Vətən həsrəti
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİ 2018-Cİ İLİ -
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN
ETMİŞDİR
Şirməmməd HÜSEYNOV
Müsəlman Şərqində ilk demokratik respublika -
Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə
və hansı sistem üzərində qurulmuş,
yaradılmışdı? Dövrün mətbuatında
mötəbər şərhləri nəzərdən
keçirək.
(Əvvəli
ötən şənbə saylarımızda)
27 aprel istila günüdür.
Vətən
həsrəti
Azərbaycanlı,
Bakılı, Nərdaran kəndindən 3-cü Gəncə
alayının dülgəri (yəni maranğozu) Əli usta
imzası ilə bir məktub aldıq. Əli usta hal-hazırda
Şərqi Qarahasarda Alucra qəzasında yaşamaqdadır.
Əli
usta vətən həsrəti ilə müttəəssir olub
bu yanıqlı həyatına tərcüman olmaq üzrə
nəşr edilmək üçün bizə bir qitə
göndərmişdir. Pək səmimi və həyəcanlı
bir eşq və əlaqəyi-hekayə edən bu qitəni eynən
aşağıda dərc ediyoruz:
Sancağımın
bir boyası göy Xəzər,
Bir
boyası yaşıl otlu çəmənlər,
Üçüncü
rəngisə qırmızı Azər,
Nə
gözəldir ah sancağı ölkəmin!
lll
Ey
kainatı yoxdan yaradan,
Cümlə düşmənmizi qaldır aradan.
Qeyrətli,
namuslu cəsur anadan,
Doğulmuşdur
hər uşağı ölkəmin!
lll
Bahar gəldi,
vətənimiz yazlanır,
Küləyindən
əhalisi xiz alır,
Onun
üçün Azərbaycan adlanır
Məşhurudur yanardağı ölkəmin.
BİR
GÜN
Hicranlar, ələmlər,
böhranlar içində
Qısıq
bir səs kimi, öləcəyəm mən!..
Böylə
göz yaşilə keçən ömrümün
Sonunda bir
acı güləcəyəm mən!..
lll
Eşqimin
nə imiş bilməm günahı,
Yıxıldı
qəlbimin istinadgahı,
Nəsibim
olsa da dünyanın ahı,
Bir
gün göz yaşımı siləcəyəm mən!
lll
Yaxında
didarın nəsib olmazsa,
Ümidsizlik,
məni düşürmə yasa,
Alaraq əlimə
dəmirdən əsa,
Bir
gün hüzuruna gələcəyəm mən!
lll
Tutuldum
tufana, sarıldım sana
Sən,
ey qırıq qələm, gəl bir tüğyana
Dayanmaq
güc olsa böylə hicrana
Səninlə
dərdimi böləcəyəm mən!
“Yeni
Qafqasiya”, 27 nisan (aprel) 1927, ¹10
27
NİSANIN XÜSUSİYYƏTİ
27 nisan günü qardaş Azərbaycanın
istiqlalını qeyb etdiyi gün tarixi türk düşməninin
kirli çizməsi Azərbaycan istiqlalını təkrar
çeynəndiyi qara bir gündür. Bu qara
gün yalnız Azəri qardaşlar üçün deyil
istiqlal cidalının (davasının) şanlı
meydanına atılmış bulunan Rusiya əsarətindəki
bütün türk gəncliyi üçün bir matəm
günüdür.
Rus kabusu
altında inləyən türk və islam
ölkələrinin bir çox matəm günləri
vardır. 1553 təşrini-əvvəl birinci - Kazan
xanlığının süqut günü; 1740, 10 avqustos
Başqırtıstan mücahidlərinin istiqlal mücadilələrinə
ən son zərbə endirilərək mücahid Qara Saqqal
Sultan Gireyxanın fərarə məcbur olduğu və 5 min əsir
başqırdın edam edildiyi gün; Sibiriya türk
xanlığının süqutu, kazax-qırğız
türklərinin “Orda”larının rus əsarətinə
boyun əydiyi, Krımın dünki köləsinə itaət
məcburiyyətinə qaldığı günlər, 1804, 3
qanuni-sanidə “Gəncə”nin süqutu ilə Azərbaycan qəhrəmanı
Cavad Xanın şəhid düşdüyü gün,
Dağıstan mücahidlərinin ən son istehkamı
“Ğunnib”in süqut etdiyi, qəhrəman Şamilin əsir
düşdüyü 1859, 25 avqustos günü;
Türküstan mərkəzi Taşkəndin müdafiəçisi
əlim Qolun şəhid düşdüyü şəhərin
rus əlinə keçdiyi 1865, 14 iyul günü həp bizim
matəm günlərimizdir.
