Yerlə Göy arasında qalanların romanı

 

 

 

Bir müddətdir hisslərimiqıdıqlayanbir mahnıya aludə olmuşam. Gün ərzində dəfələrlə dinlədiyim, qəhrəmanın düşdüyü situasiyaya həm acıqlanıb, həm kövrəldiyim bir mahnı. Söhbət Ələkbər Tağıyevin bəstəsi olanDinə bilmədimmahnısından gedir.

 

Çox güman ki, xatırlayırsınız. Xatırlamasanız da inkişaf edən texnologiya hər şeyi bir düymə uzaqlığında edib. İnternetə yazın, Əbülfət Əliyev, Gülağa Məmmədov, Məmmədbağır Bağırzadə, Mənsum İbrahimov, Zakir Əliyev, Mələkxanım Əyyubova, Mirələm Mirələmov kimi xanəndələrin ifalarında çıxacaq qarşınıza. Siz dinləmədən öncə məni acıqlandıran bir o qədər üzən situasiyanı qısaca nəql edim: Oğlan dəniz kənarında bir qız görür ilk baxışda o qıza vurulur. Ancaq daxili tərbiyəsi, çəkingənliyi qıza yaxınlaşmağına inkan vermir. Özü demiş, dinmək istəyir, dinə bilmir, etsin? Amma sonrakı günlərdə, aylarda o qızı heç cür unutmur, qədər axtarsa da, tapa bilmir. Üstündən uzun müddət keçəndən sonra bir toya dəvət alır. Təsadüfdən toyu olan gəlin onun aylar öncə gördüyü unutmadığı həmin gözəl olur. Bu hadisə onu çox sarısıdır, dinmək istəyir, dinə bilmir, etsin? Beləcə sevdiyi qadını birdəfəlik itirir.

Bu situasiyada acıqlandığım oğlanın öz sevgisini vaxtında etiraf etməməyidir. Azdırmı həyatda bu cür hallar? Yer kürəsi yaranandan neçə milyonlarla, milyardlarla insan bir-birinə bu cür gecikib, bu gecikməyin bədəlini mutsuz taleləri ilə ödəyiblər. Deyir, sevdiklərinizə sevdiyinizi vaxtında etiraf edin, bir gün bunu söyləmək üçün belə tapmaya bilərsiniz.

Bilirəm, mövzuya çox uzaqdan gəldim, amma haqqında söhbət açacağımYerlə göz arasındaromanında da bənzər situasiya var. Hətta romanın sujet xəttinin böyük bir hissəsini təşkil edir. Bu romanı oxuyarkən həmin mahnını xatırlamışdımsa, indi o mahnını dinlərkən bu romanı yada salıram.

Əvvəlcə müəllif romanı haqqında:

Yerlə göy arasındaromanının müəllifi Rusiyada yaşayan azərbaycanlı yazıçı, psixoloq İlqar Kamildir. İlqar Kamil bundan əlavəAyrılıq mütləqdir”, “Anam üçünromanlarının, eləcə Bir şəhidin iziylə”, “Tanrı tənhalığıkimi bir neçə esselər kitabının müəllifidir. Tanrı tənhalığı”nda həm şeirləri yer alıb. Uzun müddət öncə sosial mediadakı şeirləri, kiçik esseləri ilə tanımışdım imzasını. Sonra isəTanrı tənhalığıkitabı ilə dünyasını daha yaxından tanımaq fürsəti qazandım, fikirlərimi bir məqalədə bölüşdüm. Bu dəfə isə yeni romanını böyük maraqla oxudum.

Fikrimcə, İlqar Kamilin ən böyük uğuru bədii dilidir. Romanı oxuduqca ordakı dialoqlar, müəllif təhkiyəsi bir anlıq məni şübhəyə salırdı. Bunları yazan adam ömrünün böyük bir hissəsini bu mühitdən uzaqda keçirə bilməz, ya da vətənindən, yurddaşlarından kilometrlərlə uzaqda olan birisi bu cür təmiz, saf dildə, ləhcədə əsər yaza bilməz. Hansı birindəsə yalnışlıq olmalı idi axı. Amma yox imiş.

Kitabı bağlayarkən ilk işim müəllifə “Bakıdan nə qədər vaxtdır getmisiniz?” sualını yazmaq oldu. “Necə ki?” cavabından təəccübləndiyi bəlli idi. Sualı niyə verdiyimi dedim, o isə çoxdan getdiyini, hətta əsərdə hadisələrin cərəyan etdiyi Novxanı kəndində heç vaxt olmadığını, sadəcə çox uzun müddət Novxanıdan olan bir neçə nəfərlə sosial şəbəkə vasitəsilə əlaqə saxladığını dedi. Heyrət!

Əsər İmam Hüseynlə bağlı “Üreynəb” adlanan bir hədisin üzərində qurulub. O hədisin nə olduğu əsərin sonuna qədər açılmır. Sonda isə biz 1400 il öncə olmuş bir əhvalatla günümüzdəki əhvalatı tutuşdurur, çıxış yolunun əsrlər öncəki əhvalatdan tapılmağına bir növ heyrətlənirik.

