Bilik Fondu "Məmməd
Araz poeziya müsabiqəsi"nin
qaliblərini mükafatlandırdı
Azərbaycan
Yazıçılar Birliyinin (AYB), Azərbaycan Respublikası
Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı
və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə
Xalq şairi Məmməd Arazın xatirəsinə həsr
edilən poeziya günləri Qazax rayonundan
başlanılıb.
AZƏRTAC
xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti
aparatının məsul əməkdaşları, AYB-nin Qazax
zona filialının üzvləri, mədəniyyət, səhiyyə
işçiləri, ali təhsil ocaqlarının müəllim,
tələbə, şagird kollektivi, KİV nümayəndələri
iştirak ediblər.
İştirakçılar
Ulu öndər Heydər Əliyevin abidəsi önünə
gül dəstələri qoyublar.
Gənclər
Mərkəzində davam edən tədbir Məmməd
Arazın səs yazıs ilə - öz ifasında səsləndirdyi
şeirlə başlayıb.
Rayon
icra hakimiyyətinin başçı sı Rəcəb
Babaşov tədbiri giriş sözü ilə açaraq,
xalq şairi Məmməd Arazın Azərbaycan ədəbiyyatında
çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq
qüdrətinə görə özünəməxsus yeri və
mövqeyi olan görkəmli söz ustadı olmasından
danışıb. Qeyd edib ki, dərin məzmunlu, oxunaqlı və
milli mündəricəli şeirlərilə Məmməd
Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir.
Görkəmli söz ustadının sənət
dünyasında Vətən müqəddəsliyi, xalq məhəbbəti,
el həqiqətləri yaradıcılığının
nüvəsində dayanır.
Tədbirin
aparıcısı AYB-in Qazax zona filialının sədri,
Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Məmməd
Araz yaradıcılığının və şeirlərinin
Azərbaycan ədəbiyyatındakı rolundan söz
açıb.
"Məmməd
Araz poeziya günü"nün ideya müəllifi, şair
Qardaşxan Əzizxanlı çıxış edərək
bildirib ki, bu görkəmli şair həm də milli
azadlıq ideyalı əsərləri ilə istiqlal şairi
olaraq əbədi şöhrət qazanıb. O, qeyd edib ki
üçüncü dəfə təşkil olunan poeziya
günləri, həm də böyük şairin anadan olmasının
85 illik yubileyi ilə əlamətdardır və keçirilən
tədbirlərə Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu və Azərbaycan Yazıçılar
Birliyi dəstək verir. Layihə rəhbəri bildirib ki,
Qazaxdan başlayan poeziya günləri ölkəmizin müxtəlif
şəhərlərində davam edəcəkdir.
AYB-in
Qazax zona filialının aparıcı məsləhətçisi,
şair Mustafa Rasimoğlu çıxışında şair
və yazıçılara, söz adamlarına göstərdiyi
diqqət və qayğıya, poeziya gününün belə
yüksək səviyyədə keçirilməsinə
görə rayon icra hakimiyyətinin rəhbərliyinə dərin
minnətdarlığını bildirib.
Tədbirdə
Əməkdar artistlərdən Nuriyyə Hüseynova və
İlkin Əhmədov, aşıqlardan Camoy Qurbanov və
Yaşar Gülümcanov şairin şeirlərinə həsr
olunmuş mahnılar oxuyublar.
Sonra
söz poeziya günlərinin tərkibinə daxil olan "Məmməd
Araz poeziya müsabiqəsi"nin
iştirakçılarına verilib. Müsabiqənin qalibi və
iştirakçısı olmuş məktəblilər xalq
şairinin şeirlərini oxuyub, öz bacarıqlarını
nümayiş etdiriblər. Şairin "Azərbaycan-dünyam
mənim" və "Qalx ayağa, Azərbaycan"
şeirlərini tədbir iştirakçıları
ayaqüstü alqışlarla qarşılayıblar.
Sonda
müsabiqə qaliblərinə Bilik Fondunun təsis etdiyi
diplomlar və hədiyyələr təqdim olunub.
525-ci qəzet 2018.- 24 aprel.- S.7.