Bu günlərin intiqamları ilə istiqlal eşqini
millət anaları, beşik nənniləri ilə məsum
çocuğlarının qəlbinə yerləşdirmişlər,
millət babalarının yapraqları saralmış, göz
yaşları ilə yazılmış dəftərləri bu
günlərə aid həzin xatirələri qeyd ilə bu matəm
nəğmələrini millət gəncliyinə miras
buraxmışlardır. Millətin qəlbində mühafizə olunan qəhrəmananə
dastanlar istiqlal mücadilələrinin şanlı günlərini,
bu günlərin əziz qəhrəmanlarını milli
sazlarla bizə tərənnüm ediyor, vətən
istiqlatı yolunda axan müqəddəs qanların nurlu
şölələrini gözlərimizin önünə gətiriyorlardı...
İstila altında əzilən vətənimizin istiqlal həsrəti ilə məhzun duran minarələrində böyük tanrıya müstövlilərdən (işğalçılardan) şikayətlə inləyən azanlar, mehrablarında ağlayan təlavətlər (avazla oxunan Quran), şəhidlər məzarında intiqam hissi ilə coşan dualar, bu mənhus mazinin (keçmişin) gətirdiyi qara günlərin matəmi tərənnüm edərək milləti mücahidəyə dəvət ediyordu. Əvət böyük türk yurdunun məzalim dolu tarixində qara gün və matəm olaraq təsbit olunan gün yalnız 27 nisan deyildir. Fəqət, 27 nisan, bu hesabsız qara günlərimizdən çox xüsusiyyətləri ilə ayrılan böyük bir matəm günüdür.
lll
Başımızdan keçən hesabsız qara günlərin matəmi müstövilərin (istilaçıların) bizim hesabımıza sərvəti, qüvvəti və mədəniyyəti qüvvətləndikcə, intiqam hisslərimizi təhrik etmək qüvvətini qayib (qeyb) etməkdə idi. İstiqlal eşqi, intiqam hissi, əskidə mövcud mücadilə şəklini qayib edərək yəhudilərin “ərzi-mövud” (vəd olunmuş torpaq) eşqləri kimi yalnız mistik bir surətə girməkdə idi. Rus məktəblərini, rus ədəbiyyatını, bütün rus kulturunu bənimsəməyə başlayan, bənimsəmək məcburiyyətini hiss edən bir gənclik töruyordu. Öyrənmək məcburiyyətilə bənimsəmək arasında bir xətti nasıl çizmək istəyən şüurlu milliyyətçilər azalmağa başlamışdı. Vətəni istila edən rusun hürriyyəti və vətəni məfkurələri gəncliyimizin ruhunu da istila etməkdə idi. Bəziləri islam-türk qövmlərinə rus istilasının böyük səadət, rifah və asayiş gətirdiyini söyləməyə başlamışlardı. Məsələ bu cür gənclik tərəfindən “milliyyətçi” tanılan və milli təlim və tərbiyə aləmindəki fəaliyyəti təqdir edilən Qasım bəy Qulu kimilər “Türküstan” ismilə əsər vücuda gətirmişlər, “rus fütuhatının böyük və insaniyyətpərvəranə xidmətləri”ni təqdir etmişlərdi. Milli ədəbiyyatın və milli hərəkatların guya qüvvətlənməməsinə rəğmən gənclik ruhən ruslaşıyordu. Bütün milliyyət “ruhani məhkəmə”, məktəblərdə coğrafiya və hesabın türkcə oxunmasına müsaidə, müsəlmanlardan alınan nəfərlərə mümkün olunduğu qədər donuz əti yedirməmək üçün qanun çıxartdırmağa səy etmək kimi təşəbbüslərdən ibarət olub qalmağa başlamışdı. Millətimizin yüzlərcə sənə matəmini tutaraq hörmətlə xatirələrində mühafizə etdikləri qəhrəmanlarımızın istiqlal mücadilələrinə “mütəssib şeyxlərin millət başına gətirdikləri bəlalar” - deyə baxan “münəvvərlər” zaman vardı ki, milli hərəkətlərimizin başına keçə