İlqar Kamilin dinə müraciəti heç də təsadüfi hal deyil. Onun dinlə, Allahla bağlı özünəməxsus düşüncələri hələ esselərində, şeirlərində özünü göstərirdi. Bu romanda isə daha da çox açılır, bir növ aydınlıq tapır. Təbii ki, hazırlıqlı oxucu üçün.

Dediyimiz kimi, əsərdə hadisələr Bakının Novxanı kəndində baş verir. İlk səhifədə qarşımıza Sex Nadironun əlaltısı Suliddin çıxır. Nadir harınlanmış, var-dövlət gözlərini tutmuş, ədəb-ərkan, əxlaq qanmayan pullu bir sex müdiridir. Bunlara isə öz hesabına yox, atasının və daha çox da arvadı Şəhlanın hesabına nail olub. Ammaolsun? Özünü Novxanının “Allahı” kimi aparır. Hər kəs ondan qorxur, yanından az qalaBismillahla keçirlər. Çünki şərdi, xatadı, xoşuna gəlməyən bir adamı ilim-ilim itirməyi, özü isə bu işdən əli-ayağı quru çıxmağı bacarır. Kimdi ona batan?

Nadir yolda gedərkən təsadüfən kənddə müəllim işləyən Leylanı görürona aşiq olur. Baxmayaraq ki, özü evli, Leyla isə nişanlıdır. Bu həvəs onun ağlını başından alır. Leylanın nişanlısı Səxavəti min cür təhdid, hədə-qorxu ilə kənddən didərgin salır. Nişanlısının qorxaqlığı, atasının belə Sex Nadirə tərəf olmağı gənc qızın əlini yerdən, göydən üzür. Onun taleyi bircə Allahın ümidinə qalır.

Bura qədər əsər bir köməksiz qadının dramıdır. Amma birdən oxucu Cavanşirlə tanış olur. Cavanşir kitabdan, dəftərdən, savaddan uzaq maşın ustasıdır. Mərddir, qürurludur, namusludur, qorxmazdır. Qəlbi Allahla, İmam Hüseynlə bir olan dəliqanlıdır. Özü də qəlbinin dərinliyində Leylanı sevir. Daha doğrusu, bir zamanlar aşkarca sevirmiş, elçi göndərir, amma sevgisinə qarşılıq almır, Leyla Səxavəti seçir. O da bu sevgini ürəyində dəfn edir. Ta ki bu hadisəyə qədər...

Sex Nadirin namussuzluğu kənddə bircə Cavanşiri hərəkətə gətirir. Hər kəsin qorxusundan evində gizləndiyi, bu hadisə ilə bağlı ağzına su alıb oturduğu zamanda Cavanşir canını təhlükəyə atmaq bahasına Nadirin qarşısında dimdik dayanır, Leylaya sonuna qədər sahib çıxır.

Bir növ 1400 il öncəki hadisənin oxşarı yaşanır Novxanı kəndində: Yezid - Nadirlə İmam Hüseyn aşiqi Cavanşirin mübarizəsi.

Əsərdə diqqət çəkən bir başqa obraz isə yazıçı İsfəndiyar müəllimdir. İsfəndiyar müəllim kənddə kiçik bir ədəbi məclis yaradıb. Cavanşir heç zaman kitab oxumasa, heçyazmasa da bu məclisin ən fəal üzvlərindən biridir. İsfəndiyar müəllimin söhbətlərini sevir o.

Böyük ehtimalla İsfəndiyar müəllim yazıçının özünün prototipidir. Yəni, İlqar Kamil bu obrazda müəyyən qədər özünü canlandırıb. Doğrudur, bunu gizləmək üçün çox çalışıb, amma bir çox məqam bizə bu fikri müdafiə etməyə əsas verir. İlk dəfələrdə Sex Nadirin haqsızlığına sanki İsfəndiyar müəllim də susur, o da göz yumur. Hətta Cavanşir bunun üstündə ondan inciyir, ağır danışır. Amma İsfəndiyar müəllim Cavanşirin təmkinli, səbrli, daha müdrik forması idi. O da haqqın tərəfində idi, nahaqqa düşmən idi, amma daha təmkinli və daha ağıllı şəkildə. Elə bu çətin situasiyadan da onları İsfəndiyar müəllimin ağlı, Cavanşirin qorxmazlığı xilas edir. İmam Hüseynin “Üreynəb” əhvalatını da Cavanşirə o xatırladır, vəziyyətdən çıxış yolunu o göstərir.

İsfəndiyar müəllimin din, Allah, möminlər, Aşura mərasimi, ibadət haqqındakı fikirləri də yenə yadıma müəllifi salırdı. Doğrudur, heç zaman İlqar Kamillə bu haqda söhbətlərimiz olmayıb, amma bilirəm ki, o da məhz İsfəndiyar müəllim kimi düşünür. Hətta bir az da irəli getsək, deyə bilərik ki, bu obrazı öz düşüncələrinin ifadəçisi kimi yaradıb. Məsələn, müəllimin Bakıdan gələn ateist yazıçı dostları ilə söhbəti süjetlə birbaşa əlaqəsi olmadığından əsərə məqsədli şəkildə salınmış kimi görünür. Sırf bu fikirləri səsləndirsin deyə.

