Bədii yaradıcılıqda özünəməxsusluq
modeli: Elçin Mirzəbəyli poeziyası
Hüseynağa QƏNİYEV
Proloq
Yaradan insandan başqa bütün varlıqları təbiəti
və təyinatı ilə birgə yaratdı. İnsana isə öz əlaməti
olan yaradıcılıq istedadı verdi ki,
şüurlu, azad insan təbiətini və təyinatını
özü yaratsın.
Özünü
yaradan adam
Düşüncə tərzimə uyğun olmasa da,
yazıya ənənəvi üslubda başlayacağam. Çünki
Elçin Mirzəbəyli haqqında yazmaq mənim
üçün həm asandır, həm də çətin.
Ümumiyyətlə, hər hansı şəxs
- alim, mütəfəkkir, şair haqqında yazmaq istəyəndə
yaşadığı dövrü, ictimai-siyasi şəraiti
öyrənmədən və problemləri bilmədən
obyektiv fikir yürütmək mümkün deyil. Onun körpəlikdən bu günədək həm
fiziki, həm də sosial-ruhi təkamülü
gözümün qabağında baş verdiyi
üçün mənə çox yaxındır. Möhtəşəmliyi isə çox yaxından
isə tam, hərtərəfli və aydın görmək
çətindir. Gərək
uzaqlaşıb gendən baxasan. Bu səbəbdən
Elçin haqqında fikir söyləməyə bir qədər
çətinlik çəkirəm. Ona
görə də məntiqin induksiya metodu ilə həyatı
və yaradıcılığını dövrlərə
bölüb, abstraksiya etməklə ümumi nəticəyə
gəlmək fikrindəyəm.
Vaqif - ailə
ədəbi məktəbi
Onun həyat
və yaradıcılıq yolu ilk növbədə
dayısı, görkəmli şair, publisist, redaktor Vaqif
Hüseynovun ədəbi məktəbindən keçir:
"Kiçik yaşlarımdan şeir yazırdım və
bunu kimsədən gizlətmirdim. Amma dayım
icazə vermirdi çap etdirməyə. "Hələ
tezdi, zamanı gələndə mən çap etdirəcəyəm"
deyirdi. Mən sözə məsuliyyətlə
yanaşmağı, sözün dəyərini bilməyi ondan
öyrənmişəm. Dəqiq
xatırlamıram, 7-ci, ya da 8-ci sinifdə oxuyurdum. Dayımın "Dəniz
çağırır" adlı şeirlər kitabı
çıxmışdı. Birdən-birə
dayımın həmin kitabda yer alan
zarafatyana bir şeirinə cavab yazmaq qərarına gəldim. Həmin şeirin ikicə misrasını
xatırlayıram indi. Dayım yazırdı:
"Necə qocalmışam...Gözəllər indi.
Bənzədir əmiyə, dayıya məni".
Mənim
cavabım isə belə idi:
Gizli-gizli
qapı döyən payızın
Xəbərdarlıq yağışından incimə.
Ötən
günün alnında yurd saldığı
Neçə-neçə qırışından incimə.
Baharında
bitirmişdin min çiçək,
Payızında
tapammırsan bir ləçək...
Gözəllərin
indi sənə qoca tək
İstehzalı
baxışından incimə...
Dərc
olunmuş ilk şeirlər
Dayımın
bir neçə günlüyə Bakıya get diyini bildiyim
üçün ona yazdığım şeiri və daha bir
neçə şeirimi götürüb getdim o zaman Lənkəranda
çıxan "Leninçi" qəzetinin redaksiyasına.
Ruhu şad olsun, qəzetin redaktoru, şair Şəkər
Aslan da deyəsən, vəziyyəti başa
düşmüşdü. Dostuna sürpriz eləmək
üçün şeirlərimi dərhal çapa verdi... Əlində
"Leninçi" qəzetinin şeirlərim dərc
olunmuş nüsxəsini tutmuş dayımın həyət
qapısından içəri girdiyini görüb
qaçıb çarpayının altında gizləndim.
Çarpayının yanında dayanıb gülə-gülə
"sənə demişdim axı, tələsmə" dedi.
Yumşaldığını hiss elədim. Bir neçə dəqiqədən
sonra anam atamın və dayımın məni
çağırdığını dedi. Sakitcə,
çox böyük suç üstə yaxalanmış biri
kimi başımı aşağı salıb onların
oturduğu qonaq otağına gəldim. Dayım mənə
"qorxma, o biri şeirlərini də özün oxu"
dedi. Fasiləsiz bir neçə şeir oxudum...
...
Gözündə dəfn edib ilk sevgisini
Neçə
məhəbbəti geyib don kimi.