biliyorlardı. Başımızdan keçən böyük faciələri anlamağa tənəzzül edirlərsə, bunlar rus üləmasının “bitərəfanə” yazdıqları kitablardan öyrənərək faciədə kəndimizi (özümüzü) qəbahətli çıxarıyorlardı. Millətlə ruhunun daşıdığı müqəddəs istiqlal eşqi, istiqlal üçün ağlayan xalq rəvayətləri bunlar üçün “fanatizm və müridizm” xatirələri idi. Ruslara düşmənlik hissi daşıdığında şübhə olmayan mücahid xadimləri “müsəlmanlar üçün yeganə məqsəd və qayə dinimizi münafizədir. Siyasi hürriyyət və istiqlal fikri bizim üçün çoxdan qayib olmuşdur. Tam hüquqlu rus təbəəsi olaraq yaşamaq istəyiriz. Tüfəng və top əsrində zopa ilə istiqlal almaq olmaz” (“Bəyanül həqq” qəzetəsi, 1912, ¹ 1006) diyorlardı. Məktəblərimizdə hesab və coğrafiya dərslərini ana lisanımızda öyrənməyə “məhkəmeyi şəriyə”yə (şərri məhkəməyə) bir qədər hüquq almaq üçün verilən ərizələrin qəbul olunması üçün rus əfkari-ümumiyyəsinə zəlilyanə bir surətdə sədaqətimizi isbat ediyorlardı. “Kadet” farqəsinin belə rədd etdiyi mucriyyə (icra edici) nəzarətinin kredasını “müsəlman frasiyası” qəbul ediyor. Bunu da “sədaqət isbatı üçün” qəzetələr “iftixarla” yazıyorlardı” (“Yulduz”, 1912, ¹ 842).
Bu zehniyyətlər, bu məfkurələr, ruhları saran qərib bir xəstəlikdi. Bunların heç biri vicdanları qarşısında millət xaini deyildilər. Milləti sevdikləriidə şübhə yoxdur. İslam aləminin hansı bir nöqtəsində əcnəbi təht əsarətinə düşməsindən qorxuyorlardı. Türkiyə-İtaliya, Türkiyə-Balkan müharibələri vaxtında bütün qəzetələr türk qələbəsini böyük bir sevinc və məğlubiyyətlərini də qanlı göz yaşları ilə yazıyorlardı. Moskva, Peterburq və digər rus darülfünunlarındakı islam-türk tələbələri, bolqar, serb və digər balkanlı xristian tələbələr ilə qovğa edər və böyük skandal çıxarıyorlardı. Halbuki, ruhlar, qəlblər kəndi istiqlalları məfkurəsindən boş idi. 1917 sənəsi Rusiya inqilabı mütəaqib türk ellərinin istiqlal fəaliyyətinə geniş üfüqlər açıldığı günlərdə bu “əsarət fəlsəfəsi” ilə, yəni bu qərib ruh xəstəliyi ilə zəhərlənən münəvvər gənclər arasında mənən xəstə bir çox tiplər olduğu meydana çıxdı. İtsiqlal deyil, geniş muxtariyyatlı türk ölkələri yaratmaq istəyən münəvvərlərimizə qarşı belə bu xəstə ruhlular əllərindəki bütün vəsaitlə qarşı çıxdılar. Xəstə ruhlular “bu cocuqlar millətimizi xarab ediyorlar. Rus demokratiyasını qəhrə düçar edəcəklər” - deyə istirab göstəriyorlardı. Dini idarələrlə qənaət etmək istəyən bu “ruh” takiri namından “vəlitələqu beydegum al əl təhlükə!” (“özünüzü öz əlinizlə təhlükəyə atmayın!”) - deyə vəz ediyorlardı. Mənhus əsarətin türk üzərinə çökdüyü ilk günlərində o böyük matəm günlərində də biz bu tipləri görüyoruz, Dağıstan mücahidi Həmzə bəyin ruslarla mücadilə etdiyi günlərdə “xənzəx” mələkəsi olan “Baxu xanım” və tərəfdarlarının fəlsəfəsi: “mücadilə ilə millət xarab oluyor”. Qüvvətli rus hökuməti bizə asayiş gətirir, toplara qarşı zopa ilə mücadilə həlakətindən başqa bir şey gətirməz” - deyən idi.
