Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirildi

 

Aprelin 20-də “LoqosPsixoloji Nitq İnkişaf Mərkəzinin dəstəyi ilə Psixoloji Xidmət Tədqiqatlar İctimai Birliyi tərəfindən təşkil edilən Əməkdar İncəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə iləHəyat bir nərdivandıradlı görüş keçirilib.

 

Görüşdə tanınmış ictimaiyyət ədəbiyyat nümayəndələri, mərkəzin əməkdaşları, ədəbiyyatsevərlər jurnalistlər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açanLoqosPsixoloji Nitq İnkişaf Mərkəzinin, “Psixoloji Xidmət Tədqiqatlarİctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova bu görüşüLoqos”un tarixində ən önəmli unudulmaz anlardan biri kimi dəyərləndirib. Deyib ki, ilk dəfə Nəriman Həsənzadə ilə keçirilən bu musiqili-ədəbi bədii tədbirLoqos”daZiyalılarla görüşsilsiləsindən ilk görüşdür. Gələcəkdə bu cür görüşlərin davamlı şəkildə keçiriləcəyini deyən T.Məmmədova bu layihədə məqsədin gənclərimizi ziyalılarımız, ədəbiyyat nümayəndələrimizlə daha yaxından tanış etmək olduğunu deyib: “Biz “Loqosolaraq, hər zaman mədəniyyətimizin, ədəbiyyatımızın yanındayıq, onun təbliği üçün əlimizdən gələn qədər çalışacağıq. Bu gün layihənin ilk görüşünün Nəriman Həsənzadə ilə keçirilməsi heç təsadüfi deyil. Nəriman müəllim təkcə mənim ailəmin deyil, eləcə bütün Azərbaycanın, Ümumtürk dünyasının ən çox sevilən şairlərindən biridir. Onunla canlı görüşün gənclərimiz üçün önəmli maraqlı olacağını düşünərək təklif etdik. Təşəkkür edirəm ki, bizim dəvətimizi qəbul etdi”.

 

Əməkdar mədəniyyət işçisi, şair Vaqif Bəhmənli N.Həsənzadənin həyat yaradıcılığı haqqında geniş çıxış edib, bu görüşüLoqos”un eləcə Azərbaycan ictimaiyyətinin həyatında çox əlamətdar hadisə adlandırıb: “Nəriman müəllim hardadırsa, orada söz var, ədəbiyyat var. O, illər öncədən necə şövqlə, həvəslə yazıb yaradırdısa, indi o cür yazmaqdadır. Bu görüş bununla yekunlaşmır. İnanıram ki, daha da çox görüşlər keçiriləcək. Bu təşkilatın məramı ilə Nəriman Həsənzadə yaradıcılığının qayəsi üst-üstə düşür. Siz əgər insanların psixoloqusuzsa, Nəriman müəllim həm sıravi insanların, həm psixoloqların psixoloqudur. O, hələ sağlığında klassikə çevrilmiş sənətkardır”.

 

N.Həsənzadə imzası ilə tanışlığından söz açan V.Bəhmənli onun hələ ötən əsrin 70-ci illərində oxuduğuNiyə demədinizkitabını xatırlayıb: “Sonralar üç il onun ədəbi dərnəyində iştirak etdim. Biz üç il ərzində ancaq ədəbiyyatdan, şeirdən danışdıq, ondan öyrəndik. Azərbaycan poeziya tarixini Nəriman müəllimsiz təsəvvür etmək mümkün deyil. Bunu ən görkəmli alimlər, ədəbiyyatşünaslar, tənqidçilər etiraf ediblər. Nəriman müəllim poeziyası ilə insan duyğularının, hisslərinin loğmanıdır. O, səmimiyyətin ən yüksək pilləsində dayanan şairdir. Onun bütün şeirləri, əsərləri bilavasitə həyatdan, insandan gəlir. O, böyük həyati mətləbləri kiçik şeirə sığdıran lirik şeirin böyük ustadıdır. Çünki Nəriman müəllim aldığı ali təhsillərdən əlavə, çox böyük həyat məktəbi görüb. Mən onun təkcə Allahla, taleylə deyil, cəmiyyətlə çarpışdığı anların şahidiyəm”.

 

Nəriman Həsənzadə poeziyasının sanki xalça kimi ilmə-ilmə toxunduğunu deyən şair onu poema ustadı, novator dramaturq, böyük publisist, ədəbiyyatşünas alim kimi xarakterizə edib.

