Amerikanın xilaskar
peyğəmbəri - Abraham Linkoln
Telman ORUCOV
(Əvvəli ötən şənbə
saylarımızda)
Linkoln üç ştatda - Nyu Cersidə, Delaverdə və
Kentukkidə də qalib gəldi. O, yarım milyon səs
çoxluğunu qazandı, beləliklə, yenicə aydın
olan kimi, artıq əvvəlkitək azlığın deyil,
çoxluğun prezidenti idi.
İllinoys ona 25 min artıq səs
qazandırmışdı, onun doğma qraflığında
isə Makklellan irəlidə idi. Özünün
doğulduğu Kentukki ştatında da Makklellana uduzdu.
O, belə izah etdi ki, bu, onu göstərir ki, mən az populyaram. Nevadada o, zəfər
qazandı.
Bir qədər əvvəl, 23 avqust tarixli bir sənəddə
yazmışdı ki, belə görünür ki, administrasiya
yenidən seçilməyəcəkdir. Linkoln deyirdi
ki, mənim vəzifəm ondan ibarət olmalı idi ki,
seçki ilə inauqurasiya arasındakı dövrdə
seçilmiş Prezidentlə qüvvəni birləşdirib,
Birliyi xilas edim. Güman edirdi ki, bir həftə
əvvəl namizədliyi irəli sürülən Makklellan
seçkini udacaqdır. Linkoln bu qərara
gəlmişdi ki, əgər o, udacaqsa, mən ona deyəcəyəm
ki, bax dörd aydan sonra sən vəzifəni götürəcəksən.
O vaxta qədər mən hakimiyyəti icra etməliyəm, bu
dövrdə sən ölkənin etibarını
qazanmalısan. Beləliklə, qoy, biz birlikdə
bütün qoşunları qaldıraq, bunu isə biz
bacararıq və birlikdə bu müharibəni başa
çatdıraq.
Linkoln
ştatlardan seçkinin nəticəsi barədə xəbərləri
əldə etdikdən sonra dedi ki, beləliklə, mən yeni
müddətə prezident olacağam. Bu yerdə,
haranı ki, mən düşünürdüm, deməli,
axırıncı Avqust olacağam.
Qoca siyasi
xadim Frensis Bler Linkolna demişdi ki, mən bir vaxtlar Cefferson
Devislə yaxşı münasibətdə idim, Riçmonda
(Konfederatın Virciniya ştatındakı paytaxtı) getmək,
onunla danışmaq istəyirəm. Mən istəyirəm
ki, bu müharibə qurtarsın, sona çatsın. Mən onu inandıracağam ki, sülh
bağlasın, Birliyə qayıtsın və
fransız-Habsburq qüvvələrinin (Fransa və Avstriya
imperiyalarını nəzərdə tutur) Meksikadan qovmaq
üçün bizə birləşsin. Riçmondda
bu haramzadalar mənim evimi qarət etmiş, bütün sənədlərimi
götürmüşlər. Mən istəyirəm
ki, onları geri alam, Devis bunu başa düşəcəkdir.
O, mənim Riçmonda gəlməyimə icazə verəcəkdir.
Bu vaxt mən ona öz planımı
danışacağam.
Linkoln ah
çəkib dedi:
- Gözlə,
Savanna yıxılana qədər. Onda mənim
yanıma gəl, mən sənə təhlükəsiz
keçid verəcəyəm və ya bəlkə də, Qrant
artıq orada olacaqdır. Quldarlıq məsələsi
də həmin vaxt həll olunacaqdır. Mən
Konqresdən xahiş etmişəm ki, quldarlığın
birdəfəlik və bütünlüklə ləğv
olunması barədə Konstitusiyaya düzəliş edilsin.
Bunlar həyata keçəndə, mister Devis
yaxşı və ya pis olmasından asılı olmayaraq,
özünün harada dayandığını biləcəkdir.
Linkoln Cənub ştatları haqqında demişdi ki,
onlar yenidən Birliyə birləşsələr, onların
qulları azad olacaqdır - mənim tərəfimdən azad
olacaqlar, özü də bir hərbi zərurət kimi.
Artıq Linkolnun seçildiyinin səhəri, cümə
günü Senat Selmon Çeyzi yekdilliklə Baş hakim təyin
etdi, o, bir qədər əvvəl Maliyyə naziri vəzifəsindən
istefaya getmişdi. Birləşmiş Ştatların hər
bir hüquqşünası düşünürdü ki,
gedib Ceyin, Marşallın və Taneyin varisini şəxsən
təbrik etsin. 1801-1835 - ci illərdə Baş hakim işləyən
Con Marşall (1755-1835-ci ilərdə yaşamışdı)
Ali məhkəməni mühüm milli instituta çevirməklə
böyük şöhrət qazanmışdı. Birinci müddətə seçkidə Linkolnun rəqibi
olmuş Çeyz də görkəmli siyasətçi və
hüquqşünas idi. Qaçan
qulların müdafiəsində o, xüsusi nüfuz
qazanmışdı. Uzun illər senator
olmuş, Ohayo ştatının qubernatoru işləmiş,
1861-64-cü illərdə maliyyə naziri olmuş, Prezidentlə
münasibətləri düz gəlmədiyindən istefa
vermiş və bir qədər sonra Baş hakim təyin edilərək,
bu vəzifədə 1873-cü ildəki vəfatına qədər
fəaliyyət göstərmişdi.