Rus zülmündən fərarən Dağıstana hicrət edən mücadilənin saətlərində Qazi Məhəmməd, Həmzə və Şamillərə böyük xidmət göstərən Həsən-Hüseyni mollanın son günlərdə ruslara itaət lüzumu irəli sürərək vəzə başlaması və rus əsgərinə rəhbərlik etməsi dəxi kəndi vicdanına görə xəyanət deyil, milləti həlakətdən qurtarmaq idi. Bu kimi zatları biz tariximizin mənhus günlərində çox buluruz. Bizim söylədiyimiz xəstə ruhlu münəvvərlər iştə şu “Baxu xanım”, “Hüseyn molla”ların təkamül etdiyi tiplər idi. Ehtimal ki, bu tiplərin törəməsi və matəm günlərimizin mistik bir surətə soxulması tarixi bir zərurət idi.
lll
Azərbaycan istiqlalı, istiqlal eşqimizi mistik şəklindən çıxardığı kimi bu tariximizin məzalim günlərini parlatan istiqlalın matəmi də əski matəmlərimizi mistik mahiyyətindən çıxardı. 1552 sənəsindən başlayan rus istilasının bu günə qədər mümkün bütün səfaləti milli tərbiyə və məfkurəmizin bütün zəif nöqtələrini təkrar təhlil etmək lüzumunu bizim üçün günün məsələsi yapdı. Milli ruhumuzu istila etməkdə olan mənhus fəlsəfələrin iç üzünü açaraq bütün dəhşəti gözümüz önündə canlandırdı. Bu matəm günü yeni və əbədi həyata hazırlanmaq üçün aləmi xarab edəcək İsrafilin birinci surunu təmsil etdi. Dünyanı alt-üst edəcək birinci sur dünyaya məsud və əbədi bir həyat hazırlayan ikinci surun müqəddəməsidir. Biz bu matəm günündə rus istilasına qarşı türk ellərinin hər guşəsində istiqlal eşqilə mücadilə edərək şəhid düşən, vətənlərindən ayrılaraq, mənfalərdə (sürgünlərdə) inləyən bütün qəhrəmanları təqdis və yad ediyoruz. Yeni və ən son, qəti mücadiləmiz üçün qüvvət toplayırız. Türk vətəni Azərbaycanın “27 nisan” matəm günü, digər matəm günlərimizdən bu kimi xüsusiyyətlərlə ayrıldığı üçündür ki, bütün türk ellərinin matəm günüdür. Türk istiqlal məfkurəçilərindən iki möhtərəm zatın sözləri ilə məqaləmizi bitiriyoruz: “Bəşərin ruhundan maziyi (keçmişi) qaldırınız, nə halı indini duymaya, nə istiqbalı sezməyə imkan qalır. Keçmiş haləti-ruhiyyə dünə qarışmış hadisat öylə bir qüvvətin məxzənidir ki, aradan xiz alıb həmlə yapanlar bu qüdrətli həmlələri ilə açılan ayaqlarından birini ati denilən o müəzzəm həyulanın sirtinə basarlar”.
“27 nisan intiqamını almaq qayəsi ilə istiqlal cidalının şanlı meydanına atılan gənclik hər şeydən əvvəl hazırki nəsl Nərimanların düçar olduğunu bu fikir əsarətindən qurtarmağa baxmalıdır!”
Əbdülqadir (F.S.)
“Yeni Qafqasiya”, 27 nisan (aprel) 1927, ¹10
BİR BƏYANNAMƏ
ALMANİYADA AZƏRBAYCAN İSTİQLAL KOMİTƏSİNDƏN
Berlin postası ilə alınaraq nəşri rica
olunmuşdur.