Metal
parçasına bənzər qəlbini
Asıb
sinəsindən medalyon kimi..
İndi
yalnız 4 misrasını xatırladığım bu
şeirimi oxuyanda təəccüblə "dayan" dedi:
- Sən
bunu harda müşahidə eləmisən?
Ona həyətimizə gələn,
baxışlarıyla məni ovsunlamağa çalışan
18-20 yaşlı qaraçı qız və onun
xanımın yarıçılpaq (təbii ki,
yarıçılpaq sözünü demədim) sinəsindən
asılmış ürəyəbənzər qızıl
medalyon haqqında danışdım. Anamın onu qapıdan necə və
hansı sözlərlə qovduğunu da dedim..."
Böyük
ədəbiyyata gedən cığır
Elçini böyük ədəbiyyata gətirən
cığır 1980-83-cü illərdə Lənkəranda
keçirilən, sonradan bütün respublikaya yayılan,
Sovet İttifaqında geniş əks-səda doğuran, dəstək
qazanan "Kitab bayramı"ndan keçir. Bu adicə kitab yox,
maarifçilik bayramı idi... Məscidlər bərpa
olunub kitabxanaya çevrilir, kəndlərdə məktəb ləvazimatı
və kitab mağazaları tikilir, dövlət, məktəb,
həmkarlar ittifaqı kitabxanaları yarışır, şəxsi
kitabxanaların müsabiqəsi, sərgisi keçirilir və
mükafatlandırılırdı.
Elçin
Mirzəbəyli o yerləri, o illəri belə
xatırlayır:
"Azərbaycanımızın ən gözəl, səfalı
guşələrindən biri olan Lənkəranda
doğulmuşam. Şəhərin mərkəzi hissəsində
yerləşən, yerli camaatın "Qala"
adlandırdığı ərazi ilə "Böyük
bazar"ın kəsişdiyi "sərhəddə" yerləşirdi
evimiz. O zamanlar küçəmiz Nəriman Nərimanovun
adını daşıyırdı. Sonradan dəyişdirib
Mirzə Məhəmmədhüseyn Axund qoydular... Əslində, bu ad dəyişikliyi mənim
doğulduğum Lənkəranla bugünkü Lənkəranın
müqayisəsi baxımından unikal nümunədir.
lll
... Nə zamansa Lənkəran Azərbaycanın elm, mədəniyyət
ocaqlarından biri sayılırdı. Həmin
dövrdə burada müxtəlif vəzifələrdə
çalışan, məhdudiyyətlərə, qadağalara
baxmayaraq, xalqının gələcəyini düşünən
marifçi insanların səyi nəticəsində SSRİ
miqyasında hadisəyə çevrilən kitablar paytaxt
Bakı ilə eyni zamanda Lənkərana da göndərilirdi.
Hər yeni kitab gələndə kitab mağazalarının
qarşısında növbə olurdu desəm, bəlkə də
çoxları inanmayacaq... Amma həqiqət belədi.
Çünki o zaman fərqlənməyin yeganə
yolu mütaliəli, elmli, savadlı olmaqdan keçirdi. Biz kitabxanalardan götürdüyümüz, yaxud
böyüklərimizin verdiyi kitabları daha tez oxumuğa və
yenisini əldə etməyə çalışırdıq.
Hər şeyə vaxt tapırdıq - oxumağa, idmanla məşğul
olmağa, ev işlərində
böyüklərə yardım etməyə, əylənməyə,
qohumlarla görüşməyə, dostlarla ünsiyyətdə
olmağa... Hər şeyə...
O zaman mənim
doğulduğum Lənkəranda - Sovet İttifaqının
kiçik bir əyalət şəhərində tamam
başqa mühit vardı. Sözüm çox mübaliğəli
görünsə də, Lənkəran özünün
intibahını yaşayırdı...
lll
Lənkəranda
hər il "Kitab bayramı"
keçirilirdi. Şəhər
başdan-başa kitab sərgisini xatırladırdı və
kitab ən gözəl hədiyyə sayılırdı.
Mən heç yerdə o zaman Lənkəranda
olan maarifçilik mühitinə rast gəlməmişəm.
Orta məktəb illərində Azərbaycan və
dünya ədəbiyyatının ən gözəl nümunələrini
oxumaq imkanı əldə etdiyim üçün
özümü xoşbəxt sayıram. Məhz bu səbəbdən,
ali məktəbin birinci kursunda oxuyanda
xarici ədəbiyyat müəllimim onun səhvlərini
düzəltdiyim üçün məni tez-tez auditoriyadan kənarlaşdırardı.
