Aysel Əlizadə yeni
şeirlər kitabını çapa
hazırlayır
Şairə kitabının çapı
ilə bağlı
TEAS Press Nəşriyyat evinə
məxsus "YAY" nəşrləri
ilə müqavilə
imzalayıb. Çox maraqlı mövzuları
əhatə edən və ədəbi mühitdə ciddi müzakirələrə səbəb
olacağı gözlənilən
kitaba daxil edilmiş bütün şeirlər ilk dəfə
işıq üzü
görəcək.
A.Əlizadənin "Sənə İsa doğardım", "Olarsa
nə gözəl, olmazsa eybi yox"
adlı yeni seriyadan olan, sosial şəbəkələrdə
yayılaraq ciddi müzakirələrə səbəb
olmuş şeirləri
də kitaba daxil ediləcək.
Yeni şeirlərdə
ictimai, sosial, mental və mənəvi məsələlərə toxunulub. Şeirlər daha çox feminist dünyagörüşünü ifadə edir. Qadınların öz azadlığını
əldə etmək, qorumaq üçün göstərdiyi dirəniş
Aysel Əlizadənin yeni şeirlərinin əsas mövzusunu təşkil edir.
Dünyanın ən böyük gücü sayılan sevgi, insan iradəsinə
tabe olmayan tək və böyük hiss kimi şeirlərdə fərqli
formada təqdim olunur, bəzən köləlik, bəzən
azadlıq anlayışı
kimi verilir.
Aysel Əlizadə yaradıcılığında
bütün ali
hiss və anlayışları
birləşdirməyə meyilli
müəllifdir. Bu, kitaba daxil edilən
şeirlərdən də
aydın görünür.
Müəllif adı da çox iddialı olan yeni kitabının
ajiotaj yaradacağına
inanır.
Şahanə
525-ci qəzet 2018.- 15 avqust.- S.7.