Almaniyada
icrai fəaliyyət edən “Azərbaycan istiqlal komitə”si azəri
qardaslarının qara günü, 27 nisan
münasibətilə bütün millətdaş və vətəndaşlarına
xitab eylər:
Əziz vətəndaşlar
və yoldaşlar! Bu gün Azərbaycan denilən
müqəddəs bir türk ölkəsi üzərində
rus bayquşunun sədası ötmüş yurdumuz vəhşi
düşmən tərəfindən istila edilmiş və
istiqlaliyyətinə müvəqqət bir zaman
üçün fasilə verilmişdir. Bu
gün yeddi sənə oluyor ki, azəri “məhmədçiyi”
əsarət zəncirinə çəkilmişdir.
Azərbaycan, türk ölkələrinin bir qəlbidir. Bu qəlb rus
cənbərinin təzyiqi altında qaldıqca türk
vücudi iztirabdan qurtulamaz. Bunun
üçündür ki, bizim kimi istiqlal həsrətilə
yanan Türküstan, Kazan, Krım eldaşlarımız və
türk birliyinin partizanları bulunan Türkiyə gəncliyi
bu günü bizimlə bir arada matəm tutacaq və bir səslə
qəsbləri təlin edəcəkdir.
Arkadaşlar!
Zülm və əsarət fədai qəhrəmanlar
doğurur. Ağabəyimiz Türkiyə
bu xüsusda bizə canlı bir misal təşkil etməkdədir.
Azərbaycan da bir Türkiyədir. Türkiyə misalını becərəcək
arkadaşlar yetişdiriyor. Bu gün əsarəti
türk qüruri-milliyyəsinə yaqışdıramayan qeyrətli
gənclər zindanlarda çürüyür. Milli atəşin
hərarəti ilə coşan və istiqlaliyyətə
doğru hız alan bu gənclər məğmun
çöhrəmizi aydınladacaq əyiməz mücadilənin
birər canlı rəmzidirlər.
Millətdaşlar!
Məyus və ümidsiz olmayalım! Qəhrəman
nəslin fədəkar gənclərinə baxaraq biz də
istiqlal bayrağının yüksəlməsi
üçün təcdidi-əhd edəlim. Və
unutmayalım ki, türk namusu ilə yaşamaq istərsə
müstəqil olmalıdır!
İstiqlalçılığın türk ovsafından (sifətindən)
olduğunu bir dəfə daha ruslara göstərəlim və
isbat edəlim ki, azəri türkü bükülər, fəqət
qırılmaz!
Ey əziz arkadaş, 27 nisanı bütün həyatınla dərk et, hər dürlü ələm və iztiraba köks gərən, həbsxanalarda çürüyən, mənfalərdə (sürgünlərdə) sürünən arkadaslarından böyük qardaşın Türkiyədən misal al, intiqama hazır ol və bil ki, sənin düşmənin türklüyün əbədi düşməni rusdur. Bu gün vətənin hərim (məhrəm yerinə) ismətinə soxulmuş ruslar azəri qanına bulanmış bayraqlarını yüksəldərək rus nəğmələrini tərənnüm etməkdədirlər. Sən mücadiləndə sabit ol, istiqlal bayrağını yüksəlt və türklüyün nəğməsini tərənnümlə “yaşa-yaşa çox yaşa, sevgili vətən, yaşa!” - deyə bağır.
“Yeni
Qafqasiya”, 27 nisan (aprel) 1927, ¹10
BU GÜN
Bu gün Azərbaycan vətəninin qəlbi qanıyor. Bu gün minlərcə
Azərbaycan münəvvəri divarları yosun tutmuş
zindanlarda, Sibiryanın buzlu tunduralarında, ölümü
bir nemət kimi təmənni etdirən qorxunc işgəncələr,
təhəmmül edərək böyük qurtuluş
günü bəkliyor. Bu gün tarixində
şərəf və namusla yaşamaq üçün əsil
qəlbi böyük bir fərağətlə döyünən
Azərbaycan xalqı çalınmış hürriyyətini
böyük bir iztirab ilə xatırlayır. Zira bu gündür ki, Şimalın o mənhus kabusu
cahanın ən məsud bir parçası üzərinə
köçmüşdür. Orada fəlakətli
sənələrdən sonra yenidən hürriyyət və səadətə
irən bir məmləkəti məzlum günlərə və
qanlı vəhşətlərə uğratmışdır.