Amma imtahanda heç bir sorğu-sual etmədən "əla"
qiymət yazardı...
Təsəvvür edin, hələ 10-cu sinifdə oxuyanda
böyüklərimizin dəstəyi ilə Fridrix Nitşenin
"Antixrist.
Xristanlığı lənətləmə", "Zərdüşt
belə demişdi", Ziqmund Freydin "Bir illuziyanın gələcəyi",
Erix Fromun "Psixoanaliz və din", Alber Kamyunun "Sizif
haqqında əfsanə. Absurd haqqında esse", Jan Pol
Sartrın "Ekzisensializm - bu humanizmdi" əsərləri
ilə (rus dilində) tanış idim. Həmin əsərlərin Bakıda populyarlıq
qazandığı vaxt isə 1990-cı ilə təsadüf
edirdi. Bakıya bu əsərlərin yer
aldığı "Tanrıların qürubu" kitabı
1990-cı ilin sonlarında, təkrar nəşrdən sonra
göndərilmişdi...
O zaman Lənkəranda
ən azı mənim qədər mütaliəli olan onlarla
uşaq, gənc vardı.
İndi
isə...
...Gör
fələk nə sayır?!
Elçinin
poeziyasında nə görürəm: həqiqət
subyektivdir, məxsusidir, onu obyektivləşdirib,
universallaşdırıb hamının malı
etmək olmaz. "İki dəfə iki dörd
edir" - bu formula həqiqətdir, obyektivdir. O,
hamıya lazım, heç kimə gərək deyil.
Çünki orada şəxsi motiv, subyektiv təəssürat,
hiss və həyəcan yoxdur. Ağıla təsir
göstərir. Obyektiv həqiqət dərk
olunmaq üçün kəşf edildiyi halda Elçinin
ekzestensial həqiqəti onu yaşamağı tələb
edir. Bu həqiqətən hər bir
subyektin şəxsi yaşamında özünü tapır,
reallaşdırır. Birincisi müdrikliyi axtarırsa,
ikincisi həyatın mənasını tapmağa can atır. Elçinin poeziyası fəlsəfi, fəlsəfəsi
poetikdir.
İçimə
yıxıldım hər vurduğunda...
Dedilər...
Fələyin silləsi çatmır.
Ya Rəbb,
sən saydığın pilləkənlərin
Nədənsə
Sonuncu pilləsi çatmır.
Verdiyin
dünyadı...
Evdi,
eşikdi...
Bu nə dar qəbirdi, nə dar beşikdi?
Ürəyim
onsuz da dəlik-deşikdi
Qorxma, at,
alnımın gülləsi çatmır...
Və
yaxud
Nə su
saxlar, nə mey tutar...
Yoxuşdu, cam yeri deyil.
Dörd
yanından külək tutar -
Bu məbəd şam yeri deyil.
Ya ev qurdun, ya alaçıq,
Ya qala
tik, ya qalacıq...
Bu
dünya bir üstüaçıq
Məzardı,
dam yeri deyil...
Düşünmək
yaratmaqdır
Elçin Mirzəbəyli poeziyada həqiqəti sistemləşdirib
elmə çevirmir, insanların hiss və duyğularına
poetik təsir göstərir. Oxucunu "izmə"
yönəltmir, sərbəst düşünməyə,
özünü yaratmağa qida verir. Onun
poeziyasında total pafos, poetika yoxdur. Elçinin
poeziyası işarə edir, ənənəvi yolla
ötürülməsi mümkün olmayanı poeziyanın
sehrli dili ilə ötürür, subyektiv təfəkkürün
alt qatlarına zühur edir. İnsan
şüurunun alt qatına, zirzəmisinə təsir göstərir,
onun qapılarını döyür, diksindirməyə,
oyatmağa çağırır.
Elçinin şeirlərində amiranəlik, insanı hər
hansı yeni ideya, forma və məzmuna, imperativ, ortodoksal
dünyagörüşünə yönəldən bitkin,
konseptual bütövlük, sistemlilik, tamlıq yoxdur. Simvollar, məcazlar,
işarələr, fraqmentlər, aforizmlər, paradokslar vasitəsilə
oxucunun nəinki şüurunda, şüuraltında
qığılcımlar, partlayışlar yaradır, onu
diksindirib oyadır və düşünməyə vadar edir.
Düşünmək çox yaxşı əlamətdir.
Rene Dekartın fikrincə desək, düşünmək,
mövcud olmaq, yaşamaq - yaratmaqdır:
İlahi,
dualarım qara sevda kimidi
Göy
üzündən asılsa
Ciyəsi də tapılmaz.
Sənin
hər sualına minlərlə cavab çıxar,
Mənim min cavabımın yiyəsi də tapılmaz.
