Yaxşı köhnələr

 

Konstitusiya Məhkəməsi 11 aprel Prezident seçkilərinin nəticələrini təsdiq edən günün səhərisi keçirilən andiçmə mərasimində ötən dövr ərzində qazanılan uğurlu nəticələrdən, inkişaf göstəricilərindən danışan Prezident İlham Əliyev həm qarşıdakı 7 ildə görüləcək işlərlə bağlı praqmatik xarakterli fikirlər səsləndirərək yeni dövrün tələblərinə reaksiya vermək gücünə qadir çevik, dinamik Nazirlər Kabineti formalaşdıracağını bildirmişdi.

 

Prezidentin bu çıxışından sonra bir neçə gün ictimaiyyət arasında müxtəlif səviyyələrdə yeni hökumətin potensial üzvləri barədə subyektiv mülahizələr səslənməyə başlamışdı. Nəhayət, çox çəkmədi, dövlət başçısının müvafiq sərəncamları ilə yeni hökumətin tərkibi açıqlandı. Bu təyinatlar arasında uzun illər Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi kimi çalışmış Novruz Məmmədov (Baş nazir), yeni kadrlardan - iqtisadiyyat sahəsində müxtəlif məsul vəzifələrdə çalışmış Sahil Babayev (Əmək Əhalinin Sosial Müdafiəsi naziri), Təhsil nazirinin müavini Ceyhun Bayramov (Təhsil naziri), Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin keçmiş sədri İnam Kərimov (Kənd Təsərrüfatı naziri), Milli Məclisin gənc deputatları - Fuad Muradov (Diasporla İş üzrə Dövlət Komitəsinin sədri) Vüsal Hüseynov (Dövlət Miqrasiya Xidmətinin rəisi), Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, deputat Rövşən Rzayev (Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri), Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyevin (Dövlət Turizm Agentliyinin sədri) adları daha çox diqqəti çəkdi.

 

Gözlənildiyi kimi, dövlət başçısının formalaşdırdığı yeni hökumətdə gənc yeni kadrlara üstünlük verildi. Prezident İlham Əliyev bununla dövlət siyasətinin bütün qanadlarında çevik idarəetməni təmin etmək niyyətini ortaya qoymuş oldu.

 

Amma yeni Kabinetdə uzun illərdən bəri Prezident komandasında çalışmış, bu dövr ərzində fəaliyyətləri ictimaiyyətin diqqət mərkəzində olan adlar da var idi. Biz həmin kadrlardan yalnız üçü, qeyd etdiyimiz kimi, uzun illərdən bəri hakimiyyətdə təmsil olunan yüksək dövlət vəzifələri tutan üç nazir - Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Mədəniyyət naziri Əbülfəs Qarayev haqqında bəzi mülahizələrimizi bölüşməyə çalışacağıq.

 

Əvvəla onu qeyd edək ki, cəmiyyətin ən müxtəlif təbəqələri arasında yeni kadrlarla bağlı qədər böyük gözləntilər olsa da, hətta köhnə nazirlərlə bağlı qədər fərqli mövqelər səslənsə , təcrübəli, işinin peşəkarı olan məhz bu üç nazirlə bağlı ictimai rəydə formalaşmış ümumi münasibət kifayət qədər müsbət xarakterli pozitivdir.

 

İlk müşahidələr deməyə əsas verir ki, həmin şəxslərin tutduqları postlarda qalmaları ictimai rəydə rəğbət doğurub onların öz vəzifələrinin öhdəsindən bundan sonra da peşəkarlıqla gələcəklərinə böyük əminlik var.

 

General-polkovnik Ramil Usubovun yenidən Daxili İşlər naziri vəzifəsinə təyin edilməsini hakimiyyətə kəskin münasibəti ilə seçilən sərt tənqidçilər müsbət dəyərləndirirlər. Hətta əleyhdarlar da general-polkovnikin bu illər ərzində ölkədə sabitliyin, təhlükəsizliyin qorunub-saxlanılması sahəsində göstərdiyi xidmətləri görməzdən gələ bilmirlər.

 

