Sən xoşbəxt bir
qız...
Sən xoşbəxt bir qız,
Mən, taleyindən
küsmüş bir oğlandım.
Sən xoşbəxtliyindən zövq
alırdın,
Mən isə ağrılarımı udurdum.
Sonda küsmüş taleyimə
bürünüb
sənin göz qamaşdıran "xöşbəxt"liyinin
göz yaşlarına dönüb
yandırdım saf bir ürəyi!..
Sən bağışlanmazsan
Sən bağışlanmazsan,
Ona görə ki,
ağ göyərçin
kimi uçan təmiz sevgim
xəyallarımda qaldı.
Ürəyimdə qalan gələcək
arzularımı
açmamış bir çiçək kimi qoparıb atdın.
Qəlbimi qəlbinə birləşdirən
körpü tellərini
sındırdın.
Sevgimiz soyuq baxışlarında
dondu,
üstünü qar aldı.
Sən bağışlanmazsan,
Soyuq bir daş, qaya
idin,
İsti
keçmirdi, isitmirdi canını,
Elə bil buz parçası
qoyub
dondurmuşdular qanını,
sanki dünyanı görmürdün...
Sən bağışlanmazsan,
Bulaq kimi içdiyim
göz yaşlarımı
kiridə bilmədin.
Nə acıymış,
nə şiriniymiş
bu həyat?!
Şirinliyin içində
sən demə, acı olmusan.
Öz əllərinlə həyatımı
zəhərlədin,
amma mən ölmədim.
Sən bağışlanmazsan,
Yollarımızın üstünə
qan səpmisən,
Səadətimi, gələcəyimi itirmisən.
Yenə
də sözün içində,
közün içində
qırıla-qırıla qorudum məhəbbətimi.
O məhəbbət ki,
Tanrının insanlara olan sevgisidir,
O məhəbbət ki,
həyatın özüdür,
yaşantıdır.
Sən bunu dərk etmədin,
duymadın özündə,
Beləcə bir quru taxta parçası kimi qurudun,
qaldın içində.
Allah böyükdür,
görür hər birimizi,
hardasa keçir günahımızdan,
bağışlayır bizi.
Amma sən bağışlanmazsan,
artıq gecdir,
qatar gedib
dan yeri söküləndən
hava qaralana kimi...
"Əlvida"
deyəcək
Bu dünyada məkan varsa,
Demək,
onun başlanğıcı,
sonu da var.
Dəryanın da,
ümmanın da,
hətta kainatın
da sonu var.
Bu ümmana yetmək üçün,
Bu ümmanda bitmək üçün,
Bu ümmanı ötmək üçün
vaxt, zaman lazımdır...
Elə sonsuzluqdan
sonluğa gedən
yol da
vaxta, zamana söykənir.
İnsan həmişə belədir.
Vaxt... zaman kəsiyində oturub
beynində o qədər
yol gedir ki,
Artıq
yolu gedə bilmir.
Burda arzuları
tükənir, bitir.
Görünməyən tərəfləri,
ondan uzaq hədəfləri
sonsuz bilir.
Heç də belə deyil?
Sonluq görünən məsafə,
Sonsuzluq
görünməyən,
məlum olmayan məkandır.
Kainatda,
bəşər aləmində
gedib sonsuzluğun
özünə çatmaq
lazımdır.
Onda Yaradanı
və onun yaratdığını,
bizə bu günə kimi
hələ də sirli görünən möcüzələri görər.
Yaradanla
yaranan arasındakı
məsafə sonsuzluqdur.
İnsan
özünü dərk
edəndə
vaxtı, zamanı
qabaqlayıb
ona möcüzə,
sirli gələn
bu dünyanı dərk edəcək.
Onda heç də mürəkkəb olmayan,
adi bu sonsuzluğu görəcək
və gələcəyindən
boylanıb
minillik keçmişinə
baxıb,
bu sonsuzluğa
"əlvida" deyəcək!..
Məzarımı görürəm
Məzarımı görürəm,
Qərinələr keçəcək,
dolanacaq illər,
dəyişəcək fəsillər,
bir kəs ziyarətimə gəlməyəcək.
Torpaq almış,
alaq basmış
uçuq qəbrimin
üstündə
daha axmayacaq
gözlərdən yaş da.
Hətta itəcək qəbrimin ünvanı da.