Nə
vermisən - yoxuşdu,
Nə
almısan - enişdi...
Endiyim
pillələrdən geriyə sayım da yox..
Sənin
boşluq içində bir kainat payın var,
Mənim boşluq içində bir Tanrı payım yox.
Yerin cazibəsi
kor, göyün cazibəsi lal,
Ömür
sükut meydanı -
Sükutu duman kimi.
Bir
ömür ömrümüzdən,
bircə
yol qəbrimizdən
Süzülür
vaxtın qanı -
Qapqara, qətran
kimi...
Qaç
vaxtın dərgahından, qurtul əsarətindən
Kibrit əqrəbləriylə
yandırıb saatları!
Xilas ol
tanrıların muzdlu ədalətindən -
Atıb
ayaq altına...
Sındırıb
saatları...
Bir nəfəs
ver, İlahi, bir nəfəs al mənim tək...
Bircə udum hava da bu canda əzab çəkir.
İlahi,
göy üzündə mələk də qəribsəyir,
İlahi,
Yer üzündə seytan da əzab çəkir...
Və
yaxud
Gecənin
birində köçüb gedəsən...
Yox olub
gedəsən, uçub gedəsən...
İtəsən
gecənin qaranlığında,
İtəsən
şəhərin burulğanında
Dünyanın
dərdini içib gedəsən,
Nə
varsa,
nə
varsa geridə qalan
Bir göz qırpımında biçib gedəsən.
Bir qaya
üstündən, bir dağ başından
Tutub göz yaşını çırpasan yerə.
Sıxasan
ömrünü bir qurşun kimi...
Yorğun yaddaşını çırpasan yerə.
Sonra
yandırasan bütün ömrünü,
Yana...
Közü keçə, külü keçməyə.
Bircə
sətirin də, bircə sözün də,
Bircə
xatirən də ələ keçməyə...
... Pəncərə-pəncərə
tükənə ömrün,
Sonra qapı-qapı çıxıb gedəsən.
Durub
uçurasan bütün yolları,
Bütün
körpüləri yıxıb gedəsən...
Səs, rəng,
duyğu
Elçin Mirzəbəylinin duyğu qalereyası zəngindir,
əlvandır, orijinaldır, yenidir. İnsanda gözlənilməz
ovqat, həyata təkrarolunmaz, yeni, inanılmaz baxış
yaradır. O sehrli hiss və həyəcanları
yaşamaq üçün onun poeziyasına müraciət edək:
Yenə əriyir
gecə pəncərəmin önündə,
Damla-damla süzülür saatlar şüşələrdən.
Vaxtın
zərrəcikləri...
Bir də
solğun fənərlər...
Yanlızlıq
addımlayır
boş
qalmış küçələrdən...
Küçənin
ayrıcından...
Gecənin
ayrıcından
Qaranquşlar köksünə sıxıb gedir səsini.
... Səssiz
gəlib elə bil bu yaz, duya bilmirəm
Çiçəklərin ətrini - baharın nəfəsini.
Xatirə
kitabımdan tökülür son ləçəklər,
Nə vaxt ağrısı qalır, nə də zaman
qorxusu.
İndi yaman
qırmızı gülümsəyir çiçəklər...
İlahi,
yaman olur güllərin qan qoxusu...
Və
yaxud
Bir
gün
Gözlərini
açıb görəsən
Göy üzü yaxından yaxındı sənə.
Bir
ilıq meh əsib
Son nəfəs
kimi
Son dəfə...
Son dəfə toxundu sənə.
Bir
gün
əllərini açıb görəsən...
dualar
ovcunda işığa dönüb.
Bütün
arzuların körpədi hələ,
Bütün ümidlərin uşağa dönüb.
... Bir
gün yaşayasan...
Elə
bir gün ki,
Üstünə yüz ilin savabı gələ.
Sonra da...
ölümə məktub yazasan
"Səni gözləyirəm" cavabı gələ.
lll
Başımın
üstündə göydü deyirlər...
Ayağım altında yorğun şəhərim.
İndi
güllələnmiş məbəd kimiyəm -
İçimə
yıxılıb minarələrim...
Yuyur,
yağış yuyur kirpiyimizi -
Yenə
qismətimiz göz yaşı olur
Dərdini
Tanrıya söyləyənlərin...
Xatirə dəftəri başdaşı olur.
Donur
qulağımda azan sədası,
Gözüm...
Pıçıltıyla açır səhəri.
Mən səni
göylərə verib gedirəm -
Göyü göydələnlər olan şəhərim.
lll
Qəfildən
qar ələnir bahar çiçəklərinə...
