Mətbuat Şurasında Zakir Fəxrinin 70 illiyi qeyd edildi

 

Dünən Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə şair-publisist, yazıçı jurnalist Zakir Fəxrinin 70 illik yubileyi münasibəti ilə toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açansədri, Milli Məclisin deputatı Əflatun Amaşov yubilyarın keçdiyi ömür yolundan bəhs edib. O bildirib ki, Z.Fəxrinin şeirə, poeziyaya marağı hələ gənc yaşlarında özünü gözəl yaradıcılıq nümunələrində göstərib. Buna görə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirməsinə baxmayaraq, 1972-ci ildə məhz mətbuatda, o dövrün populyar nəşrlərindən olan "Azərbaycan gəncləri" qəzeti redaksiyasında çalışmağa başlayıb. Sonrakı illərdə "Ulduz" jurnalı redaksiyasında işləyib. 1989-1992-ci illərdə Azərbaycan Tərcümə Mərkəzinin sədr müavini, şöbə müdiri olub. Yubilyar, həmçinin, 11 il "Xəzər" dünya ədəbiyyatı dərgisində baş redaktor kimi fəaliyyət göstərib. Onun "Qalmaz belə, qalmaz dünya" kitabı Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülüb.

Ə.Amaşov Z.Fəxrinin hazırda da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisində məsul vəzifə tutduğunu xatırladaraq bildirib ki, "Xatirə çiçəyi", "Bir ömrün tarixi", "Yaza yoza bilmədiyim yuxu", "Qara Məlik, Qara Qəzənfər mən", "Rekviyem", "Qaranlıqdan aydınlığa", "Bəşəri poeziya" kitablarının da müəllifi olan yubilyar hər zaman həqiqət carçısı kimi tanınıb, bəşəri yaradıcılıq ruhu ilə örnək olub. Z.Fəxrinin bu gün dəst-xəttinə sadiq qaldığını vurğulayan Ə.Amaşov ona Mətbuat Şurasının diplomunu təqdim edib.

sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu yubilyarın yaradıcılığı üçün dərdi ictimailəşdirmək motivinin güclü olduğunu dilə gətirib. O, eyni zamanda, Z.Fəxrini fəal vətəndaş mövqeyi ilə seçilən ziyalı olaraq qiymətləndirib.

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli Z.Fəxri yaradıcılığından bəhs edən xarakterik xüsusiyyətlər barədə söz açaraq bildirib ki, yubilyarın poeziyası üçün insanı düşündürən kədər xarakterikdir bu kədər insanı özünə qaytarır, onu həyata səsləyir.

İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Z.Fəxrinin Azərbaycanın müasir poeziyasında məxsusi yer tutduğunu bildirib. O, fikrini konkret faktlarla isbatlayıb, habelə şairlə bağlı xatirələrini bölüşüb.

İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas Z.Fəxri yaradıcılığı üçün müxtəlif xarakterik xüsusiyyətlərdən soz açaraq yubilyar şairin şerlərindəki insanlara sevgi aşılamaq üstünlüyü üzərində dayanıb.

İdarə Heyətinin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Z.Fəxri poeziyasında Qarabağ niskili dolğunluğu ilə ifadəsini tapır. Baş redaktor həmçinin vurğulayıb ki, yubilyarın şeirlərinə hakim kəsilmiş özünü fəda xətti məxsusi yanaşma etalonu kimi diqqət çəkməkdədir.

 

İdarə Heyətinin üzvü, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışında bildirib ki, Z.Fəxrinin şeirləri hər zaman canlıdır buna görə yenidir, müasirdir. Bu cəhət şairin yaradıcılığı üçün vacib məqamdır.

 

"Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs Z.Fəxrinin hər zaman yaradıcı gənclərə dəstək olduğunu bildirib, fikrini konkret nümunələrlə əsaslandırıb.

 

Çıxış edənlərdən MŞ sədrinin müavini Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvlərindən - Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Azadinform" İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev, "Cümhuriyyət" qəzetinin baş redaktoru Rəfail Becanov, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev, həmçinin, "İranlı Mühacirlər Cəmiyyəti" İB-nin sədri Rəhim Hüseynzadə, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas və başqaları Z.Fəxri yaradıcılığı ilə tanış olduqları dövrlərə qısa ekskurs edərək, şairlə şəxsi təmaslarındakı spesifik epizodları bölüşüb, onun poeziyasının, ümumilikdə, yaradıcılığının bəşəriliyini göstərən cəhətlərə diqqəti yönəldiblər. Onlar yubilyarı, həmçinin, qayğıkeş dost, sadə və səmimi keyfiyyətlərə malik vətənpərvər ziyalı kimi xarakterizə edərək təbriklərini çatdırıb, xoş duyğu və arzularını bölüşüblər.

 

Sonda çıxış edən Z.Fəxri yaradıcılığına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

525-ci qəzet.- 2018.- 27 aprel.- S.7.