Bu gün Azərbaycanın parlaq səmasında
dalğalanan üç rəngli müəzzəz bayraq
düşmüş və qaralara bürünərək azəri
gəncliyinin qəlbinə gömülmüşdür.
Bu gün Moskvanın xəyanətkar əlində parlayan ihanət bıçağı yaşamaq haqq və qabiliyyətini hər vəsilə ilə isbat edən Azərbaycan türk xalqının bağrına saplandı. Rusiya, çarçı olsun, kommunist görünsün, siyah olsun, qızıl olsun, mahiyyəti əsla dəyişməyən bir qara qüvvətdir. Rusiya Asiyayı mütəəddid qüvvələrlə sarmış bir axtapuddur ki, məzlum millətlərin qanını əmir. Rusiya şəqamətli sərgüzəştləri ilə əsrləri təlvis edən bir yəğmakərdir: Rusiya dişlərini haqqın bədənində yiyələyən qızıl bir canavardır. Rusiya “islahat” yapar, fəqət insaniyyətçi maskasının altında insaniyyətin tərəqqilərinə ağzından qanlar sızan bir ifritə ki siritir. Rusiya “inqilab” yaparsa da bundan məqsədi bəşəriyyətin təkamülünə xidmət etmək deyil, sülh müvazinəsini pozmaq üçün yeni bir rahzənliyə çıxmaqdır. Rusiya qardaşlıqdan bəhs edərsə bu, bükəməyəcəyi qolu kövşətmək, zorla keçəməyəcəyi hüdudu nəqzi-əhd edərək (pozaraq) aşmaq, ərzə, mala, cana vəzid-yəd eyliyərək doymaq bilməyən həris ilə petrol quyularına qapanmaq üçündür.
Hər azərbaycanlı bu tarixi düşməni tanıyır. Namuslu bir fərd yoxdur ki, 27 nisan fəlakətini unuda bilsin. Fəqət Rusiya, 27 nisan zərbəsi ilə Azərbaycanın həyatını əbədiyyən məhv edəmmədi. Qızıl Rusiya bu təcavüz siyasəti ilə qafqasiyalıların gözünü açdı və bununla kəndisinin Qafqasiya dağları arxasına atılaçağını, böyük günün müvəffəqiyyətini təmin etmiş oldu.
Əvət, ən kiçik hərəkətlərini əfv etməyəcək bir kin ilə idamə eyləyəcək azərilərin milli şüurunu şiddətləndirdi. Yarın qəhrəman bir həmlə ilə qalxacaq vətən Moskva istilası haqqındakı qəti və son hökmünü verəcəkdir.
Azərbaycan Rusiyadan qorxmayır, fəqət Rusiya Azərbaycan həmləsinin ən kiçik təzahürü məvacihəsində titrəyir, yaxdığı məzlum canlar və yıxılan türk xanimanları onu bu qorxuya sövq ediyor. Çünki zülm qorxağın işidir. İstiqlal məfkurəsini yaşatmaq əzmilə ölən və ölümünü qorxusuzca qarşılayan gənclik iştə - müstövli rus qüvvətini sarsacaq bir nəsl!
Yaşasın 27 nisanın faciəsi ilə əsarətə düşən Azərbaycanın xilası haqqında son zəfər sözünü söyləyəcək bu mübariz nəsl! Yaşasın Azərbaycan istiqlalı!
Kamal
“Yeni Qafqasiya”, 27 nisan (aprel) 1927, ¹10
MƏŞUM (ACI) BİR XATİRƏ
“NƏRƏYƏ GEDİYORUZ?!.”
“Qafqasiyada qan olacaq,
Tarixlərə şan olacaq!
Bu yerlərdə Moskov deyil,
Azərbaycan xan olacaq!
