Aşıq Şəmşir - xalq ruhunun tərcümanı
Bu il Azərbaycan
aşıq yaradıcılığının
görkəmli nümayəndəsi,
Əməkdar incəsənət
xadimi Aşıq Şəmşirin 125 illiyi
tamam olur.
Mədəniyyət Nazirliyindən
AZƏRTAC-a bildirilib ki,
bu münasibətlə
C.Cabbarlı adına Mərkəzi Kitabxananın
oxu zalında Qax rayon S.Vurğun adına Mədəniyyət
Mərkəzi və C.Cabbarlı adına Mərkəzi Kitabxananın
birgə təşkilatçılığı
ilə Aşıq Şəmşir 125 illiyinə
həsr olunmuş
"Xalq ruhunun tərcümanı" adlı
ədəbi-bədii tədbir
keçirilib.
Tədbirin qonaqları Aşıq Şəmşir
yaradıcılığından, onun bitib tükənməyən söz
dünyasından söhbət açaraq əsərlərindən
nümunələr səsləndiriblər. Tədbirin
qonağı aşıq Şəmşir yurdu
Kəlbəcərdə yaşamış, şair
Hümmət Əmrahov aşıqla bağlı xatirələrini
bölüşüb, ona
həsr etdiyi şeir
nümunələrini tədbir
iştirakçılarının diqqətinə
çatdırıb.
525-ci qəzet 2018.- 22 avqust .- S.7.