Ovulur ləçəkləri
paramparça, buz kimi...
Ağaclar
əsir düşür Bakı küləklərinə,
Günəşi
gözləyirlər...
Ömürlük
məhbus kimi...
"Hə"
və "Yox"
Orta səviyyəli insanların fikrinə görə
"hə" "yox"dan pozitivdir. Ona görə də
Elçin çox vaxt pessimist şair adlandırılır...
"Hə" təsdiqdir, razılıqdır. O mövcud olanı, ənənəni
ehkama çevirir. Bu fikrin təsdiqi
üçün Elçinin poeziyasında nümunə
tapmağa çətinlik çəkirəm. O daim
narahatdır, "yox", "yox", "yox" deyir. Ənənəni əbədiləşdirməyi
yeniliyə xəyanət hesab edir. Ona əbədi
uçuşlar üçün müvəqqəti platforma,
zirvəyə qalxmaq üçün pillələr kimi
baxır:
...Bu mənəm
ey, mənəm, Vətən,
Haqqına
tamarzı adam.
Ürəyini
parçalayan
Güllədən
də razı adam.
lll
Öldü...
Qərib
arzuların
köçündə öldü bu adam.
Bir
ümiddən o birinə
Keçəndə
öldü bu adam...
Qıymadılar
yurd yerini,
Yurd yerində
Qurd yerini...
Dərd əkdi
hey...
Dərd
yerini
Biçəndə
öldü bu adam.
lll
Bir hasar
hörəsən xatirələrdən
Ömrünü qoyasan daş əvəzinə.
Əlindən
daş düşə ömür yoluna,
Gözündən dağ düşə yaş əvəzinə.
Sonra...
Ümidləri
səpəsən yola
Üstünün tözünü silib yeyəsən.
Allahın
altında bir dərdin ola -
Onu da yarıya bölüb yeyəsən.
lll
Qurtulub bu
qul köçündən
Nəyin var alıb gedəsən.
Milyonlarla
yol içindən
Yolunu bulub gedəsən.
İlhamın
yorulan yerdən,
Bulanıb
durulan yerdən,
Son dəfə
qırılan yerdən
Qələmi yonub gedəsən.
Yol bitsə
də dönməyəsən,
Dünya
qopsun...
Dinməyəsən...
Təkcə...
Dizə
enməyəsən...
Çatlayıb, sınıb gedəsən.
Tapdalayıb
tabuları,
Bu qondarma
yapıları...
Çırpıb
bütün qapıları
Cəhənnəm
olub gedəsən!
lll
"Yaradıcılıq" sözündə
bütün dillərdə "yaratmaq" anlayışı
olduğu halda nə üçün dayanıb, durasan. Yaradıcılıq
hərəkətdir, ciddi cəhdir, dinamikadır, proqresdir, gələcək,
yüksəliş uğrunda kompramissiz mübarizədir.
Ənənəvilik keçmişdə
dayanıb onu bütləşdirməkdir, statikadır. Ənənəviliyin antoniumu novatorluq, inkişaf,
yenilik, gələcəkdir. Yaradıcılıqda
durğunluq, ehkam, keçmişə sitayişdir; hərbdə
yerində saymaqdır. Heç bir ordu
yerində saymaqla irəli gedib zəfərə yetişə
bilməz. "Hər şey axır, hər
şey dəyişir".
Burda...
Hər
yağan qarla
Üyüyür
Yetim
sevdaların
Yalın
ayaqları...
Burda hər
açılan səhər
Yenidən
doğur sonsuz qaranlıqları...
Əbədi
ayrılıqları...
Burda...
Analar
döşləriylə
Ölümü
əmizdirir...
Layla
oxuyurlar
Övladlarının
son nəfəsinə...
Burda...
nəhəng başdaşları ucalır
Qətlə
yetirilmiş arzuların
Xatirəsinə...
Burda...
anaların çiyində gedir
Oğul
tabutları...
Burda
ünvanına yetişmir
Kirlənməmiş
Sevgi məktubları...
lll
"Yox" büntçu, inkarçı, bəzi
oxucuların dünyagörüşündə pessimistlikdir. "Yox"
inkar edir, ənənəvilik "hə" deyir. Mövcud olan ehkamları illərlə, əsrlərlə
dönə-dönə təsdiq edir. Elçinin
nihilizmi, inkarçılığı ştamp, matrisa,
streatip, təsdiq edilmiş ənənə ilə yenilik
zamanı aralıq, müvəqqəti durğunluq
görüşür. Köhnəliyi, ənənəni
öldürməklə iş bitmir, onu dəfn etmək,
yeniliyi ərsəyə çatdırmaq lazımdır. Bu boşluğun yaratdığı nihilizmi
yaşamaq və ondan çıxmaq hər adamın, cəmiyyətin
işi deyil.