Azərbaycan xan olacaq... olacaq!..”
şərqisini tərənnüm edən musiqi bandosunu (orkestrini) təqibən “tarap-tarap, tarap...” - deyə müntəzəm addımlarla bir taqım keçiyordu. Bu mənzərəni Qarabağın şirin qəsəbəsi Ağdamın geniş caddəyə (küçəyə) nazir (baxan) bir otelli pəncərəsindən seyr ediyordum. Cavanşir alayına mənsub bu taqımın önündə tanıdığım zabitləri gördüm. Bunlar hərbi-ümumi əsnasında ruslar tərəfindən məşhur Nargin adasına nəf' edilmiş ikən, azərilər tərəfindən qaçırılandan sonra Milli Azərbaycan hökumətinin xidmətinə girmiş türkiyəli əliheydər, Mustafa Fəhmi, Saleh, Cəmil və Qədri bəylər idi.
Mənimlə bərabər soqaqdakı (küçədəki) ğələbələyin çıxardığı ğəlğələyi seyr edən arkadaşıma:
- Nə oluyor, yahuə!. - deyə sorduğum zaman, o dərin bir köks keçirərək:
- Fəlakət gəliyor!.. - dedi.
Biz də həmən soqağa fırladıq. Qələbəliyə
qarışdıq. Saat on bir idi. Hava bərraq
(işıqlı) safdı. İlk
baharın sabih günəşi üfüqlərə
doğru yaşıl zümrüd rəngində uzanıb gedən
Qarabağ obasını yaldızlayırdı. Şu yaşıllığı bəyaz bir şərid
kimi ikiyə ayıran böyük Qarabağ
Şuşasının üzərində bir həftə sonra
aldandığının fərqinə vararaq Şimal
sürülərini bütün Qarabağdan bir gündə tərd
edən şəci' (igid) əsgərlər sükumla irəliləyir,
istifhamkar (sorğu-suallı) nəzərlərlə
baxışıyorlardı. Arkadaşım
irəlilədi, arxadakı sıralara “arş, arş!” -
deyə komanda edən əsmər
üzlü korbuz çavuşa:
-
Qoçağım (arslanım deməkdir), nərəyə
gediyorsunuzə.. - deyə
sorduğu zaman bu mübhəm vəziyyətdən heç də
məmnun olmadığı sərt baxışlarında
bildirən çavuş omuzlarını silkərək əli
ilə iləridəki ceyran baxışlı Qarabağ
atları üzərində gedən türk zabitinə
işarətlə:
- Vallahi bilməm kiə!. Anadoluya yardıma gediyorlarmış. Zabitan öylə söylədi. Bizə də əmr etdilər. İstiqbal ediyoruz. Bizim Azərbaycan zabitləri iştirak etmədilər bilməm ki, həpsi də məhzundular. Anlayamiyoram ki, biz əskəriz. Çox şey bilmiyoruz ki... - dedi.
Qəsəbə xaricindəki möhtəşəm məktəb binası önündə kəsif bir toz sisi yapan qafilə ilə qarşılaşdıq. Musiqi:
“Azəri oğluyam, Qafqaz vətənim,
Atəşdən yoğrulmuş
xəmarəm mənim!..”
marşını çalıyordu. Səfil surunin bu marşa müqabilə etməsi şöylə dursun, ömründə belə deyildi. Məktəbin baxçasında yeni çiçəkdən çıxmış əriklərin üzərinə saldırmış, dallarını (əyilmiş budaqlarını) ac bir manda kimi qıraraq yapraqları ilə bərabər yütüyordu. Sürüyü təşkil edən səfillərin üzərlərində əlbəsə naminə bir şey yox. Paçavrlarla (şalvar balaqları ilə) örtülmüş baldırları çıplaq. Silahları qırıq. Rast kəllə düyümlənmiş sicimlərlə şöylə gəlişi gözəl, ön omuzlarına asılmış. Bənizləri uçuq fərsiz gözləri uzun sənələrin aclığından çuxura düşmüş. Şimalın soyuq və vəhşi yuvalarından sırf ac qarınlarını doydurmaq hərsi ilə axıb gələn şu səfalət sürüsü qılıq qiyafətləri və qorxunc simaları ilə xortlaqları andıran bir əcubeyi-xilqət təmsil ediyorlardı.