Əsərdə başqa obrazlar da var: İsfəndiyar müəllimin qələm dostları - Xudayar Məmmədov və Ələkbər Qafarzadə, Cavanşirin dostları - Səbuhi, İdrak, anası Hicran xanım, Leylanın atası Süleyman, Molla Əliqulu və b. Bütün bu obrazlar hərəsi bir şəkildə romanda hadisələrin gedişatına təsir edir, oxucunun yaddaşında hansısa özəlliyi və ya replikası ilə qalır.

Romanda demək olar ki, əsas obrazların hamısı, elə müəllifin özü də Yerlə Göy arasındadır. Səxavət nişanlısı ilə həyatı və bacısının taleyi, Cavanşir həyatı ilə sevdiyi Leylanın, Leylanın atası Süleyman Nadirin var dövləti ilə qızının xoşbəxtliyi, Sex Nadir isə arvadı, bütün var-dövlətinin sahibi Şəhlayla Leylanın gözəlliyi arasında qalırlar. Ən böyük çaşqınlıq isə sonda Leylanın payına düşür: O, ehtiyacı olan anda qorxub onu atan, sonra isə geri qayıdan Səxavətlə ona ən çətin anında sahib çıxan, onu çox böyük bir bədbəxtliyin əlindən canı, qanı bahasına xilas edən Cavanşirin arasında qalır. Cavanşirin Leylaya sevgisinin bitmədiyi onsuz da aydın idi, amma sonda Leylanın da ona aşiq olduğu hiss olunur. Təəssüf ki, dinmək istəsələr də heç biri dinmir, neyləyək?!

Müəllif sanki hadisələri sözlər vasitəsilə bir-birinə ilmə-ilmə toxuyur. Bir mətləblə bir çox qaranlıqlara aydınlıq gətirir. Təhkiyəsindəki axıcılıq, dialoqlardakı canlılıq və şirinlik əsərin oxunuşunu asanlaşdırır. 230 səhifəlik roman bir neçə saatın içərisindəcə bitir. Çünki oxucu sonrakı səhifədə nə olacağı ilə maraqlanır, müəllif onda bu marağı yarada bilir.

Ancaq İlqar Kamilin digər yazılarında rast gəldiyim bir nüans bu romanda da bəzi yerlərdə qarşıma çıxdı: Türkiyə türkcəsindəki sözlərdən istifadə. Bəzən bu sözlər mətndə artıqlıq yaradır, oxucuya süni təsir bağışlayır. Xüsusən də obrazların nitqində olmamasını, ya da ehtiyac varsa, daha az hallarda olmasını istərdim.

Ədəbi əsərin ibrətamiz olması şərtdirmi, bu, mübahisəli mövzudur, amma  İlqar Kamilin bir çox esselərində olduğu kimi bu romanı da ibətamizdir, nəsihətlərlə boldur. Yazıçı Cavanşirin timsalında ən çox kitab oxumaq məsələsini qabardır. Anası müəllim, atası maşın ustası olan Cavanşir hisslərində anasının, əməllərində isə atasının balasıdır. Yəni o, kitab oxumaq istəyir, kitabları çox sevir, amma oxuya bilmir, hövsələsi çatmır. Bunu isə özünün çox böyük bir qüsuru hesab edir. Hətta buna görə Səxavətə həsəd də aparır. Ancaq kitab oxumaq şərt deyil, oxuduqlarından nəticə çıxarmaq, oxuduqlarına layiq olmaqdır şərt. Səxavət bunu bacarmışdımı? Bax, sual budur!

Müəllif əsər boyunca başqa-başqa əsərlərin adlarını çəkməklə də sanki kitabı, kitab oxumağı təbliğ edir (Stendal - “Qara və qırmızı”, Servantes - “Lamançlı Don Kixot”, Kafka - “Milenaya məktublar”, Herman Hesse - “Yalquzaq”, Nekrasov - “İfrat ana məhəbbəti”, Cavidan - “Cırcıramaların öpüşü”, “Namə”). Bunun özü çox təqdirəlayiq haldır. Amma oxuduğun əsərləri həyatına, davranışlarına tətbiq etməyi də unutmamalısan deyir.

Əsərin bütün məzmunu, “Üreynəb” hadisəsinin nə olduğu, Cavanşirin Leylanı necə xilas etməsi ilə bağlı təfərrüatları danışmaq fikrim yoxdur. Kimə maraqlı olsa, kitabı əldə edib onsuz da oxuyacaq. Roman haqqındakı fikirlərimi isə millət vəkili, yazıçı Aqil Abbasın bu əsərlə bağlı yazısındakı bir cümləsi ilə bitirmək istəyirəm: “Sonda göylərə yaxın olan qalib gəlir”.

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2018.- 4 avqust.- S.13.