Premoderndən modernə, ondan da postmodernə keçid
epoxasının durğunluğu buna misaldır. Köhnə
ölür, təzə isə təsdiqini tapmayıb.
Pessimizmə bədbinlik deyirlər. Elçinin
pessimizmində "bəd" heç nə yoxdur. Cəmiyyətin
inkişafının, tərəqqinin hərəkətverici
qüvvəsi olan inkarın inkarından başqa...
Sən...
heç
üşüdünmü
İsti yay günündə?
Alovu
saçlarını qarsan soba dibində
Barmaqların
soyuqdan
titrədimi?
Sahibsiz
köpəklərlə bölüşdünmü
Əllərinin hərarətini?
Rühün
süzüldümü
Nəhəng
ticarət mərkəzlərinin
Basırıq dəhlizlərindən?
Reklam
lövhələrində
Alın
yazını oxudunmu heç,
Qızcığaz?...
Sən
hardan bilirsən tənhalıq nədir?..
lll
... Nə
səsim duyulur...
Nə
dualarım
Yetişmir
kimsənin qulaqlarına...
İlahi,
de, hardan atılım indi
Gəlib düşə bilim ayaqlarına?
lll
...
Göydələnlər arxasında
Boynubükük
minarələrindən,
Axşamlar
bayquşlar qonan
Gecəqondularından,
Ünvanını
itirən bəndələrindən,
Ümidini
itirən dualarından
Xəbərin
varmı sənin!
İtirirsən
bu dünyanı
Saatbasaat, anbaan.
Yatanlar
ayılmaq istəmir yuxudan,
dünyaya sənsizlik dini gəlir,
Tanrım!
Ruhların
intihar günü gəlir,
Tanrım,
Xəbərin varmı sənin?!
Bu
dünyanın sabahları tükənir,
Tükənir,
Tanrım,
bu
dünyanın duaları...
xəbərin varmı sənin?!
lll
Bir divar
qurursan xatirələrdən...
Dağılır, uçulur, çökür
içində.
Hərə
öz yükünü yığıb aparır,
Hərə öz evini tikir içində.
Bəzən
yaxınlar da uzağa dönür,
Ruhun
öz cismində qonağa dönür...
Bütün
ümidlərin yumağa dönür -
Dərd
tutub ipini çəkir içindən...
Gözünə
çəkirsən gördüklərini -
Qəlbinə,
ruhuna hördüklərini...
Fələk
kərpic-kərpic verdiklərini
Ev-ev,
koma-koma sökür içindən...
Kimi
sön gününə göz yaşı yığır,
Ümidlə,
sevgiylə yanaşı yığır...
Günlər
ətəyinə başdaşı yığıb
Bir
ömrün daşını tökür içindən...
Ömür
bir atımlıq -
Qurşun kimidi.
Tez
ötür,
Tez bitir -
Ovsun
kimidi...
Hər kəs
öz içində qoşun kimidi,
Hər kəs
bir azacıq təkdi içində...
Həyatın
mənası
Yeni dövr fəlsəfəsində klassik, ənənəvi
fəlsəfədən fərqli olaraq ümumi
qanunauyğunluqlar yox, insan həyatının mənası dominantlıq
edir. XIX əsrdə
ilk dəfə olaraq, Maks Ştirner dedi: məndən yüksəkdə
heç nə yoxdur, Şopenhauer isə "həyat iradə
və ağıldır" söyləmişdi. Qərbi Avropa minillərlə sığınıb
yaşadığı fövqəlmistik, müqəddəs
inancların, ehkamların hamiliyindən məhrum oldu.
Osvald Şpenqlerin təbirincə desək, süqut edib,
nihilizmə yuvarlanmazdı: Köhnə öldü, təzə
hələ bərqərar olmayıb. Nə etməli?!
Cavabını Fridrix Nitşe verdi: Vəziyyəti
məcrasına samaq üçün "fövqəlbəşər"lər
lazımdır. O, bunun nümunəsini Zərdüştün
simasında gördü. Zərdüşt ilk
modernist bəşər timsalına çevrildi.
Bu istiqamət bədii ədəbiyyatda da öz əksini
tapıb. Elçin daha irəli gedərək subyekt və
obyektdən imtina edir. O, insana, onun hiss və
duyğularına, daxili psixologiyasına baş çəkir. Oxucunun qəlbinə, ruhuna, iradəsinə nüfuz
edərək orada möhkəm məskunlaşan şübhəsizliklərin
içinə şübhə toxumu səpir.