Daima dövlətçiliyilə, Prezidentə sədaqətiylə seçilən ən peşəkar kadrlardan olan R.Usubov həm Azərbaycan polisiylə bağlı ortaya çıxan hər hansı neqativ bir xəbərə hadisəyə dərhal sərt reaksiya verməsi ilə cəmiyyətdə böyük rəğbət qazana bilib. Elə bir hal olmayıb ki, R.Usubov polis əməkdaşlarının istər xidmət zamanı, istərsə qeyri-iş vaxtlarında davranışları ilə bağlı yaranmış hansısa neqativ bir hala reaksiya verməsin, ciddi intizam tədbirləri həyata keçirməsin. Təsadüfi deyil ki, nazir polis əməkdaşları ilə keçirdiyi bütün müşavirə sıra baxışlarında hər zaman vətəndaşlara qarşı dövlət qulluqçusunun etik nəzarət qaydaları ilə bağlı xəbərdarlıqlar edir, müvafiq tapşırıqlarını verir. Hansısa səbəblərdən işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırılan, daxili işlər orqanlarından xaric edilən polis əməkdaşları ilə bağlı ictimaiyyətin məlumatlandırılması dərhal təmin olunur, məsələnin təfərrüatları şəffaf qaydada cəmiyyətə çatdırılır. Bu, bir tərəfdən daxili işlər orqanları əməkdaşlarının öz işinə məsuliyyətini artırırsa, o biri tərəfdən polis orqanlarına, onun rəhbərliyinə təbii ki, nazirə olan etimad güvəni daha da möhkəmləndirir.

 

General-polkovnik Kamaləddin Heydərov istər komitə sədri, istərsə nazir kimi uzun illərdir, yüksək dövlət vəzifələrində çalışıb, həm Ümummilli lider Heydər Əliyevə, həm Prezident İlham Əliyevə sədaqəti ilə seçilən kadrlardan olub. K.Heydərovun Azərbaycan dövlətinin inkişafı yolunda göstərdiyi xidmətlər hər kəsə məlumdur. Dövlət Gömrük Komitəsinin işinin innovativ əsaslarla təşkilində, Fövqəladə Hallar Nazirliyinin strukturunun yaradılmasında effektiv fəaliyyətinin formalaşdırılmasında peşəkarlığı ilə seçilən K.Heydərov həm ictimai rəyin rəğbət hörmətini qazanmış yüksək ranqlı məmurlardandır. Təsadüfi deyil ki, ölkənin ziyalı təbəqəsinin, ictimai fikirdə yüksək nüfuza malik insanların da böyük əksəriyyəti adətən K.Heydərovla bağlı xoş sözlər, isti fikirlər səsləndirirlər. Cəmiyyətdə xeyirxah insan kimi tanınan nazirin paralel olaraq işgüzar, işində tələbkar, nizam-intizamlı hökümət adamı imicinin formalaşması xüsusi ilə diqqətçəkəndir.

 

Yüksək peşəkarlığı ilə seçilən, neçə illərdən bəri yüksək dövlət vəzifəsi tutan nazirlərdən biri Əbülfəs Qarayevdir.

 

İstər Gənclər İdman naziri, istər Gənclər, İdman Turizm naziri, istərsə Mədəniyyət Turizm naziri kimi fəaliyyət göstərdiyi dövrdə cəmiyyətin ona münasibəti birmənalı şəkildə müsbət olub. Təbii ki, mədəniyyət sahəsi ölkənin ən qaynar göz qabağında olan fəaliyyət sferalarından biridir. Müntəzəm olaraq ölkəmizdə çoxlu mədəni tədbirlər həyata keçirilir. Ə.Qarayev ölkədə xaricdə Azərbaycanı tanıtmaq naminə bu qədər yükün altından böyük ustalıq məharətlə çıxmağı bacarır, gərgin qrafiki olduğu üçün hədsiz enerji sərf edir.

 

Nazirin fəaliyyəti mədəniyyət xadimləri tərəfindən daima müsbət qarşılanır. O, xarakterindəki həlimlik, insanlarla münasibətdə göstərdiyi səmimiyyətlə cəmiyyətdə özünə müsbət imic yarada bilib. Eyni zamanda, Azərbaycanda turizmin inkişafı istiqamətində həyata keçirilən struktur islahatları sırasında Ə.Qarayevin təşəbbüsü ilə Milli Turizm Təbliğat Bürosunun yaradılması, daha sonra Prezident İlham Əliyevin ayrıca Dövlət Turizm Agentliyi yaradaraq büro rəhbəri Fuad Nağıyevi yeni quruma sədr təyin etməsi ölkə rəhbərliyinin Ə.Qarayevə olan böyük etimadından inamından xəbər verir.

 

Fəaliyyətləri boyu tutduqları vəzifəyə məsuliyyətlə yanaşan, işinin peşəkarı kimi tanınan hər üç nazirin yenidən bu məsul vəzifələrə təyinat almaları həm sosial şəbəkələrdə, həm də bütünlükdə ictimai rəydə sakitxoş qarşılandı. Bu reaksiya bilavasitə Azərbaycan Prezidentinin Ramil Usubov, Kəmaləddin Heydərov və Əbülfəs Qarayevin təcrübəsinə, peşəkarlığına etibar edərək, onlara yenidən etimad göstərməsinə müsbət münasibətin və yeni formalaşan Nazirlər Kabinetinin dinamik fəaliyyət göstərəcəyinə əminliyin ifadəsidir.

 

Ceyhun ABASOV

 

525-ciqəzet.-2018.-25 aprel.-S.8.