Şolom Aleyxemin əsərləri ilk dəfə Azərbaycan dilində

 

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri, dünya ədəbiyyatında “Şolom Aleyxem” imzasıyla tanınan məşhur yəhudi əsilli rus yazıçısı Solomon Rabinoviçin “Seçilmiş əsərləri” işıq üzü görüb.

 

İnsan xislətinə xas olan ən gizli, incə mətləbləri canlı səhnələr, duzlu yumorla təsvir etməyin ustası olan Şolom Aleyxem əsərlərində, yaşadığı dövrün eybəcərliklərini, cəhalət və savadsızlığın törətdiyi tragikomedik səhnələri kəskin satira atəşinə tutur.

 

Yazıçının kitaba daxil edilən “Südçü Tevyepovesti, eləcə də “Gimnaziya”, “Əcdadların məzarı”, “Üç şəhər əhvalatı”, “Mərhəmət göstərmə!”, “Üç dul qadın”, “Kodnyanın ən xoşbəxti” kimi, iyirmidən çox hekayəsini dilimizə tanınmış tərcüməçi Fərhad Abdullayev çevirib.

 

525-ci qəzet  2018.- 24 aprel.- S.7.