Azərbaycan rəssamları Beynəlxalq simpoziumda
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti Rəssamlıq
fakültəsinin Dizayn
və dekorativ tətbiqi sənət kafedrasının müdiri,
Əməkdar incəsənət
xadimi, professor, Dünya
Rəssamlıq Akademiyasının
həqiqi üzvü Arif Əziz və Təsviri sənət kafedrasının
müəllimi, Dünya
Rəssamlıq Akademiyasının
həqiqi üzvü Səmədağa Cəfərov
Bolqarıstanda keçirilən
Beynəlxalq simpozium-festivalda
Azərbaycanı təmsil
ediblər.
17-24 aprel tarixlərində Bolqarıstanın Veliko Tırnova şəhərində
keçirilən Beynəlxalq
simpozium-festivalda 15 ölkədən nümayəndə
heyətinin qatılıb.
Bir həftə
ərzində rəssamlar
sərbəst mövzuda
kətan üzərində
əsərlər yaradıblar. Festival çərçivəsində son gün Azərbaycana həsr edilib və Bolqarıstanın tanınmış rəssamı
Xristo Panev Arif Əzizə "Qızıl Palitra" Dünya Rəssamlıq Akademiyasının ən yüksək mükafatını
təqdim edib.
Beynəlxaq simpozium-festivalda adlarını
çəkdiyimiz Azərbaycanın
tanınmış rəssamları
yüksək səviyyədə
qarşılanaraq əsərləri
müxtəlif mükafat
və diplomlarla təltif olunub
525-ci qəzet 2018.-26
aprel.- S.7.