Rəşad
MƏCİD
“Azərbaycan”
jurnalının avqust sayında Rəşad
Məcidin şeirləri dərc olunub.
Müəllifin ad günü
ərəfəsində həmin şeirləri
oxucularımıza təqdim edirik.
Əvvəl
Əvvəl qəlbin çırpınacaq
Tora düşmüş quş kimi,
Sonra gözün yol çəkəcək
Gələnin varmış kimi.
Sonra havan çatmayacaq
Daralacaq nəfəsin.
Sənə zindan tək gələcək
Yaşadığın qəfəsin.
Qəfil
yada salacaqsan
Səsdən gələn istini.
Dəli
kimi qaçacaqsan
Telefonun üstünə.
Tez-tələsik yazacaqsan:
“Planlarım dəyişib...
Bəlkə sabaha keçirək,
Birigünkü görüşü”.
Sonra ağıl qalmayacaq
Düşünməyə ardını.
Sonra nağıl başlayacaq
Unudassan adını.
Qala - adam
Hər adamın sığınmağa
Bir qalası
olsun gərək.
Bu qaynaşan pis gözlərdən
Bir xilası
olsun gərək.
Nicat yoxdu bolca vardan
-
Hündür divar, dik hasardan!
Adamı
daş adamlardan
Qala -
Adam alsın gərək!
Bu gələn gözəl əladı
Yeriyən, gəzən qaladı.
Bəlkə də təzə
bəladı
Dinsin görək, gəlsin görək!!!
Bir səhər
Bir payız səhəri, bir payız günü
TV-nin səsinə
oyanacaqsan.
Bərk-bərk büründüyün yorğanın altdan
Səs gələn
tərəfə boylanacaqsan.
Gözün dikiləcək səs
yiyəsinə
Yaddaşın keçmişi ələyəcəkdir!
Pırtlaşıq xəyallar içindən
biri
Səni
işığına bələyəcəkdir!
Gözün qamaşacaq, nur
bürüyəcək
Beynin durulacaq
sakit çay kimi.
Axşamkı məclisin haray-həşiri
Qeybə çəkiləcək - bitən
yay kimi.
Yerdən
duracaqsan sevinc içində
Elə biləcəksən körpə
uşaqsan!
Unudub keçmişi təmiz beyinlə
Bu səhər yenidən doğulacaqsan!
Yuxundakı qonaq
Bilsəydim bu gecə necə yatmısan
Yuxunda kim olub,
yatağında kim?
Hansı yaxın idi, şipşirin idi?
Yuxundakı, yoxsa yatağındakı?
Yuxundan beyninə, qəlbinə sızıb,
Qanında dolaşan qonaq gözəldi!
İsti
nəfəsinlə körüklədiyin
Ruhla
sığındığın qucaq gözəldi.
Yaxınında olmaq, yanında
durmaq
Yatağında girmək hələ
şərt deyil,
Sənin
sədaqətin, mehrin,
ülfətin
İsti nəvazişin məhəbbət
deyil.
Qəlbinin qapısı yuxundan
keçir
Röyandan gələn var
- buyur qarşıla!
Sən ki söz vermişdin
yüyürəcəksən
Di çıx qabağına
yüyür, qarşıla.
Yuxun gerçək oldu!
Xəyalındakı
İndi
qarşındadı - Qonaq
sənindi
Sarıl
qollarınla, sığın
qoynuna
İstisi əbədi, qucaq sənindi.
Gecə zəngi
Telefon səssizdə, özüm
yuxuda
Gecə zəngin gəlib, eşitməmişəm.
Küsüb incimisən, gileylənmisən
Xəbərsiz olmuşam - kiritməmişəm.
İndi
ha soruşum səbəbi
nəydi,
Məramı necəydi, necə zənginin?
Bilirəm həmişə gizləyəcəksən
Əsil
səbəbini gecə
zənginin...
Gələrəm
Bir səhər yuxudan
Sən oyat gələrəm!
Çağırsan o dəqiqə,
O saat gələrəm!
Belimdə ağrı var
İkiqat
gələrəm!
Önündə dayanıb
Farağat gələrəm!
Baxma ki, xəstəyəm
Ya süstəm
- gələrəm.
Əmrin
var - baş üstə,
Göz üstə
- gələrəm.
Sözümdə dəqiqəm,
Dürüstəm - gələrəm!
Təki
sən arzula
Sən istə gələrəm!
Getmək
Sakitcə çəkilib getmək
zamanıdı
Üsyan
etmədən, çığırmadan,
söymədən
Barışıb sevginin bitməsiylə
Yox olmaq vaxtıdı.
Duman ağır-ağır çəkildiyitək,
Hava sakitcə qaraldığıtək
İsti
havada əl-üzünü
yuduğun suyun
Köynəyinə düşən ləkəsi
quruduğutək
Sakitcə, xəbərsiz getmək
zamanıdı!
Üzə çıxacaq...
Hirs ki girdi araya
qəzəb ki kükrədi
Bütün pis sözlər,
söyüşlər
dildə cimildəşəcək
Onda ilk dəfə corabsız,
dabansız ayaqqabıda
çıxacaqsan qarşıma.
Və üzə çıxacaq
bütün
qüsurlar -
ayağındakı, dilindəki,
ürəyindəki...
Gedəcəksən
Ruhun gedib, özün də
Çəkilib gedəcəksən!
Sis kimi, duman kimi
Seyrəlib itəcəksən.
Əzablar güvə kimi
Xoş günləri
didəcək.
Qəhər qalacaq, bir də
Sızıltı dolu ürək.
Ağrıdan qurtulmağa
Min bir çarə gəzəcəm
Tapmayıb qıvrılacam -
Tab eləyib, dözəcəm.
Ağrılarla qol-boyun,
Dərdlə həyat sürəcəm!
Başımı qarışdırıb
Ömrü yola verəcəm!
Hamınız
Məni
anlamağa adam
tapılmaz
Məni
həzm edəcək mədə də yoxdu!
Məni
sinirməyə yepyekə
ürək,
Məni yaşatmağa ölkə
də yoxdu.
Hamınız bir bezin qırağısınız -
Mən ipək axtarıb, qumaş gəzirəm!
Ömrümün qatlanmış varağısınız
-
İndi
baxıram ki, boşdu Xəzinəm!
525-ci qəzet 2018.- 18 avqust. - S.23.