Səs
Xalq
artisti Mübariz Tağıyevin 70 yaşına
Oqtay RZA
Əməkdar müəllim
Əzəmət, çağırış, haray var onda,
Yol gedər yaralı durnalar onda;
Qəm-kədər dağıdıb, fərəh
paylayır,
Xırmana, zəmiyə sərinlik
yayır,
Soyuq səngərləri isidir bu səs!
Şuşam, Kəlbəcərim, Göyçəm, Qubadlım...
Qürbətə çevrilmiş bölgələrimdən,
Ata ocağımdan, öz yurd yerimdən
Yoxa çıxmalıdır yad
söz, yad addım!
Qorqud, Şah İsmayıl irsidir bu səs!
Vüsal
bağımızda gül
bitsin gərək,
Çağlayıb kükrəyək
İraqda, Çində;
Bizi Həbəşistan eşitsin
gərək,
Açaq qapısını Fələstinin
də.
Sədaqət, səxavət dərsidir
bu səs!
Birlik ümidimiz, pənahımızdır,
Qalx, ulu məmləkət! "Qalx ulu bayraq!"
"Ev Vətən!", "Körpələr" sabahımızdır,
Verək
qələbədən, uğurdan
soraq -
Mübariz Tağının səsidir
bu səs!
525-ci qəzet 2018.- 25 aprel.- S.8.