 

Ardınca çıxış edən N.Həsənzadə gənclərlə görüşdən hər zaman böyük məmnunluq hissi keçirdiyini deyib bu görüşün təşkil olunmasına görəLoqosPsixoloji Nitq İnkişaf Mərkəzinin, Psixoloji Xidmət Tədqiqatlar İctimai Birliyinin rəhbərliyi başda olmaqla əməyi keçən hər kəsə təşəkkürünü bildirib. O, yaradıcılığı haqqında geniş danışaraq, şeirlərinin, əsərlərinin yaranma tarixçəsindən bəhs edib. O, söhbət zamanı gənclərin xahişi ilə müxtəlif şeirlərini səsləndirib.

 

Daha sonra gənclər onları maraqlandıran suallarla qonağa müraciət ediblər. N.Həsənzadə gənclərin suallarını cavablandırdıqdan sonra onun haqqında hazırlanmış video-çarx nümayiş olunub.

 

Azərbaycan Yazıçılar Birliyinin üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında əvvəlcəLoqosPsixoloji Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədovanın fəaliyyətindən söz açıb, onların keçirdikləri tədbir layihələrin cəmiyyətimiz üçün önəmini vurğulayıb: “SSRİ-nin rəhbərlərindən biri vaxtilə Bakıya gələrkən demişdi ki, Bakıda yaşamaq işləmək xoşdur. Mən onun sözlərinə bir az düzəliş edərək belə deyə bilərəm: Bu günLoqos”a gəlib buradakı ab-havanı gördükdən, əməkdaşlarla tanış olduqdan sonra düşünürəm ki, “Loqos”da işləmək onun tədbirlərinə qatılmaq çox xoşdur. “Loqos”un fəaliyyətinə hərtərəfli bələdəm bilirəm ki, bu təşkilat qadınlarla, onların psixoloji durumu ilə bağlı ölkəmizin müxtəlif bölgələrində fərqli tədbirlər, layihələr həyata keçirir. Eləcə Təranə Məmmədova gənclər arasında fəaliyyətini izlədiyim təqdir etdiyim xanımlardandır. O, atası, böyük alim Qəzənfər Paşayevin 80 illik yubileyində nəfis tərtibatda bir kitab hazırladı. Onun kitaba yazdığı ön söz məni çox təsirləndirdi biz onu “525-ci qəzet”də çap etdik. Bugünkü görüş onun ədəbiyyatımıza, mədəniyyətimizə olan hörmətinin, sevgisinin nümunəsidir. Mən bunun üçün ona bütünLoqosailəsinə təşəkkür edir, hər zaman yanınızdayıq deyirəm”.

 

R.Məcid N.Həsənzadə ilə bağlı düşüncələrini bölüşüb, bu silsilənin onunla başladılmasını əlamətdar hal kimi dəyərləndirib: “Nəriman müəllim mənim gəncliyimdə ən çox sevdiyim şairlərdən olub. Bu gün burada səslənən şeirləri mən gəncliyimdə oxumuşdum onları yenidən dinlədikcə hiss edirəm ki, o zaman keçirdiyim o hisslər daha da artıb, nəinki azalıb. Bu da onu göstərir ki, zaman Nəriman müəllimin şeirlərindən heç bir şey əksiltmir. N.Həsənzadə hər zaman Azərbaycan poeziyasının ən sevilən şairlərindən olaraq qalacaq. Onun haqqında danışarkən hər zaman onun poeziyasını pıçıltı poeziyası adlandırırlar. O, şeirlərində təbiətindəki sakitlikdən irəli gələn pıçıltı ilə danışır. Hətta onun vətənə, millətə, qələbəyə həsr olunan pafoslu poemalarında belə həmin sakitlik var. Məhz buna görə onun yaradıcılığı hər zaman sevilir. Bu da onun xarakterindəki saflıqdan, düzlükdən irəli gəlir. Nəriman müəllim yaşının neçə olmasından asılı olmayaraq, hər zaman gənclik coşğusu ilə yaşayan insandır. Bunun özü qarşındakı insana əlavə ruh verir. Onun əsərləri hər zaman yaşayacaq”.

 

Türkiyəli tələbə, “Loqos”un koordinatoru Berinay Yılmaz şairin qəribədirşeirini səsləndirib. Turan Məmmədli isə həmin şeiriİşarət dili”nə çevirib.

 

Asəf Zeynallı adına kollecin tələbələrindən ibarətSəmaqrupu şairinXoşbəxtlər nəğməsimahnısını ifa ediblər.

 

Daha sonra yenidən şair iştirakçıların suallarını cavablandırıb. Görüşdə musiqiyə qiraətə yer verilib.

 

Tanınmış müğənni Səyyad Əlizadə şairin sözlərinə bəstələnmiş mahnılardan oxuyub, Mərkəzin əməkdaşı Arzu Nəbiyeva N.Həsənzadənin yaradıcılığından seçmələr səsləndirib.

 

Sonda şairə xatirə hədiyyəsi təqdim edilib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.-21 aprel.-S.15.