Əsgər atası
İttifaq MİRZƏBƏYLİ
Rəngin səbəbi
Bazar günləri yorğunluğu
azaltmaq, iş həftəsinin stressini
atmaq üçün
hansısa kitabı vərəqləmək, ənənəvilikdən
kənar olan yaradıcı insanların
əsərlərinə baxmaq
istəyirəm.
Bu dəfə "Kaspi"
qəzetinin artkaspi.az əlavəsində
mərhum şair, tərcüməçi və
rəssam Adil Mirseyidin rəngkarlıq əsərlərinə rast
gəldim. Təqdim olunan 29 əsərin
hərəsində bir
məzmun, mövzu, fəlsəfə olsa da, hamısı soyuq, solğun, boz rənglərlə işlənilmişdi.
Çox qəribədir. Heyrətlənməyə bilmirsən. Şəkillərə baxanda
adam az
qala üşüyür.
Ağaclar, otlar, daşlar, buludlar arasında can verirmiş kimi öləziyən Günəş, yarpaqları
tökülməkdə olan
insan fiquru, soyuq biyabandakı tənha tikili, donmuş sahildəki köhnə qayıq, elektrik sobasındakı xırda balıqlar, köhnədən
də köhnə görünən "üçmərtəbələr",
hətta, insan sifətləri belə bomboz, solğun və buz kimi
soyuqdur.
Adil Mirseyid ədəbiyyatda
olduğu kimi, rəssamlıqda da təsadüfi adam deyil. Deməli, onun rəsm
əsərlərindəki soyuqluğun
xüsusi mənası
var. Həmin mənanın
nədən ibarət
olduğunu rəssam dostum Hüseyn Hacıyevdən soruşdum.
Hüseyn müəllim
dedi ki, hər bir rəssam
həyatın ona bəxş etdiyi rənglərin inikasını
yaradır: "Həyat
Adilə nə qədər boz sifət göstərmişdi,
nə qədər
soyuq münasibət bəsləmişdisə, dəqiq
bilmirəm. Dəqiq bildiyim odur ki, müəllif öz əsərlərində
həmin soyuq münasibətin də, boz sifətin də çoxsaylı obrazlarını yaradıb.
Özü də, ustalıqla.
Bütün rəssamlar, yaradıcı
adamlar belədir".
İlqar
Musaoğlu "brendi"
İndi tələskən oxucu soruşa bilər ki, yayın bu cırha-cırında donmuş sahildəki köhnə qayığın
təsvirini yada salmağın yeridirmi? Yaxud, nikbinliyi nümunə, həyat sevgisi İlqar Musaoğlu "brendi" kimi tanınan, istənilən
çətin məqamda,
gərgin anlarda yaranmış vəziyyətə
təbəssüm qatmağı
bacaran, həm də "altmışın bir addımlığına çatan"
İlqar Həsənov
haqqında qələmə
alınmış sətirlərin
əvvəlində solğun
rəng, soyuq münasibət, boz sifət kimi ifadələrin işlənməsi
nə dərəcədə
məqbuldur? Kimin nə düşünməsindən,
nəyi soruşmasından
asılı olmayaraq, bildirirəm ki, həmin solğun rəng, soyuq münasibət və boz sifət ifadələrinin bu yazıya çox böyük dəxli var.
… Belə ki, İlqar Həsənov yaradıcı
adamdır. Onun təkcə jurnalistikada yox, həm də
insani münasibətlərin
tənzimlənməsində, vətəndaşlıq məsuliyyətinin
dərkində, kollektiv
üzvü kimi üzərinə düşən
vəzifələrin yerinə
yetirilməsində və
hətta, adicə yol yoldaşlığında
da yaradıcılıq
imkanları var. Təbii
ki, bizim hamımız həmin məsələlərin reallaşdırılmasna
çalışırıq. Ancaq İlqar Musaoğlu reallaşdırdığı
istənilən məqama
yaradıcılıqla yanaşır
və mütləq nəyəsə nail olur. Bilirsiniz niyə?
Çünki həyat onun ömrünü
daim çoxrəngli palitranın əlvan, parlaq çalarları ilə əhatələyib.
Dünyaya göz açanda
ziyalı ailəsinə
gəlib. Ailədə
bir neçə müəllimin olması, Gəncə kimi mədəni mühitdə
böyüməsi, Bakı
Dövlət Universitetinin
ən çal-çağırlı
dövründə təhsil
alması, "Bakı"
qəzetində Nəsir
İmanquliyev, Şamil
Şahməmmədov kimi
jurnalistlərin rəhbərliyi
altında işləməsi,
jurnalistikadan ayrıldığı
bir neçə ildə ölkənin ictimai-siyasi həyatının
qaynar mühitində yaşaması, saysız qədər görkəmli
ziyalılarla tanışlığı,
təmasları, ünsiyyəti
onun əsərlərinin
- təkcə yazılarının
deyil, müxtəlif məclislərdəki çıxış,
söhbət və mülahizələrinin də
- məhz əhatə
olunduğu mühitin palitrasından rəng almasını təmin etmişdir.