Çeyzin
Baş hakim vəzifəsinə başlamasına həsr
edilmiş mərasimdə o, kağızdan oxuyurdu: “Mən,
Selmon P.Çeyz təntənəli sürətdə and
içirəm ki, Birləşmiş Ştatların Baş
hakimi kimi kasıba və varlıya bərabər və dəqiq
ədaləti icra edəcəyəm”.
Linkolnun
Konfederat rəhbərliyinin nümayəndələri ilə
görüşü
Linkoln öz şərtləri əsasında
sülhün bağlanmasına Konfederat rəhbərliyindən
razılıq almaq üçün, onlarla görüşmək
təşəbbüsündə bulundu. Yalnız
öz qulluqçularının müşayiəti ilə
“River Queen” (“Çay Kraliçası”) buxar gəmisinin
göyərtəsində olanda, gəmi 3 fevral 1865-ci ildə
Potomak çayı üstündəki Hamilton Rodda lövbət
saldı. Gəmi sahibi Prezidenti
salamladı, Syuard və mayor Elner də onunla
görüşdülər. Prezident dedi ki, biz tam məxfilik
şəraitində yola düşmüşük, təkcə
“Nyu- York Herald” qəzeti bilir ki, mən buradayam. Sonra əlavə
etdi ki, qoy, səhər yeməyindən sonra birinci məsələni
deyim və Syuarda tərəf döndü:
- Mən
yalnız ona görə buradayam ki, bunu mənə general Qrant
təkid etmişdi.
Syuard cavabında bildirdi ki, belə görünür ki,
Cefferson Devis bu adamlara sərbəst əl verməyə
hazırdır.
Linkoln isə
öz mülahizəsini bildirdi:
- Onlar Birliyin qanunlarını və
quldarlığın ləğv edilməsini qəbul etməlidirlər. Əgər
onlar bunu etsələr, müharibə başa çatacaqdır
və mən çalışacağam ki, qul sahiblərinə
dəyən ziyan ödənilsin.
Syuard:
- Qoca
mister Bler düşünür ki, onlar bununla
razılaşacaqlar. Mən isə belə
düşünmürəm.
Linkoln əlavə etdi ki, onlar guya bizim iki ölkənin
müharibədə olması barədə mister Devisin yaratdığı
mifdə inadkarlıq edirlər. Bizim müharibənin
isə yeganə niyyəti vahid ölkə olduğumuzu
nümayiş etdirmək idi. Onlar
quldarlıq məsələsinin həll edilməsinə yol
verməyəcəklər.
Sonrakı
günün səhəri Amerika Konfederat Ştatlarının
Vitse-prezidenti, keçmiş görkəmli konqresmen Aleksandr
Stefens, Birləşmiş Ştatların Ali Məhkəməsinin
keçmiş hakiminin və Birləşmiş
Ştatların keçmiş senatorunun müşayiəti ilə
Linkolnun və Syuardın onları gözlədikləri zala
daxil oldular.
Stefens Linkolna tərəf gəlib əlini
qaldırdı. Prezident dedi:
- Belə
çox qabıqdan sonra burada nə vaxtsa bir
qarğıdalı qıçası olmuşdurmu?
Linkolnun belə obrazlı ifadəsi Böyük
Britaniyanın gələcək baş naziri, həmin vaxt
icraçı kansler işləyən Bencamin Dizraelinin
hazırcavablığını xatırlatdı. Dizraeli bir qayda olaraq nahardan
sonra qonaqlarla oturmağı sevmirdi və təkid edirdi ki, hər
bir adam ev sahibəsi ilə eyni vaxtda
süfrə arxasından durub, çıxıb getsin. O qədər
də yaxşı xörəklər olmayan bir nahardan sonra
Dizraeli ev sahibəsinin qalxmaq istədiyini
düşünüb ayağa durdu. Bu vaxt o, həmin
qadının səsini eşitdi:
- Hələ
getmək yoxdur, kansler. İndi şampan gətiriləcək.
Dizraeli
kürsüsündə əyləşib dedi:
- Nəhayət
ki, bir isti şey verilir.
Stefens
onun əlini sıxdıqdan sonra güldü:
- Mister
Linkoln, mən sizi əvvəlki kimi görməyə
şadam. Qorxurdum ki, bu böyüklükdən
sonra siz daha da boy atacaqsınız.
Linkoln:
- Yeganə
böyüklük o idi ki, mən narahatlıq yoluna qədəm
qoymuşdum.
