Azərbaycan Moldovadakı beynəlxalq forum-sərgidə

 

Moldovanın paytaxtı Kişinyovda bu ölkənin Mədəniyyət Nazirliyi, İon Kryange adına Milli Uşaq Kitabxanası Moldova Uşaq Kitabı Şurasının təşkilatçılığı ilə XXII Beynəlxalq Uşaq Kitab sərgisi açılıb beynəlxalq forum keçirilib.

 

Sərgiyə səkkiz ölkədən - Rusiya, Ukrayna, Belarus, İsveçrə, Qazaxıstan, Azərbaycan, Rumıniya Moldovanın kitabxana əməkdaşları uşaq yazarları qatılıb.

 

Azərbaycanı tədbirdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova uşaqların sevimli yazarı Sevinc Nuruqızı təmsil ediblər. Onlar 40 adda Azərbaycan uşaq ədəbiyyatı nümunələri ilə sərgiyə qatılıblar.

 

Sərgini İ.Kryange adına Milli Uşaq Kitabxanasının direktoru Klaudiya Balaban açaraq tədbirin əhəmiyyətindən danışıb qonaqları təqdim edib.

 

Səfər çərçivəsində nümayəndə heyətimiz "Orizont" adlanan türk liseyində olub. Uşaqların sevimli yazarı Sevinc Nuruqızı məktəblilərə öz kitabları haqqında ətraflı məlumat verib. Kitabxananın yazıçı haqqında hazırladığı slayd izlənilib.

 

Sonra kitabxananın direktoru Şəhla Qəmbərova kitabxananın son illərdə Moldova Milli Uşaq kitabxanası ilə olan əlaqələrindən, keçirilən layihələrdən söhbət açıb.

 

Görüş yazıçının uşaqlara verdiyi imzalı kitabların təqdimatı xatirə şəkillərinin çəkilişi ilə başa çatıb.

 

Həmçinin sərgisi çərçivəsində İ.Kryange adına Milli Uşaq Kitabxanasında beynəlxalq forum keçirilib. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərovanın "Uşaq kitabxanalarının bu günü gələcəyi necə olmalıdır" mövzusunda məruzəsi dinlənilib.

 

Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

XƏDİCƏ

 

525-ci qəzet.-2018.-25 aprel.-S.7.