İsa Həbibbəyli VII Beynəlxalq
Altay topluluqları konfransında
MONQOLUSTANA SƏFƏR ÇƏRÇİVƏSİNDƏ AMEA-nın VİTSE-PREZİDENTİ BİR SIRA GÖRÜŞLƏR KEÇİRİB
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən VII Beynəlxalq Altay topluluqları konfransında təmsil olunub.
Türkiyə Altay Topluluqları Qurumunun Monqolustan Elmlər Akademiyası və Monqolustan Texnologiya İnstitutu ilə birgə təşkil etdikləri beynəlxalq elmi konfransda görkəmli alimlər elmi məruzələrlə
çıxış ediblər.
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəylinin "Gəmiqaya-Qobustan
qayaüstü rəsmlərindən
Orxon yazılarınadək"
mövzusunda elmi məruzəsi dinlənilib. Məruzədə Gəmiqaya-Qobustan qayaüstü
rəsmlərindəki piktoqraflar
və damğaların
ümumtürk yazı
mədəniyyətinin formalaşmasındakı
rolundan və Orxon abidələrində
Azərbaycan ədəbiyyatı
və mədəniyyəti
ilə səsləşən
motivlərdən bəhs
olunub.
Daha sonra Monqolustan Elmlər Akademiyasında keçirilmiş
görüşdə AMEA ilə
əlaqələrə dair
məsələlər müzakirə
edilib.
Monqolustan Elmlər Akademiyasının
prezidenti, akademik Duqer Reqdelin iştirakı ilə aparılan müzakirələrdə
qarşılıqlı elmi
əlaqələrin daha
da genişləndirilməsi
məsələləri nəzərdən
keçirilib. Qarşıdakı dövrdə Azərbaycan
və Monqolustan alimlərinin iştirakı
ilə Bakıda və Ulan-Batorda Orxon yazılı abidələrinə və
ortaq tarixi problemlərə həsr olunmuş birgə elmi tədbirlərin keçirilməsi barədə
razılıq əldə
olunub.
Akademik İ.Həbibbəyli
Beynəlxalq Monqolşünaslar
Assosiasiyasının üzvü
seçilib.
Monqolustanda keçirilmiş tədbirlər
çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu ilə Monqolustan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əlaqələrə
dair müqavilə imzalanıb. Müqaviləni
Azərbaycan tərəfdən
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İ.Həbibbəyli,
Monqolustan tərəfdən
isə Dil və Ədəbiyyat İnstitutunun direktoru,
professor Gaaadamba Bilquudei
imzalayıb.
Professor G.Bilquudei Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
85 illik yubileyi tədbirlərinə dəvət
olunub.
Bundan əlavə, AMEA-nın vitse-prezidenti, akademik İ.Həbibbəyli tanınmış
monqol şairi və ədəbiyyatşünası,
professor Dojooqiyn Sedevlə görüşüb.
Monqolustan Yazıçılar
İttifaqının sədri
kimi 1973-cü ildə
böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin 500 illik yubileyi tədbirlərində
iştirak və çıxış etmiş
D.Sedev ölkəmiz haqqında, Neft Daşlarına və Qobustana səfərləri,
xalq şairi Səməd Vurğunun ev muzeyində olması, xalq yazıçısı Mirzə
İbrahimovla görüşləri
barədə xoş təəssüratlarını bildirib.
Görüşdə görkəmli monqol şairinin xatirələrinin Azərbaycan mətbuatında çap olunmasının təmin ediləcəyi bildirilib.
AMEA-nın vitse-prezidenti Beynəlxalq Altay Topuluqlarının VII konfransında iştirak edən Türkiyənin İstanbul Maltəpə Universitetinin dekanı, professor Ramazan Qorxmaz və Monqolustan Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Çuluun Sampildondovla birlikdə Monqolustandakı məşhur Bilgə Kağan, Gültegin və Tonyukuq məzarüstü Orxon yazılı abidələrilərini ziyarət ediblər.
Qeyd edək ki, konfransda Azərbaycan, Türkiyə və Monqolustanla yanaşı, Rusiya, Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Qazaxıstan, Vyetnam, Qırğızıstanın elmi qurumları və ali məktəblərinin təmsilçiləri də olublar.
C.ABASOV
525-ci qəzet 2018.- 15 avqust.- S.5.