O, insan
psixologiyasının ən dərin, toxunulmaz qatlarına
toxunur. Bunun üçün hər şeyi əhatə
edən böyük, mürəkkəb sistem yaratmır.
Şəxsiyyət və həyat sistemləşə
bilməz. Ənənəvi məntiqdən
fərqli olaraq duyğulara, onların obrazı vasitəsilə
təsir edir. Nəticədən səbəbə
yox, səbəbdən nəticəyə, dərinliyə,
duyğudan təfəkkürə doğru gedir.
Nanotexnika
fizikada tədqiqatları, kəşfləri atom və molekul səviyyəsində
apardığı kimi "nanopoeziya" da bunu insan
idrakının, emosiyasının mənbəyindən, ilk
başlanğıcından - hiss, duyğu, qavrayışdan
abstrakt təfəkkürə gətirib çıxarır. Duyğu musiqi alətlərindəki simlər kimi intəhasız
səs çalarları potensialına malikdir. Ona görə
el arasında "sarı sim" anlayışı və təfəkkür
prosesinin, "şah notları" poeziyada "şah
misra"lar hesab olunur.
...Hər
gün baxışımla açılsın səhər
Ensin
gözlərinə şüa yerinə...
Mən...
sənə Tanrının əmanətiyəm
Al...
Oxu hər
gecə dua yerinə...
lll
Alışdım
yuvamda dərd böyütməyə,
Sonra dən-dən
ovub...
dərd
üyütməyə...
Bir ocaq
çatm ışam dərdi ütməyə,
Götür
ürəyini gəl bizə sarı...
lll
İçimə
toxum tək ələsin külək...
Bir ovuc
göz yaşı...
Bir
övuc çiçək...
Dəli
ürəyimə nə əkirsən, ək...
Ya sevda
bitəcək, ya daş bitəcək...
lll
Özünü
yaratmaq
Deyirlər ki, yaradan hər şeyin təbiətini
yaradıb, ona uyğun təyinat verib. Ağac, inək, canavar, ilan və s.
İnsanı isə sadəcə yaradıb, ona təbiət və
təyinat verməyib, azad, sərbəst
buraxıb. Əvəzində isə insana
şüur və yaradıcılıq potensialı verib ki,
özünü özü yaratsın. Ona
mələkdən iblisədək uzanan şkalanın istədiyi
yerində yerləşmək imkanı verib.
lll
Azadlıq və məsuliyyət. Onları
bir-birindən ayırmaq olmaz. Məsuliyyətin
altına girmək isə hər adamın işi deyil. Kölə olmağa nə var ki?
Ona görə də antik yunan filosofları "hər kəs
öz taleyinin dəmirçisidir" deyiblər.
Elçin Mirzəbəylinin
yaradıcılığı, şair Elçinin
yaradıcılıq potensialı, şəxsi müstəqillik,
azadlıq, yenilik uğrunda mübarizəyə yönəmlidir.
Bilirsən
necə ağırdı
Öz Vətənində yad olmaq?
Bir
cüt yaşlı gözdən düşən
Bir
cüt qırıq qanad olmaq?...
Bilirsən
necə ağırdı
Kölgə olmaq?
Kölgə-adam...
Öz
yurdunda qərib olmaq,
Özgə
olmaq...
Özgə
- adam...
Bilirsən
necə ağırdı?...
Yandırır-yaxır
adamı...
Bəs mən kimin adamıyam?
Dərənin,
dağın adamı...
Böyük torpağın adamı?
Kiçik torpağın adamı?
Bilirsən
necə ağırdı?...
Elə
bil ki, öz evində
Götürüblər
əsir səni...
Öz
dişlərin parçalayır,
Öz əllərin
kəsir səni...
Bilirsən
necə ağırdı?...
Cırtdanların
arasında...
Böyüyəsən, Div olasan.
Ev-ev
bölünə ətrafın,
Sən
yenə bütöv olasan...
lll
... Bu mənəm
ey, mənəm, Vətən,
Haqqına
tamarzı adam.
Ürəyini
parçalayan
Güllədən
də razı adam.
Sığmır
bu saxsı torpağa
Külüm,
yerimi dəyişim...
Doğum yerimi dəyişim?
Ölüm yerimi dəyişim?
lll
Ana, mənə
layla demə...
Daşımı
r bu bədən məni...
Məni
Allah öldürmədi,
Öldürdü
ey...
Vətən
məni...