Mən bir dəfə onunla birlikdə, canlı yayımlan televiziya
verilişində iştirak
etmişəm. Əvvəlcə verilişin aparıcısı
Qulu Ağsəs və mən, sonra isə tamaşaçılar, hamımız
birlikdə İlqar Həsənovun gündəlikdəki
məsələyə münasibət
bildirərkən, cavan
jurnalistlər demiş,
sərgilədiyi yaradıcı
yanaşmaya heyran olmuşduq. Təbii ki,
verilişin aparıcısının
öz məqsədi və mövqeyi vardı. Mən də özüm
üçün məqbul
saydığım məcradan
kənara çıxmağı
sevmirəm və çıxmıram. İlqar
Həsənov isə özünün obrazlı
ifadələri, "çoxmərtəbəli"
arqumentləri və qətiyyən gülümsəmədən
dilə gətirdiyi
"maraqlı" təklifləri
ilə əvvəlcə
verilişin aparıcısının
da, mənim də mövqelərimizdə
"gəzişdi" və
bir andaca söhbəti dəyişib
tamaşaçıların hamısının - bəli,
məhz hamısının
- bəyənəcəyi məntiqlə
zənginləşdirdi. Sonda
isə İlqarın
yaradıcı yanaşması
üzündən öz
məqsədinə nail ola
bilməyən aparıcı
da məmnun idi, dediklərimin yarısının üstündən
xətt çəkilməsinə
baxmayaraq, mən də, tamaşaçılar
da.
Dərs
başqa, fərasət
başqa
Həyat
İlqar Həsənova
sözünün kəsərinə,
şəxsiyyətinin sanbalına
görə öz dövrünün bütün
jurnalistlərinə nümunə
olan Əli İldırımoğludan da
dərs almaq şansı verib, "Kommunist"in bölgə
müxbiri vəzifəsinin
urvatını ən yüksək səviyyədə
qorumağı bacaran Əhməd İsayevdən
də, öz prinsipiallığı ilə
dillər əzbəri
olmuş Tofiq Həsənovdan da, qəzetçiliyin bütün
detallarının bilicisi
kimi tanınan Telman Heydərovdan da.
Həmin jurnalistlər Azərbaycan
mətbuatına üz
ağlığı gətirəndə
İlqar Həsənov
çox gənc idi. Hətta onların bəziləri
ilə işləməmişdi.
Amma İlqarın hünəri onda idi
ki, digər həmkarlarından
fərqli olaraq, o, öyrənilməli təcrübələrdən
fərasətlə bəhrələnirdi.
Yəni həyat ona adını çəkdiyimiz
görkəmli qələm
sahiblərinin bir-birinə
oxşamayan, rəngbərəng
keyfiyyətlərindən öyrənmək
şansı vermişdi.
O isə heç zaman şansı əldən vermək istədiyi kimi, öyrənmək məsələsində
də gecikməmişdi.
Elə ona görə də İlqarın yazılarında bozluq, solğunluq yoxdur.
Bu yay ... və gələn yay
Onun gündəlik
həyatı da yazıları kimi çoxçalarlı, rəngbərəng
hadisələrlə zəngindir. Yeri gəlmişkən,
2018-ci ilin yayı İlqar Həsənov üçün xüsusilə
maraqlı keçdi.
Belə ki, ötən yazılarımızın
hansındasa qeyd etdiyimiz kimi, o, qol
vurmuş futbolçunun
sevincini görəndə
iki gün xoş əhval-ruhiyyədə
olur. Bu yay keçirilən futbol üzrə dünya çempionatında isə
qol vurmuş oyunçuların öz sevincini azarkeşlərlə
paylaşmasının az qala yüz
rəngini gördük.
Müxtəlif ölkələri təmsil edən futbolçular qol sevincini necə də fərqli şəkildə ifadə
edirdilər. İlqar Həsənov
həmin fərqli sevinc ifadələrinin hamısının anadangəlmə
tərcümanı idi.
Tərcümə etdikcə də
bəxtəvər olurdu.
Gələn yay isə, bu gün 59 yaşı tamam olan İlqar Həsənovun 60 yaşının sevincinə toplaşacağıq. Dostlarının dediyinə görə, onun bölgə müxbiri kimi fəaliyyət göstərdiyi bir şəhərdə və bir rayonda gözlənilən 60 illiyə indidən hazırlaşırlar. Sağ olsunlar. Xalqımız qədirbilən xalqdır.
Yeni statusda
İnsan həyata gələndə ilk statusu "övlad-körpə" olur. Sonra hamının çiyinlərinə şagird, tələbə, əsgər, briqadir, "çerçeniya müəllimi", sürücü, bölgə müxbiri, ailə başçısı, ata statusları "yüklənir" və belimizin deformasiyaya uğradığı bir vaxtda tanrı hər kəsə fəxrlə daşıyacağı baba, nənə statuslarını da bəxş edir. Şəxsən mən elə bilirdim ki, kişi üçün baba statusundan üstün bir dəyər ola bilməz. Ancaq övladımız Natiq Şahbuza - hərbi xidmətə gedəndə bildim ki, əsgər atası olmaq ayrı xoşbəxtlikdir.
İlqar Musa oğlu da baba olanda, ata olanda sevindiyindən qat-qat çox sevinmişdi. Çox qürrələnirdi. Bu yay oğlu İbrahim Həsənli Universiteti bitirib əsgərliyə gedəndə isə dostumuz İlqarda qürrələnməkdən də üstün bir keyfiyyət yarandığının şahidinə çevrildik. Ona elə gəlir ki, işğalda olan torpaqlarımız məhz İbrahimin əsgərlikdə olduğu müddətdə azad ediləcək. Təki olsun.
Eşitdiyimizə görə, torpaqlarımız işğaldan azad edilənədək İlqar Həsənov "Əsgər atası" adlı qeyri-hökumət təşkilatı yaratmaq istəyir. Niyə də olmasın? Hər ölkədə bir neçə "Əsgər anası" təşkilatı varsa, o təşkilat niyə olmasın? Hər halda, o da gələn yayın planlarına daxildir. Yeni statusda 60 illiyin qeyd edilməsi isə ayrı aləm olacaq. İnşallah!
Hələlik isə, 59-un mübarək, əziz dost! - deməklə, yazıya nöqtə qoyuruq.
18 iyul, 2018-ci il
525-ci qəzet.-2018.-22 avqust.-S.8.