İçərişəhərdə uşaq rəsm qalereyası açıldı

 

İçərişəhərdə "M-galeri" adlı uşaq rəsm qalereyası açılıb.

 

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə Qasımova ilk ekspozisiyanı tədbir iştirakçılarına təqdim edib.

 

O, İçərişəhərdə yeni qalereyanın açılmasını mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, İçərişəhərdə xalqımızın qədim memarlığı mədəniyyəti cəmlənib, dünya yerli əhəmiyyətli 500-dək abidə, tarixi dəyərə malik 453 yaşayış evi yerləşir. İçərişəhər Şirvanşahlar Sarayı Kompleksi Qız qalası ilə birgə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

 

Uşaqlara emalatxanasında sənətin sirlərini öyrədən Xalq rəssamı Arif Hüseynov, habelə sənətşünaslıq doktoru, professor Röya Tağıyeva əmindirlər ki, balaca müəlliflər bir neçə ildən sonra tanınmış rəssam olacaqlar. Onlar uşaqlara yaradıcılıq uğurları arzulayıblar.

 

Ekspozisiyada Ağasəlim Mədinə Abdullayevlərin 50 əsəri təqdim edilib.

 

XƏDİCƏ

 

525-ci qəzet.-2018.-25 aprel.-S.7.