Şu “Xəlil Paşa ordusunu” seyrə gələn qadınlardan biri içindən gələn bir küfr ilə:
Yolu yumrulmuşlar (uğursuzlar deməkdir) pis murdar uruslar yenə hardan gəldilərə! Bunların pis üzlərindən ancaq qurtulmuşduq. İlahi, görüm bunlar qara geysinlər! - deyə birdən bir ovuc torpaq götürərək göyə sovurdu.
-
Allahımdan dilərəm bunlar məhv olsunlar - dedi.
Səfil
qafilənin komandanı skeletə bənzəyən qoca bir
Sibir Bəkiri üzərində doğrularaq yəhudi şiyvəsiylə
rusca:
-
Tovariş! Biz sizə hürriyyət gətirdik! əsarətdən xilas etdik. Yaşasın
Qızıl Ordu! - dedi.
“Parlaq” nitqinin alqışlanacağını ümid etməsinə
rəğmən bir çit belə yox. Müstəqbəlin
susmuş, heyrətlə yekdigərinin üzünə
istefhamkar nəzərlə ətf etməkdə:
Bunları? Anadoluya yardımmı? əcəba?! Nə oluyoruz?
Nərəyə gediyoruz?.. İştə
hər kəsin ağzından çıxan heyrətli suallar!..
lll
Bir həftə,
əvət tam həftəsi belə keçmədən
iğfal olunduqlarının (aldadıldıqlarının) fərqinə
varan Qarabağ səkənəsi (sakinləri) qızıl kəsvəyə
bürünərək Anadoluya yardıma deyil, cənnət
kimi yaşıl obaları istilaya gələn bu mənfur
ruslara qarşı kükrəyərək ayaqlanmış və
bunların minlərcə murdar leşlərinin qara topraqlara sərdikdən
sonra bəqiyyə'-tüsseyfini
(tör-töküntüsünü) də bir çaqqal
sürüsü kimi Yevlax stansiyasına qədər
sıxışdırmış və tərksilah
etdirmişdi.
Nə yazıq ki, mənhus tale burada da tərs
üzünü göstərdi. Gəncə
üsyanından sonra Qarabağ üsyanı da zahirən
basdırıldı. Lakin
için-için alovlanan atəş sönməmiş.
Üsyan hala da şu və ya bu şəkillərdə
davam etməkdədir.
Azərbaycanda istiqlal fikri, ideal eşqi “Çeka” məzalimlərinin
deyil, ən qüvvətli topların belə
yıxamayacağı müstəhkəm qalalardan daha mətindir. 27 nisan fəlakəti
Azərbaycanda aslanlar doğurmuşdur. Azərilərin
əməl və mütalibi (haqlarını istəmək)
uğrunda şimdiyədək ixtiyar etmiş olduqları və
minbədə işbu müqəddəs məfkurələr
naminə ixtiyarına amadə bulunduqları fədakarlıqlar
əqillərə heyrət verəcək dərəcədə
böyükdür. Müddəamızı isbat
üçün üsyanları, tokülən qanları bir tərəfə
buraxaraq, Sibiriyanın buzlu çöllərində “ah vətən”
deyə vərəmləyən gənclərdə deyil,
işgəncələrə düçar olan gənc
qızları göstərmək kafidir, zənnindəyəm!
əvət möhtərəm qare bu
müqəddəs qəzayə bizzat iştirak etmiş aciz
bir fərd sifəti ilə hasil etdiyim qənaəti söyləyirəm:
bu ğəyir (qeyrətli) mücahidlərin sərih
(aşkar) istiqlal davalarının təhqiqinə doğru
sövq təbiətlə yürüdükləri yollar
onların şəşəə (parıldayan) imanı ilə
işıqlanmış və bu nur ilə məqsədə
doğru mətanətlə irəliləyirlər.
-
Yaşasın mücadilə!
Sənan
“Yeni Qafqasiya”,
27 nisan (aprel) 1927, ¹10
(Ardı var)
525-ci qəzet 2018.- 28 aprel.- S.20-21.