Akademik Zərifə Əliyevanın 95 illiyi rəsm sərgisi ilə qeyd edildi

 

Aprelin 24-də Bakıdakı "Qalereya 1969"da Mədəniyyət Nazirliyi Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş sərgi açılıb.

 

Sərgidə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən danışıb, sərgi haqqında məlumat verib. Qeyd edib ki, sərgidə Azərbaycan rəssamlarının 23 əsəri nümayiş olunur bu əsərlər Zərifə xanıma, eləcə Azərbaycan qadınlarına həsr olunub. O deyib: "Akademik Zərifə Əliyeva elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan mədəniyyətinə hər zaman diqqət ayırıb, mədəniyyət incəsənət xadimləri ilə sıx münasibətlər qurub. O, eyni zamanda, evinin xanımı, gözəl ana olub. Ulu öndər Heydər Əliyevə işlərində dəstək olub, istedadlı bilikli övladlar böyüdüb. Bu sənət əsərləri Zərifə xanımın əziz xatirəsinə ehtiramın nümunəsidir".

 

Mədəniyyət naziri Əbülfəs Qarayev oftalmoloq alimin zəngin mənalı ömür yolundan söz açıb. Vurğulayıb ki, görkəmli alim hər zaman öz qayğıkeşliyi səmimiyyəti ilə insanların rəğbətini, ehtiramını qazanıb: "Artıq bu sərginin keçirilməsi ənənə halını alıb. Akademik Zərifə Əliyeva haqqında tədbirlərin mədəniyyət ocaqlarında keçirilməsi onun Azərbaycan mədəniyyətinə verdiyi dəyərdən irəli gəlir".

 

Bildirib ki, tarixən Azərbaycanda qadına, anaya böyük sevgi, hörmət bəslənilib. Bu il yaranmasının 100 ili tamam olan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən dünyanın bir çox ölkəsindən əvvəl qadınlara səsvermə hüququ verilib. Bu da qadınların cəmiyyətimizdə qədər önəmli yer tutduğunu bir daha sübut edir. Zərifə xanım respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin, dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

 

Sonra akademik Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Tədbirdə görkəmli alimin şərəfli ömür yolu fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.

 

XƏDİCƏ

 

525-ci qəzet  2018.-26 aprel.- S.7.