixi kafedrasının
professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun
elmi redaktorluğu ilə yenidən nəşr olunmuş “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin,
ADPU-nun professoru Təyyar
Salamoğlunun “Mir Cəlal
nəsri və müasirlik” və Azərbaycan Respublikasının
Qırğızıstan Respublikasında
fövqəladə və
səlahiyyətli səfiriHidayət
Orucovun Qırğızıstanda
rus və qırğız dillərində
çap edilmiş“Mir
Cəlal dünyasından
sətirlər” kitablarının
təqdimatına həsr
olunmuş tədbirdərespublikamızın
tanınmış elm xadimləri,
müəllimlər və
tələbələr iştirak
edib.
Tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin
dekanı, dosent Elçin Məmmədov
Mir Cəlalın həyat
və yaradıcılığından
danışıb, təqdim
olunan kitablarımüasir
ədəbiyyatşünaslığımızın
nailiyyəti kimi qiymətləndirib.
Mir CəlalınFiridun Hüseynovla
birgə yazdığı
“XX əsr Azərbaycan
ədəbiyyatı” dərsliyini
yenidən çapa hazırlamış Təhsin
Mütəllimov ustadı
hesab etdiyi görkəmli yazıçı
ilə bağlı maraqlı xatirələrini
söyləyib, onun alim və müəllim
kimi şəxsi keyfiyyətlərindən bəhs
edib.
“Mir Cəlal nəsri və müasirlik” kitabının müəllifi,
ADPU-nun professoruTəyyar Salamoğlu
əsər haqqında
məlumat verərək,Mir Cəlal nəsrinin özəlliklərindən,
onun Azərbaycan ədəbiyyatı tarixindəki
mövqeyindən söz
açıb.
Hidayət Orucovun “Mir Cəlal
dünyasından sətirlər”
kitabıhaqqında danışan müəllifin
qızı, Azərbaycan
şifahi xalq ədəbiyyatı kafedrasının
müdiri, professor Səhər
Orucova iştirakçılara
görkəmli yazıçıya
həsr olunmuş bu nəşr haqqında məlumat verib. Bildirib ki, həmin kitab dünyanın bir sıra dillərinə,
o cümlədən qırğız
dilinə də tərcümə olunaraq, qırğız ictimaiyyətinə
təqdim edilib.
Daha sonra çıxış
edənlər: ADPU-nun kafedra
müdiri, professor Himalay
Qasımov, AMEA-nın
Nizami adına Ədəbiyyat İnstitutunun
direktor müavini,
professor Əlizadə Əsgərli,
BDU-nun professoru İfrat
Əliyeva, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, yubilyarın
qızı, BDU-nun Rus
dili (humanitar fakültələr üzrə)kafedrasının müdiri,
professor Ədibə Paşayeva
Mir Cəlal irsindən
ətraflı söz açıb və onunla bağlı xatirələrini bölüşüblər.
525-ci qəzet.- 2018.- 19 aprel.- S.7.