Kulinarlarımızın növbəti uğuru
Avqustun
10-da “Trend” şirkətlər qrupunda Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) və
Azərbaycan Milli Kulinariya Mərkəzinin
(AMKM) əməkdaşlarının Türkiyənin Məngən
şəhərində 33-cü Beynəlxalq Aşpazlıq
və Turizm Festivalında və Rusiya Federasiyası Yekaterinburq şəhərində
baş aşpazların
toplantısında iştirakına
həsr edilmiş mətbuat konfransı keçirilib.
AMKA-nın prezidenti,
UNESCO-nun Ənənəvi Qida
Komitəsinin sədri,
professor Tahir Əmiraslanov
komandanın fəaliyyətindən
söhbət açıb.
Bildirib ki, avqustun 3-dən 5-dək Azərbaycan
aşpazları- Emil Əliyev
və Maksim Qolovin ölkəmizi Türkiyənin Məngən
şəhərində beynəlxalq
festivalda təmsil ediblər. Festivalda Azərbaycan, Ukrayna, Malayziya və Türkiyə də daxil olmaqla 9 ölkə iştirak edib.
Festivalın münsiflər heyətində
yer aldığını
söyləyən Tahir
Əmiraslanov aşpazlarımızın
hazırladığı yeməklərin
birinci yer tutaraq qızıl medal və kuboka layiq görüldüyünü
söyləyib. İkinci yer, gümüş
medalları Malayziya komandası, üçüncü
yer, bürünc medalları Özbəkistan
komandası, dördüncü
yerə isə Maldiv Respublikasının komandası layiq görülüb.
Həmçinin, avqustun 6-7-də Rusiya
Federasiyasının Yekaterinburq
şəhərində dünyanın
digər tanınmış
aşpazları ilə
birlikdə keçirilən
usta siniflərində
həmyerlimiz Ziya Şahbazov xüsusilə fərqlənib və diplomla təltif olunub.
Bildirilib ki, hər iki
yarışmada “Azərsun”
holdinqin məhsullarından
istifadə olunub.
Sonda T.Əmiraslanov
jurnalistləri maraqlandıran
sualları cavablandırıb.
ŞAHANƏ
525-ci qəzet 2018.- 11 avqust.- S.21.