Mədəniyyət müəssisələrinin əməkdaşları üçün seminar-təlimlər

 

 

 

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilati dəstəyi ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən paytaxtdakı mədəniyyət mərkəzləri, evləri klublarının müxtəlif ixtisaslı əməkdaşları üçün tematik xarakterli silsilə seminar-təlimlər keçirilib.

Mərkəzdən bildirilib ki, ümumilikdə 26 mədəniyyət müəssisəsindən 200 nəfərdən çox əməkdaşın qatıldığı təlimlər İ.Əbilov adına Mədəniyyət Mərkəzi, Badamdar qəsəbə Mədəniyyət evi, Binə qəsəbə Mədəniyyət Mərkəzi Şağan Mədəniyyət Mərkəzində reallaşıb. Təlimlər "Mədəniyyət müəssisələrinin fəaliyyətində innovativ metodlardan istifadə", "Mədəniyyət müəssisələrinin fəaliyyətində bədii özfəaliyyət kollektivlərinin rolu", "Mədəniyyət işçilərinin hüquqi maarifləndirilməsi innovativ metodlar" mövzularına həsr olunub.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək sahə üzrə kadrların hazırlanmasında hüquqi maarifləndirmənin əhəmiyyətindən danışıb, mövcud problemlərin həllində müəssisələrin əməkdaşlığının vacibliyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, tədbirlər çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən hazırlanmış metodik vəsaitlərin təqdimatları da keçirilib.

Layihə təkliflər sırasında xüsusi olaraq Maştağa qəsəbə Mədəniyyət Mərkəzi, Korgöz qəsəbə Mədəniyyət evi, İ.Əbilov adına Mədəniyyət Mərkəzi, Suraxanı rayon Mədəniyyət evi, habelə Zirə qəsəbə Mədəniyyət Mərkəzinin əməkdaşlarının fikirləri maraqla qarşılanıb.

Müasir kreativ metodlardan istifadə olunması qabaqcıl təcrübənin mənimsənilməsinin vacibliyini bildirən yekun tədbirin iştirakçıları mədəniyyət müəssisələrinin sosial imicinin onların cəmiyyətdə, xüsusilə, gənclər arasında populyarlığının artırılması məqsədilə potensialların səfərbər olmasının vacibliyini bildiriblər.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2018.- 31 avqust.- S.8.