Stefens ona
cavab verdi:
- Onda biz
bəzi şeyləri bölüşməliyik.
Stefens
hesab edirdi ki, qulların azad olmasının tədricən - beş il ərzində keçirilməsi təklifi
dəyişilən şəraitlərdə hər iki tərəfə
yaşamaq üçün iş görməyə vaxt verəcəkdir.
Bəlkə mənim Corciya sirdaşlarım da
deyəcəklər ki, onlar öz qullarını saxlamaq istəyirlər.
Linkoln
buna etiraz etdi:
- Bu,
mümkün deyildir.
Stefens:
- Ancaq əgər
mən sizi düzgün başa düşürəmsə,
siz bizim qulları müharibə zərurəti kimi azad
etmisiniz və heç də ona görə yox ki, prinsipcə
quldarlığın ləğv olunmasına rəğbət
bəsləyirsiniz.
Linkoln
başının hərəkəti ilə bu sözlə
razılaşdı:
- Bu,
düzdür.
Syuard
müdaxilə etdi:
-
Konstitusiyaya 13-cü Düzəliş əgər ratifikasiya
olunsa, hər şey dəyişiləcəkdir.
Stefensi müşayiət edən hakim bu 13-cü Düzəlişin
nə olduğunu soruşdu. Axı o, məhkəmədə
işləyəndə yalnız 12-ci Düzəliş var idi.
Syuard
cavab verdi:
- Konqress
yanvarın 31-də bütün Birləşmiş
Ştatlarda quldarlığın ləğv edilməsi barədə
düzəlişi qəbul etmişdir. Təbii
olaraq, ştatların üçdə ikisi onu ratifikasiya etməlidir.
O vaxt siz Birliyin daxilində olacaqsınız, siz “yox” deyə səs
verməyə də qadir olacaqsınız.
Stefens
dedi:
- Bu, hər
şeyi dəyişəcəkdir. Mister Bler isə
bizi əmin etmişdi ki, kontinental alternativ mövcuddur.
Linkoln başını silkələdi:
- Bu,
mister Blerin qərarıdır, mənim qərarım deyildir. Bir gün biz Meksikada fransızlarla müharibəyə
girməli olsaq, bu, əlbəttə, mümkündür.
Lakin bu, baş verməmişdir, əvvəlcə
biz Birliyi yenidən bütöv etməliyik.
Onlar 4 saat söhbət etdilər və heç bir nəticə
alınmadı. Linkoln belə bir xətti
götürmüşdü ki, hər kəsin Birliyə daxil
olmaq andı içdikdə digər tərəfdən onun
xoş qarşılanmasına baxmayaraq, burada müəyyən
fərdlər də vardır ki, başqalarını qiyama təhrik
etdiyinə görə cəzaya layiq olmalıdır.
Cənubdan gələn keçmiş senator Linkolna
“mister Prezident” deyə müraciət etdi. Syuard buna diqqət
yetirdi ki, cənublular Linkolna öz titulu ilə müraciət
etməyi məqbul sayırlar. Linkoln isə söhbətdə
bir dəfə də olsun Stefensi Vitse-prezident
adlandırmamışdı, daha az qaydada
da Devisə prezident deyirdi. Senator əlavə
etdi ki, əgər söz düzgün başa
düşülürsə, siz fikirləşirsiniz ki, biz,
Konfederasiyadan olanlar xəyanət işlətmişik, biz sizin
hökumətin satqınlarıyıq, biz öz hüquqlarımızdan
məhrum olmalıyıq və cəlladın tam tabeliyində
olmalıyıq. Həqiqətənmi siz bunu demək
istəyirsiniz?
Linkoln
dedi:
- Bəli.
Bu, böyük qayda pozğunluğu yaranan
vaxtdan bizim dediyimizdir.
Cənublu
senator Hanter buna belə cavab verdi:
- Nə qədər
ki siz Prezidentsiniz, bizim dar ağacından asılmaqdan
yayınmağımız ancaq özümüzün necə
davranmağımızdan asılı olacaqdır.
Syuard əlavə
etdi:
- Hər
şey fərdi və özəl qaydada həyata keçiriləcəkdir.
Prezident cənublulara
əlvida dedi, əlavə etdi ki, bu səfərə
çıxmağa, demək olar ki, dəyərdi. Onlar yalnız sonluq barədə
düşünürlər.
Ondan bunun
nə qədər uzanacağını soruşduqda dedi:
- Yüz
gün. Təbii ki, mən hələ itirməli
olacağım şansların sayını nəzərdə
tutmağa cəsarət etmirəm.
Üç gün sonra Linkoln Kabinetə qul sahiblərinə
dəyən ziyanın ödənilməsi barədə öz
sxemini təklif etdi.
Linkoln müharibəni mühakimə edirdi, həm də
müharibə qurtardıqdan sonra Birliyin necə yenidən
qurulmasını təsəvvür etmək istəyirdi.
(Ardı var)
525-ci qəzet 2018.- 28 aprel.- S.22.