Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabı təqdim olundu

 

Atatürk Mərkəzində Azərbaycanın tanınmış şairi Zakir FəxrininŞeirlər” (“Poems”) kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbirdə ölkənin ziyalıları, elm, mədəniyyət ədəbiyyat xadimləri iştirak ediblər.

 

Mərasimi giriş sözü ilə açan akademik Nizami Cəfərov şairin yaradıcılığından, poetik dünyasının zənginliyindən özünəməxsusluğundan danışıb:

 

Zakiri ədəbiyyata, poeziyaya, sonralar formalaşıb poetikmən”ə çevriləcək insanmən”i gətirdi. Zakir Fəxrinin həmin o poetikmən”i yalnız poeziyasında yox, onun məqalələrində, müsahibələrində, dünya poeziyasından çevirdiyi çoxlu sayda poetik tərcümələrində özünü biruzə verdi. Bu poetikmən qədər gerçəkliyin mistikasıdırsa, bir o qədər mistikanın gerçəkliyidir, qədər irreallığın reallığıdırsa, bir o qədər reallığın irreallığıdır”.

 

Sonra söz tədbir iştirakçılarına verilib. Azərbaycan Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfanÇiftçi, millət vəkili Musa Quliyev, Mətbuat Şurasının sədr müavini Umud Rəhimov, professor Qulu Məhərrəmli, akademik Hətəm Quliyev, tənqidçi Vaqif Yusifli, şair Vaqif Bəhmənlivə digər qonaqlar şairin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

 

Qeyd edək ki, kitab şairin 70 illik yubileyi Azərbaycan Tərcümə Mərkəzinin, milli ədəbiyyatın dünyada tanıdılması layihəsi çərçivəsində nəşr edilib.

 

Kitaba müəllifin ingilis Azərbaycan dilindəQarabağsız”, “Bir ömrün tarixi”, “Qalmaz belə, qalmaz dünya”, “Yaza yoza bilmədiyim yuxu”, “Rekviyem”, “Qaranlıqdan aydınlığa”, “Qara Məlik, Qara Qəzənfər mənkimi məşhur şeirləri daxil edilib.

 

525-ci qəzet  2018.- 24 aprel.- S.8.