Yavuz Akpınara Ədəbiyyat İnstitutunun "İlin
alimi" mükafatı təqdim edildi
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
növbəti Elmi şurası keçirilib.
Elmi şuranın gündəliyində
olan birinci məsələ tanınmış
alim, Azərbaycan ədəbiyyatının Türkiyədə
görkəmli tədqiqatçısı
professor Yavuz Akpınara
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "İlin
alimi" mükafatının
təqdimatı olub.
Elmi şuranın iclasını
giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
direktoru akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli
Yavuz Akpınarın hələ sovet dövründən, əlaqələrin
çox zəif olduğu zamandan Azərbaycan ədəbiyyatı
ilə bağlı apardığı araşdırmalardan,
fədakar fəaliyyətindən
bəhs edib. O, professor Yavuz Akpınarın Azərbaycan
ədəbiyyatı ilə
bağlı gördüyü
işlərin mühüm
əhəmiyyətə malik
olduğunu bildirib.
Sonra akademik İsa Həbibbəyli
professor Yavuz Akpınara
"İlin alimi"
mükafatını təqdim
edib. Ona gələcək elmi fəaliyyətində
uğurlar arzu edib.
Filologiya üzrə elmlər doktoru, İnstitutun Azərbaycan mühacirət
ədəbiyyatı şöbəsinin
müdiri Nikpur Cabbarlı Yavuz Akpınarın həyatı
və yaradıcılığının
önəmli tarixləri
barədə məruzə
ilə çıxış
edib.
Bakı
Yunus Əmrə İnsitutunun müdiri dosent Cihan Özdemir,
Ədəbiyyat İnstitutunun
XX əsr şöbəsinin
müdiri professor Şirindil
Alışanlı, professor Qəzənfər Paşayev,
dosent İrfan Murat Yıldırım, professor Tahirə
Məmməd çıxış
edərək Yavuz Akpınar haqqında fikirlərini bölüşüblər.
Daha sonra çıxış edən
professor Yavuz Akpınar
Azərbaycanla bağlı
1970-ci ildən başlayan
əlaqələrindən, xatirələrindən danışıb. Apardığı tədqiqatlar, Azərbaycan
ədəbiyyatı ilə
bağlı bundan sonra görülməsi zəruri işlər barədə məlumat verib. Göstərdiyi
diqqətə görə
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun kollektivinə
minnətdarlığını bildirib.
525-ci qəzet 2018.- 24 aprel.- S.7.