Azadlıq
Qərbi
Avropada XVI əsrdə Rene Dekart tərəfindən
özülü qoyulan subyektin azad, müstəqil
düşüncəsi, hər şeyi şübhə
altına alan fəlsəfəsi ənənəvi,
arxeik primodern dövrünün sokral, dini, ortodoksal yaşam və
düşüncə doktrinasına şübhə toxumu səpdi,
yeni, müasir, sekulyar, modern epoxasının təşəkkülünə
start verdi. Qalileyo Qalileyin kosmosun quruluşunun yeni elmi nəzəriyyəsindən,
İsaak Nyutonun fizikasının qanunlarından, Frensis Bekonun
materialist məntiqi fəlsəfəsindən, İmmanuel
Kantın "şey özündələr"indən, bir
sözlə fizika və metafizikada baş verən böyük
inqilabi kəşflərdən keçə bilməyən
premodern dünyası, Fridrix Nitşenin həyat fəlsəfəsində
çökdü, onun öz diliylə desək
"öldü": "Onu biz öldürdük, mən və
sən".
Yeni, müasir dövrün sekulyar - modern, daha sonra
postmodern erasının dominantlığı tarixə
süvar oldu.
Modernist üçün bunları anlamaq
azdır, həyatında yaşamaq gərəkdir. Modernist kimdir? O, fövqəlbəşər, zəmanəsinin
dizayneri, konstruktorudur.
Elçin Mirzəbəylinin poetik düşüncələri,
bu baxımdan postmodernist poeziyasının dizaynerinin,
konstruktorunun xüsusiyyətlərini xatırladır.
lll
Hazırda dünya əhalisinin çox böyük əksəriyyətini
mistikaya - sirli fövqəltəbii qüvvənin
varlığına inanır, ona qovuşmaq üçün səcdə
edir, daxili təbii iradə və ağlının qüdrətinə
inanmır, narahat yaradıcı həyatdan imtina edir,
"rahat" premodern həyatını yaşayır.
Tarix boyu xurafatın qəyyumluğunda "xoşbəxt
və rahat" yaşayan insan müasir dövrdə azad,
müstəqil, şəxsi həyatını yaşamağa
çətinlik çəkir. O, həvəslə özgəninləşir,
zora biət edir, azadlığın məsuliyyətini üzərinə
götürməkdən, sonsuz, intəhasız, soyuq, hiss və
duyğusuz kainatda tənhalıqdan qorxur, qəyyum, bizim
regional leksikonla desək "dayı" axtarır.
Özünü azad hiss edənlər belə çox vaxt
qandallarının qırılmış zəncirlərinin
qalıqlarını uzun müddət özləri ilə
daşımaq məcburiyyətində qalırlar.
Qalx
ayağa millət,
Boğmasınlar səsimizi.
Bir bayraq
altında
Birləşdir
bizi!
lll
Burax dərdlərini...
Çəkəni
bəlli -
Qoy gəlsin
üstümə
sel kimi,
Vətən...
Bir
fahişə qədər dəyəri yoxsa
Neynirsən
sən mənim sevgimi, Vətən...
lll
Beş
arşın kəfəndi bizə yurd yeri,
Kəsir
ruhumuzu...
Qurd yeyir,
Allah!
Kimi Vətən
yeyir, kimi yurd yeyir...
qurd yeyir...
yurd yeyir...
dərd
yeyir, Allah!
Törəmi
unutduq,
yolmu
unutduq?
Bir ovuc, bir parça yurda tapındıq.
Bizi fatehlərin
qarğışı tutdu -
Qurd ola bilmədik, qurda tapındıq.
Epiloq
Yaradıcılıq müəyyən mənada
müxalifət anlayışının sinonimidir. Daim yeniləşmək,
modernləşmək, müasirləşmək
üçün hər gün köhnə, keçmiş
zamanla müxaliflik yaradıcılığın,
yaradıcı insanın həyatının, təbiətinin
və təyinatının zəruri atributudur.
Bunu dərk etmədən Elçin Mirzəbəylinin
poeziyası ilə danışmaq, diskussiya etmək, onu anlamaq,
sevmək, ondan bəhrələnmək mümkün deyil.
Elçin həyatının mənasını
özünün yaratdığı poeziyasında tapdı. Ona hansı
troyektoriyadan, hansı bucaq altından baxmaq isə oxucunun
işidir.
... 1967-ci
ildə dünyaya bir uşaq atıldı. Tanrının
yaratdığı bu tifil ötən əlli ildə
yalnız özünə güvənərək, özgəninləşməkdən
uzaq, məcburiyyətə, zora meydan oxuyan müstəqil,
liberal dəyərlərlə silahlanmış azad bir subyekti
- özünü və "nanopoeziya"sını
yaratdı. Bu modernist, postmodernist şair Elçin Mirzəbəyli
idi...
525-ci qəzet 2018.- 29 avqust .- S.6;8.