Əməkdar artistimiz
İstanbulda konsert verdi
Əməkdar artist, pianoçu, bəstəkar,
dirijor Turan Manafzadə İstanbulda
"All Saints" Kilsəsində konsert proqramı ilə çıxış
edib. O, səhnəni türk
əsilli gənc skripka ifaçısı Mevsim Engin ilə
bölüşüb.
Konsertdə dünya klassiklərinin əsərləri ilə yanaşı, fransız bəstəkar Claude Debussy və
Azərbaycanın görkəmli
bəstəkarı Qara
Qarayevin əsərləri
də ifa olunub. Əməkdar artist Turan Manafzadə
konsert proqramında öz bəstələrini
də səsləndirib.
"Qəlbimə düşər damcılar",
"Sən eşqin özüsən" və
"Ay Laçın" mahnıları
dinləyicilər tərəfindən
gurultulu alqışlarla
qarşılanıb.
Konsert proqramı
gənc sənətçilərin
ifasında "Sarı
gəlin" mahnısının
səsləndirilməsi ilə
başa çatıb.
Qeyd edək ki, Turan
Manafzadə 2017-ci ildə
Azərbaycan Prezidentinin
Sərəncamı ilə
"Əməkdar artist" fəxri adına
layiq görülüb.
525-ci qəzet 2018.- 15 avqust.- S.7.