Yaddaşlardan silinəcək
saralmış qəzet
və kitab səhifələrində qalmış
"Xaçınçaylı" adı da...
Bu Ana Vətəndə,
Bu doğma torpaqda
Yad məzara dönəcəyəm,
Mən onda öləcəyəm...
Nağıla bənzəyir
Bir ömür kitabçam
nağıla bənzəyir,
Əllərim saralmış
səhifələri vərəqləyir.
Şirin
və acı xatirələr,
O, xoşbəxt qayğısız
illər...
Ömrümün bir parçası
uşaqlıq həyatım.
Uğursuz məhəbbətim,
Sevdiyim bir qızın göz yaşları.
Uğurlu
günlərimi
gizlədən bəxtsiz
taleyim,
Açan
həsrətin
Sonsuz ayrılığından
keçən yollarım.
O vaxtdan bu günə
gələn günləri
xatırlayıram:
göz yaşları içərisində
göyərən sevinc işartıları,
qışın çovqununa
düşmüş
yaza tələsən
çiçəklər,
Dünyanın qaranlığına
düşməyən işıq.
Qaranlıq gecələrin
açılmayan sabahı...
Məhəbbətin yolu
Duyğuların çox dərin,
Ürəyinin odu var.
Çox
istidir əllərin,
Əlini çəkmə, nə olar?
Fikirlərim bürüyüb
Məni
ağ duman
kimi.
O mavi gözlərindir,
Görünür ümman kimi...
Saçlarında daranır,
Axıb gedir şəlalə.
Sinən
üstə ay yanır,
Yanağındır al lalə.
Bir yol gedir qəlbinə,
O yolu kəsmə, gülüm.
Qəlbinin səsin dinlə,
Yol üstə
əsmə, gülüm.
Bülbül ayrı, gül
ayrı,
Söyləyir nələr bizə.
Bu bir qismət payıdır,
Düşübdür bəxtimizə.
Çıxa bilmərik ordan,
Yazan yazıbdır
bunu.
Yol göstərir yaradan,
Məhəbbətin yolunu.
İkimizin sabahı
Bu yoldan keçib gəlir,
Bu sevgidir, bu axı
İkimizi seçib gəlir.
Duyğuların çox dərin,
Ürəyinin odu var.
Çox
istidir əllərin,
Əlini çəkmə nə olar.
İçim
Nə qədər sən amansızsan,
İnsaf yoxdur ürəyində.
İnsanlı qdan çox uzaqsan,
Yük çəkirəm
kürəyimdə.
Həqiqətdən uzaq qalıb,
Yalan baxır
gözlərindən.
Asılqantək şər asılıb
O tikanlı sözlərindən.
İlandan da zəhərlidir,
Hər yetəni
çalır dilin.
Mərhəmət yox, bir sevgin yox,
Bir kimsəni
sevsin qəlbin.
Bulud kimi yağdırsam da,
mən üstünə
göz yaşımı.
Sirkə
kimi tünd qalmısan,
Yumşaltmayır baxışını.
İçin-için yanır içim,
Sən nə qədər dərd vermisən.
Əzabını tök, ver içim,
Artıq məni öldürmüsən.
Payız havası
Payız
gəldi, soldu çiçəklər-güllər,
Töküldü yarpaqlar, xəzana döndü.
Dağlardan arana endikcə ellər,
Təbiət qoynunda al günəş söndü.
Aldı
qara bulud o göy
üzünü,
Qaranlıq libasın geydi obalar.
Payız
gecələri dedi sözünü,
Dağlara aramsız yağdı yağışlar.
Qatar-qatar uçub getdi durnalar,
O həzin, çox qəmli nəğmələriylə.
Bir payız ömrümü yaşatdı onlar,
Yatmış təbiətin yatmış
səsiylə.
Sinəmə dağ çəkdi dağlar,
dərələr,
Büründü dumana anam Qarabağ.
Keçilməz olubdur keçilməz
yerlər,
Bu payız ömrümə
yağan qara bax.
Payız
gözlərimdə oyanmaz
çiçək,
Payız nəfəsimdə payız
havası.
Payız
notlarında köklənib
ürək,
Bir
"Payız hava"mı
çalın, qadası,
Payız havasına oynayım gərək.
Qələndər
XAÇINÇAYLI
525-ci qəzet 2018.- 20 aprel.- S.8.